New York – möcüzələr şəhəri

Əvvəli “Məscidlə Nyu York arasında sevgi” postunda.

Və budur, şanslar və möcüzələr şəhərindəyəm, axşam üstü saat 7 di, hava soyuqdu, amma, yağıntı yoxdu, zamanla səyahət etmiş kimiyəm, zamanın əksinə uçduğum üçün 10-12 saat qabaq düşmüşəm həyatdan J. Vaxt borc almışam və geri verəcəm qayıdanda. Məni Anna adlı bir sarışın və kifayət qədər yaraşıqlı, rəng-a-rəng geyinmiş bir qız qarşıladı, əlindəki kağızda adımın yazıldığını görüb sevindim və yaxınlaşdım. Bir neçə dəqiqə tanışlıqdan sonra əsl Amerika məni salamladı, isti “latte” və Nyu York taksisi. Unutmamış deyim ki, Nyu York Con Kennedi Aeroportunda tranzit yoxdu və bu aeroportdan isitifadə edəcək hər kəsin mütləq Amerika Vizası olmalıdır.

Yol boyu bu qəşəng qızla söhbət və onun şirin Amerika ləhcəsi ləzzət edirdi… Arada boylanıb maşının pəncərəsindən Nyu York küçələrinə, evlərinə tələsən insanlara və başı görsənməyən hündür binalara baxırdım. Özümü çox qeyri adi hiss edirdim ilk gün, amma, artıq öyrəşmişəm.

Anna mənə bildirdi ki, qalacağım evi özüm seçəcəyəm, hə, bir tələbəyə qalacağı evi seçməyi təklif edirdilər, deməli bura həqiqətən də demokratiyadır. Evimi seçənə qədər, məni Hilton otelinə yerləşdirdilər, və otelə çatar-çatmaz mən tez əynimi dəyişib Annadan məni Times Meydanına aparmasını xahiş etdim, o da razı oldu. Həqiqətən də çox gözəl insandı Anna, məni Times Meydanına apardı, Amerikan həyatı, Starbaks, sonra da Mak Donalds. Times meydanında  flaş mob keçirilirdi, Bakıdakından çox fərqli idi həm də iştirakçısı çox idi, özümü “Sev, Ye , Dua et” (“Love Eat Pray”) filminə düşmüş kimi hiss edirdim. Oxumağa davam et

freelgbt tərəfindən Avtobioqrafik kateqoriyasında dərc edildi

Mən necə Gay oldum?!

Bu yola necə düşdüm?

– Yolla gedirdim, birdən gördüm ki, orda solda bir yol var. Daşlı-çınqıllı, amma, rəng-a-rəng. Dedim: “ala nə zor yoldu bu” 🙂 ve başladım işıq yanan tərəfə yox, it hürən tərəfə getməyə. Bir də gördüm ki, beləliklə men homoseksual oldum.”

Yuxarıda dediklərimə inandınızsa və ya hələdi sizi mənimnecə homoseksual olmağım maraqlandırısa yazının davamını oxumaya bilərsiz onsuz da cavab tapa bilməyəcəksiniz!

Və çox heyf ki, bu sualı tez-tez eşidirəm. Hər eşitdiyimdə infakt olmak dərəcəsinə gəlirəm. Axı niyə insanlar düşünmədən danışır. Yəni, doğrudan da onlar elə fikirləşirlər ki, bu bizim  istədiyimizdir və biz bunu(homoseksualizmi) seçmişik?

Necə ki, milliyətimizi, ailəmizi özümüz seçmirik, cinsimizi, dərimizin rəngini, hansıəllə yazacağımızı və s. də həmçinin bizdən asılı deyil. Çünki, biz də təbiətin bir parçasıyıq… Nə atamızın belində, nə anaızın bətnində bu haqqda nə bir kimsə bizdən nəsə soruşdu, nə də biz cavablandırdıq. Və belə də doğulduq.

Mənim bir dostum var idi. Məndən yaşca böyük olmasına baxmayaraq münasibətlərimiz yaxşı idi. Hətta mənə bir dəfə “sən əsil dostsan”  demişdi mənə. Əlbəttə ki, gay olduğumu bilən günə qədər. Bu gündən sonra artıq mən onun gözündə şeyan oldum. Bu insan düşünmədi ki, mən elə həmin insanam, eyni əllərlə onunla salamlaşır, eyni dillə danışır, eyni beyinlə düşünürəm, dəyişən isə sadəcə onun fikirləridir. Sadəcə əvvəllər haqqımda oruşmadığı vəmənimona demədiyim bir şey var idi və bir gün mən dedim… O gün-bu gün elə hey günah olduğunu deyirdi. Sanki özü müqəddəs idi…

freelgbt tərəfindən Avtobioqrafik kateqoriyasında dərc edildi

Məşhurlar Homoseksuallıq Haqqında

      Hərbi xidmətlə olduğum zaman iki insanı öldürdüyüm üçün mənə medal verdilər, birini sevdiyim üçün isə tərxis etdilər. (Leonard P. Matlovic)

   Yataq otağında etdiklərinizi küçədə edib atları qorxutmadığınızca sərbəstsiniz. (Dafne Fielding)

     Sevdiyiniz biri ilə yatağınızı paylaşmaqdan təbii heçnə yoxdu. İnsanlar seksdə sərbəst olmalıdır, sıranın düzlüyünə isə keçi otaranda diqqət yetirmək lazımdı. (Elton Con) Oxumağa davam et

Məscidlə Nyu York arasında sevgi

Yeniyetmə çağlarında insan özünü axtarmağa başlayır. Yavaş-yavaş illər keçir, həyat təcrübəsi, ətraf mühit və bir çox başqa amillərin təsiri ilə insan müəyyən bir mövqe tutur həyatda.

Mənim də 14 yaşım olanda valideynlərim islam dinini öyrənmək, gözəl birinsan kimi formalaşmağım və boş qalan zamanımı blokun qabağında avaralaşmağa sərf etməməyim üçün üçün məni məscidə, Molla yaşarın yanına şagird qoymuşdular. Uşaq vaxtı içimdəki sevgi hələdi islam ehkamlarına qarşı ölməyib və günü-gündən daha da möhkəmlənməkdədir. Balacalığımdan bayramlarda məscidləri ziyarət etməyi, insanlarla ünsiyyətdə olmağı, dəstamaz,namaz kimi ayinləri yerinə çox sevirdim, ərəb yeməkləri, ərəb müsiqisi, toplu ərəb-şərq mədəniyyətinin vurğunuyam.

Birini qoyub o birindən danışıram, qayıdım mətləbə ki, bəs Molla Yaşarın yanına getdiyim zamanlar ilk günlər canım çox sıxılırdı, üzü tüklü, qarınlı, çirkli əbalı, tər iyi verən bu adamın sifətindən əzazillik yağırdı, nə də olmasa həyatını vay məclislərində keçirmiş adam idi. Üstəlik də səbrsiz idi, az qala istəyirdi ki, birinci dərsdən sonra hamı başlasın ərəbcə danışmağa, adamın Allahı var kişinin oğlu yamanca savadlı idi, hafiz idi Qurani-kərimi əzbərdən bilirdi, dərsdən sonra islam əxlaqından, tarixindən danışdığı hekayələrə, rəvayətlərə də doyum olmazdı. Oxumağa davam et

Mən Lezbian doğulmuşam, bəs səni nifrət dolu doğublar ?!

Bu gündən mən də bu bloqa yazmağa başlamışam, ilk öncə sosial şəbəkələrdən birində dostum bu bloqun linkini paylaşmışdı, belə bir bloqun olduğuna çox sevinmişdim, indi isə daha çox sevinirəm, çünki artıq bu bloq üçün post yazıram. İlk öncə bloqun açılmasında təşəbbüs göstərmiş bütün insanlara minnətdarlığımı bildirirəm, indi isə keçək mətləbə. 

Fəlsəfədə bir emprik nəzəriyyə var, səhv eləmirəmsə bu nəzəriyyəyə görə hər şey sadədən mürəkkə doğru öyrədilir, indi də mən başlayım öz hekayəmi sizə yazmağa, adını oxuduğunuz kimi, sizə mən necə lezbian olduğumdan danışacağam.

Mənimlə ilk ünsiyyətdə olan insanların marağına heyranam da, mən seçimlərimdən utanmıram,ona görə də lezbian olduğumu danmıram. Amma, di gəl ki, hər salam verən adam məni sual atəşinə tutur, nədən?, niyə?.. anlamıram, axı sizin nəyinizə lazımdı mən gecələri neynirəm, mən uşaq istəyirəmmi,inanın mənə, istəsəm belə özüm bir yolunu tapacam, niyə anlamaq istəmirsiniz axı ki, əgər mənə sizin məsləhətiniz lazım olsa idi, mən onu sizdən soruşardım. İndi isə gələk əsas suala,- “sən necə oldun ki, lezbian oldun?” Oxumağa davam et

Gay- ölüm ya olum ?!

Dünyaya gəldiyim anda, yeridim eyni zamanda…

Çox təəssüf uşaqlığımı müharibə aldı, oyuncaqlara həsrət qaldıq, bir-birimizin artığı ilə dolandıq, sonra da başladıq böyüməyə, bu dəfədə həyat məni yeniyetməliyimdən, gəncliyimdən məhum etdi. Məktəb cəhənnəmə döndü… hər gün əziyyətlə dərsə gedirdim, çünki  6 saat sinif yoldaşlarımın atdığı atmacalara dözməli, insanların gülüşlərinə tab gətirməli idim. Bunun üçün yeganə çıxış yolum dərslərimə yaxşı çalışmaq idi ki, insanlardan fərqlənim, güclü olum, bəlkə müəllimlərim dərs arası gülən uşaqları sakitləşdirəcək, amma, illər keçdikcə, biz böyüdükcə situasiya dəyişirdi, müəllimlər də o dərs oxumayan, siqaret çəkən və məktəbə cibində bıçaqla gələn uşaqlardan qorxmağa başladılar, o ülüşlərə ya qoşulmalı olurdular, ya da zavallıcasına sakitcə tamaşa etməli idilər. Beləliklə erkən “dedavşina” başlamışdı, onların dediklərinə də məcburən gülməli idi, müəllimlər də, digər o zəif uşaqlar da. Heç kimə problem lazım deyildi axı. Yenə də yeganə stimul dərs oxumaq idi, anlayırdım, bilirdim ki, insanların dəyəri onların intellektləri,savadları ilə ölçülür, ən azı buna ümid edirdim. Bir də ki, ailə faktoru da böyük rol oynayır məncə hər birimizin həyatında… özümü tanıdığım andan məcbur idim, hər şeyə hazır olmağa, axı biz insanlar özümüzə gərəkdiyində bir səhv hərəkətinə görə min yaxşını unuduruq… Hətta ailəmiz belə başqaları üçün yaşayır, onlara mənim həyatım, seçimlərimdən daha çox qonşudakı o əri türmədə olan aravad var idi eee, hə adı indi düşdü yadıma Tükəzban xalanın, qızı dubayda olan motarist Mamedin nə dediyi vacibdi. Oxumağa davam et

Paralel Həyatlar

Molli Landret cinsini dəyişmiş amerikalıların həyatından çəkir. Landret Sietldə anadan olub, 32 yaşı var. Onun sözlərinə görə gender məsələləri barədə çoxdan düşünməyə başlasa da, “Qeyri-ənənəvi Amerika” kolleksiyası üzərində Nyu-Yorkda işləməyə başlayıb. O, ölkə üzrə 60-dan çox fotonu nə zamansa hamısını bir albomda yığmaq üçün çəkib. Bundan əlavə, o, aktrisa Ameliya Tuvi ilə əməkdaşlığa başlayıb. Onlar hər fotonu izah edən videolar çəkirlər və gələn il üçün öz saytlarını yaratmağı planlaşdırırlar.
1. Çikadi və onun ailəsi, Vaşinqton. Molli insanlardan onların önəmli saydıqları, istədikləri yerdə, özləri seçdiyi paltarlarda poz verməyi xahiş etmişdi. Oxumağa davam et

Sevmək çox gözəl, səni sevmək çox gözəl… (II hissə)

Sevəm çox gözəl, səni sevmək çox gözəl, sənin olmaq…

Sevmək çox gözəl, səni sevmək çox gözəl…

Artıq bir həftədir hər gün sərasər bu PUB-a gəlirəm, su gələn arxa bir də gələr deyiblər misalı, onu gözləyirdim, oynasam belə gözərim onu axtarırdı.

Bu arada bir haşiyə çıxım ki, onsuz da münasibətimiz gərin olan o dost-sevgilimlə getdikcə daha da soyuram gündən-günə, onun isə məni həqiqətən də sevdiyini hələ indi-indi sezməyə başlamışdım, bəzən çox gecikirik, bəzən də erkən  gəlirik…

Bu həftə ərzində dost siyahımı ələk-vələk etdim və dostlarımın, dostları arasında onu axtarmağa başladım. Belə şeylərdə heç bəxtim gətirməz, təsəvvür edin ki, lotoda belə bircə dəfə udmamışam, qaldı bir neçə min dostumun 20-30 min dostu arasından kimisə  tapasan, samanlıqda iynə məsələsinə oxşadı.   Oxumağa davam et

Sevmək çox gözəl, səni sevmək çox gözəl… (I hissə)

Sevmək çox gözəl, səni sevmək çox gözəl…

Yaşamaq çox gözəldi, xüsusən də günəşin istisində qızınanda, maaş alanda və sevəndə.

Çox təəssüf ki, bəzilərimiz sevə bilmir, bir digərlərimizi isə sevən olmur, daha faciəvisi isə sevməyə imkanın olmasın, yaxud sevgini etiraf etməyə cürətin çatmamasıdır.

Bu gün ayın 5dir, deməli maaş olacaq, xoşbəxtliyin üç təməlindən biri var, səhər 06:30 da yola cıxdım, nə də olsa maaş günüdü gecikmək olmaz J, artıq metrodan çıxanda günəş də boylanmağa başlamışdı deyəsən bu gün xoşbəxt olmaq üçün yalnızca sevgiyə ehtiyyacım var axı. Beləliklə sevinə-sevinə işə gəldim, günün sonuna qədər dözmək heç də asan deyil əslində. Amma sonunda xoşbəxtliyin olacağına görə dözmək olar…və saat 17:00…

Və dostlarımla hər axşam olduğu kimi bu axşam da görüşə gedirəm, dostalım deyəndə ki, biz 3 nəfərik, mən,ən çox sevdiyim, həyatımı paylaşdığım, bir xanım dostum, orientasiyası bəlli olmasa da,  məni sevən dostum və ya sevgilim. Bu insanlar həyatımda sahib olduğum yeganə dəyərli varlıqlardır. Bəlkə də məni anlaya bilən,məni mən olduğum üçün sevən iki insan, 6 milyardlıq dünyada sadəcə iki insan… Hər biri altı milyon insana dəyən, dəyərli iki insan. Oxumağa davam et

Amsterdam- Azadlığın Paytaxtı

“İllərdi Azad olmaq uğrunda çalışırdım,hər nə qədər məktədə mənə biz Azad və Demokratik ölkədə yaşayırıq desələr də. Beləliklə arzularımı içimdə basdırıb böyüməyi arzulayırdım, özümü dəyişmək istəmirdim, amma, mühitimi dəyişə bilərdim. Adi bir şəhər-kənarı məktəbdə hansı mühitdən, hansı dünyəvi dəyərlərdən danışmaq olar axı?! Bütün həyatım, usaqlığım və ölmüş minlərlə arzum keçdi gözümün qabağında bir anda …” – Riga-Amsterdam Reysinə minik başlandı. Riga Hava limanının geniş pəncərələrindən baxa-baxa  dərin bir fikrə dalmışdım, axır ki, illərdi insanların azad olduğu o ölkəyə mən də gedəcəkdim, mənim də ən azı bir neçə gün azad olmaqa ixtiyarım çatacaqdı,mən də nəhayət ki, insanlara siz bu gün çox gözəlsiniz deyə biləcəkdim, mən də kimliyimlə fəxr edəcəkdim, sözün tam anlayışında azad olacaqdım.

Budur narın yağışlı Amsterdam və nəhəng Damrak prospekti qarşımdadır. İnsanlar harasa tələsir, hamısı qalın geyiniblər, avtobuslar, tramvaylar,necə deyərlər normal bir şəhər. Çoxlarının Amsterdam deyən kimi ağında canlanan yarıçılpaq tasvistitlər, lələkli oğlanlar, bir-biri ilə küçədəcə min hoqqadan çıxan qadınlar, bədənləri tatuajlı marixuanna çəkib özlərini idarə edə bilməyən insanlar heç biri məni qarşılamadı bu şəhərdə.

Oxumağa davam et

freelgbt tərəfindən Avtobioqrafik kateqoriyasında dərc edildi