Video

We support pride/Biz paradı dəstəkləyirik

Avropa Gənc Yaşıllar Fondunun təşkil etdiyi “Queer Green” Seminarının iştirakçıları dünyanın müxtəlif ölkələrində keçirilən Gay Qürur paradını dəstəklədiklərini nümayiş etdirmək və Qürur Paradını qeyd etməyə imkanı olmayan minlərlə insana dəstək olmaq məqsədi ilə video müraciət hazırlayıblar. Ondan çox müxtəlif dildə “mən paradı dəstəkləyirəm” deyən insanlar bu videonu Belqradda paradın təxirə salınmasından təsirlənərək hazırladıqlarını bildiriblər.

freelgbt tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Beograd Gay Qürur Həftəsi

Bu dəfə dünya azadlıq sevərlərinin diqqəti Belqrad Gay Qürur həftəsinə yönəlmişdi, şəhər dünyanın dörd bir yanından gəlmiş paradı dəstəkləyən insanlarla, turistlərlə, siyasi və ictimai xadimlər, media nümayəndələri ilə dolmuşdu. Hər kəsi keçən il təxirə salınmış Paradın bu dəfə baş  tutub tutmayacağı maraqlandırırdı.

…Gay həftəsi artq başlamışdı. Yüksək təhlükəsizlik önləmləri alınmış, şəhər polisi gücləndirilmiş iş rejiminə keçmişdi, yalnız polis deyil, Ortodoks kilsəsi və milliyyətçilər də gücləndirilmiş rejimdə canfəşanlıq edirdilər. Ortodoks kilsəsi Paradı “utanc paradı” belə adlandırmaqdan çəkinməyərək insanları, xüsəsən də milliiyətçiləri bu durumla əlaqədar provokasiya edib qarşıdurmaya çağırırdı.

Gay Qürur Həftəsi çərçivəsində keçiriləcək tədbirlər dünya şöhrətli rəssam-fotoqraf Elizabeth Ohlson Vallinin müasir incəsənət nümunəsi sayılan əsərlərdən ibarət “Ecco Homo” sərgisi ilə başladı. Sərgi cəmi bir necə saat ciddi polis nəzarəti altında baş tutdu və paradın əleyhinə olan homofob qüvvələrin ciddi müqavimət və qəzəbinə səbəb oldu.

Image

Sərgidə dünyanın ən məşhur rəssamlarının müqəddəs 

kitabların motivləri əsasında yaradılmış alternativ sənət incisi sayılan eksponatlar var və bu sərgiə Balkanlarda ilk dəfə idi ki nümayiş olunurdu, ən qalmaqallı eksponat isə Leonardo Da Vinçinin “Son Axşam yeməyi” əsəri əsasında hazırlanan və bütün personajlı transseksuallardan ibarət olan tablo idi.

Qürur həftəsinə dəstək əlaməti olaraq bir çox beynəlxalq təşkilat Belqradda müxtəlif təlim və seminarlar da təşkil etmişdilər. Oxumağa davam et