Gay- ölüm ya olum ?!

Dünyaya gəldiyim anda, yeridim eyni zamanda…

Çox təəssüf uşaqlığımı müharibə aldı, oyuncaqlara həsrət qaldıq, bir-birimizin artığı ilə dolandıq, sonra da başladıq böyüməyə, bu dəfədə həyat məni yeniyetməliyimdən, gəncliyimdən məhum etdi. Məktəb cəhənnəmə döndü… hər gün əziyyətlə dərsə gedirdim, çünki  6 saat sinif yoldaşlarımın atdığı atmacalara dözməli, insanların gülüşlərinə tab gətirməli idim. Bunun üçün yeganə çıxış yolum dərslərimə yaxşı çalışmaq idi ki, insanlardan fərqlənim, güclü olum, bəlkə müəllimlərim dərs arası gülən uşaqları sakitləşdirəcək, amma, illər keçdikcə, biz böyüdükcə situasiya dəyişirdi, müəllimlər də o dərs oxumayan, siqaret çəkən və məktəbə cibində bıçaqla gələn uşaqlardan qorxmağa başladılar, o ülüşlərə ya qoşulmalı olurdular, ya da zavallıcasına sakitcə tamaşa etməli idilər. Beləliklə erkən “dedavşina” başlamışdı, onların dediklərinə də məcburən gülməli idi, müəllimlər də, digər o zəif uşaqlar da. Heç kimə problem lazım deyildi axı. Yenə də yeganə stimul dərs oxumaq idi, anlayırdım, bilirdim ki, insanların dəyəri onların intellektləri,savadları ilə ölçülür, ən azı buna ümid edirdim. Bir də ki, ailə faktoru da böyük rol oynayır məncə hər birimizin həyatında… özümü tanıdığım andan məcbur idim, hər şeyə hazır olmağa, axı biz insanlar özümüzə gərəkdiyində bir səhv hərəkətinə görə min yaxşını unuduruq… Hətta ailəmiz belə başqaları üçün yaşayır, onlara mənim həyatım, seçimlərimdən daha çox qonşudakı o əri türmədə olan aravad var idi eee, hə adı indi düşdü yadıma Tükəzban xalanın, qızı dubayda olan motarist Mamedin nə dediyi vacibdi. Yaşamağa məhkumuq bir çox hallarda. Nə qədərdə yaxşı olsam belə, nə qədər də insalara əlimdən gələni etsəm belə, daim onlarla dost olmağa çalışsam belə bilirəm ki, məni də bir gün bu aqibət gözləyir, sularını daşıdığım Asya xala da, evlərini rənglədiyim veteran Əli dayı da, və ya küçəni asfaltlatmaq üçün bütün idarə və təşkilatların qapısını gəzib bu məhəlləni palçıqdan xilas etdiyimə baxmayaraq bütün məhəllə də məndən üz döndərəcəkdi, mən isə bütün bünları rüşvət deyə etməmişdim ki, sonda əvəzində onlardan məni sevmələrini istəyim, mən bunları etmişdim, çünki bunu bir insanlıq, vətəndaşlıq borcu hesab edirdim.

Qayıdım yenə ailə məsələsinə…

Bəlkə sizdə də olur,amma, məndə bu çox tez-tez baş verir, xüsusən də soyuq qarlı günlərdə qapını döyürəm,  evdəkilər bir az gec açanda gözümün qabağında ancaq bir fikir üsyan edir, bəlkə hər şeyi öyrəniblər, bəlkə də məni evdən qovublar. Küçədə donan bütün itlər və pişiklərin, isti evinə tələsən insanların fonunda kolun dibində acizanə oturmuş bir  varlıq gəlir gözümün qabagına. Yox illər boyu üzərimdə çox işləmişəm, yaşıdlarımdan fərqli olaraq 15 yaşımdan həm oxuyur, həm işləyirəm, bəzən gecə növbələrinə belə qalıram, bilirsiz niye?! Axı mənim arxamda dayanan bir kimsə yoxdu, mən istənilən vaxt vəba xəstələri kimi yandırılmaq üçün kimsəsiz kənddə tək gözləyə bilərəm… bilirsiz, mənim gələcəkdə də yaşamaqla problemim olmayacaq, pis-yaxşı bir ev tutub qala bilərəm, lakin bu evdə nə isti çay verən ana, nə gün ərzində baş verənləri danışmağa bir ata, nə zarafatlaşmağa qardaş olacaqdı, nədə ki, dadlı yeməkləri ilə dietalarımı pozan bacı. Ən böyük itki sevdiklərimi itirməkdi…

Beləliklə böyüyürəm, və ya artıq qocalıram, icimdə daimi bir qorxu ilə. İnsan var, qorxudan cılızlaşır, məni isə bu qorxu daha da cəsur edirdi. Çünki,mən taleyin başıma gətirdiyi qəzavü-qədər deyiləm, mən olmaq istədiyimi seçmiş biriyəm. Bir də ki, mən bu qorxuya minnətdaram, mənim mən olmağıma səbəb olub, məni mən edib. Yetimlərdən fərqim o olub ki, hər an itirmək təhlükəsi ilə həm sahib olduqlarımı sevmişəm, qədrini bilmişəm, həm də istənilən hala hazır olmuşam. Amma, bu qorxu məndən insanlığımı alıb, mən hər gün işə gələndə belə, həmin gün işi tərk etməyi, yemək yeyəndə elə onu yarımçıq qoymağı, nə bilim istənilən an hər şeyin ola biləcəyini göz altına alıram, məcburam bir “b” planımın olmasına. Sanki terror zamanı girov götürülmüşəm, ülümümü gözləyirəm, və hər geridə qalan an bu həyatdan qazancımdı, qorxu içində yaşamaq, hər növbəti an isə məni xilas edib, o, terrorçünu məhv edəcək snayperin atəşini gözləyirəm.

Budur üzünüzə gelən o maskanın altındakılar, bəsniyə o maskanı üzümə bu qədərbərk sıxırsız axı?! Bimirsiz ki, izi qalır?! Bilmirsiz ki, öz cizgilərim,öz gözəlliyim itir və mən də sizin əlibinizə tıxanıram?!

Advertisements

Gay- ölüm ya olum ?!” üzərində 3 şərh

  1. Fikirleshirem ki, vaxt kechdikce insanlari bele sheylere gore qinamayacaqlar. Her kesin oz sechimi var.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma