Amsterdam- Azadlığın Paytaxtı

“İllərdi Azad olmaq uğrunda çalışırdım,hər nə qədər məktədə mənə biz Azad və Demokratik ölkədə yaşayırıq desələr də. Beləliklə arzularımı içimdə basdırıb böyüməyi arzulayırdım, özümü dəyişmək istəmirdim, amma, mühitimi dəyişə bilərdim. Adi bir şəhər-kənarı məktəbdə hansı mühitdən, hansı dünyəvi dəyərlərdən danışmaq olar axı?! Bütün həyatım, usaqlığım və ölmüş minlərlə arzum keçdi gözümün qabağında bir anda …” – Riga-Amsterdam Reysinə minik başlandı. Riga Hava limanının geniş pəncərələrindən baxa-baxa  dərin bir fikrə dalmışdım, axır ki, illərdi insanların azad olduğu o ölkəyə mən də gedəcəkdim, mənim də ən azı bir neçə gün azad olmaqa ixtiyarım çatacaqdı,mən də nəhayət ki, insanlara siz bu gün çox gözəlsiniz deyə biləcəkdim, mən də kimliyimlə fəxr edəcəkdim, sözün tam anlayışında azad olacaqdım.

Budur narın yağışlı Amsterdam və nəhəng Damrak prospekti qarşımdadır. İnsanlar harasa tələsir, hamısı qalın geyiniblər, avtobuslar, tramvaylar,necə deyərlər normal bir şəhər. Çoxlarının Amsterdam deyən kimi ağında canlanan yarıçılpaq tasvistitlər, lələkli oğlanlar, bir-biri ilə küçədəcə min hoqqadan çıxan qadınlar, bədənləri tatuajlı marixuanna çəkib özlərini idarə edə bilməyən insanlar heç biri məni qarşılamadı bu şəhərdə.

Yolumu davam etdim bu həngaməli, böyük və azad şəhərdə, qarşıma çıxan ilk məşhur abidə isə “Sex Muzeyi” oldu, maraqlı eksponatları ilə bir dünya ilki, lakin Amsterdam bununla bitmir əlbəttə, nəhəng və modern, pulsuz internetlə təchiz olunmuş kitabxanalara malik bu şəhər məni heyran etməyə başlamışdı, üstəlik növbəti günlərdə Van-Goghun müzeyini, Rijski-Museumu və Madame-Tussaudun mum fiqurlar muzeyini ziyarət edəcəkdim.

Hələki valideynlərimin duşündüyü  kimi mən çatan kimi üstümə atılıb məni zorlayacaq olan o gay-lər yox idilər. Şəhəri gəzir bir adadan-o-birinə adlayır, nəhəng və azad bu şəhərdə azıb ömürlük qalmaq istəyirdim.

Bu dəfə isə qarşıma çıxan mənzərədən şoka düşdüm, bir ticarət mərkəzində idim, qızıl-zinyət əşyaları satan bölmədə hicablı xanım satıcı, gay cütlüyə üzük satmışdı, onu poketləyə-poketləyə alıcılarına xəşbəxtlik, uzun ömür və səadət arzulayırdı. Bəli-bəli tolerantlıq dedikləri budur, insanların öz dəyərləri var və bu dəyərlər başqalarına hörməti özündə ehtiva edir. Mən bir daha bu şəhərin nə dərəcədə azad, insanlarının isə niyə bu qədər xoşbəxt olduqlarını anladım.

Budur o azad ölkədən olan ilk təəssüratlarım, səyahətim bir balaca uzun sürdü, bu mövzunu isə davam etdirəcəyəm.

Advertisements
freelgbt tərəfindən Avtobioqrafik kateqoriyasında dərc edildi

Amsterdam- Azadlığın Paytaxtı” üzərində bir şərh

  1. men de cox uzaqlara qacmaq isterem. insanlarin azad olduqlari avropaya….ve orda derinden nefes alib uca sesle ,MEN GEYEM.. deye baqirmaq isterem..ne qeder gozeldi deyilmi))))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma