Dar Düşüncədən Dar Ağacına

2×2 Bloqundan LGBT-yə Dəstək

                                                                                          “İnsanlarin səni tanıdıqları kimi olmağa məcbursan!”
                                                                                                                                                                                                Andre Jid

Tək Qalmaq

Oyun oynayırıq. Dairə şəklində düzülmüş 9 stul, 10 nəfər, biri ayaq üstə, tən ortada dayanıb.

– Qoy, külək saçları qısa olanların üzərinə əssin!

Birdən çaxnaşma düşür, saçları qısa olanlar oturduqları yerdən qalxıb qaçır, yerlərini dəyişdirmək məcburiyyətindədirlər. Qayda belədir, sənə aid söz deyilibsə, mütləq yerini dəyişməlisən. Həm də cəld, çünki ayaq üstə olan adam sən qalxan kimi sənin yerinə əyləşəcək.

Bu dəfə mənəm ortada, düşünürəm… Oxumağa davam et

freelgbt tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Qafqazda ilk Gay Parad (Tbilisi)

Demokratik dəyişikliləri və Avropaya inteqrasiyası ilə Qafqaz ölkələri arasında ciddi şəkildə seçilən Gürcüstan bu dəfə “GAY Qürur Paradı” ilə tarixə düşdü. 17 May Beynəlxalq Homofobiya və Transfobiya Əleyhinə Gün çərçivəsində baş tutan Qafqaz tarixində ilk “Gay Parad” Şəhərin mərkəzi Rustaveli küçəsindən, Parlament binasının qarşısından başlayaraq Filarmoniya binasına qədər davam edib. 150-dən çox LGBT və LGBT dost təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan icazəli parad insidentsiz ötüşməyib. Povoslav Valideynlər Birliyi və digər milli-etnik qurpların və dini təşkilatların nümayəndələri parad iştirakçılara hücüm edib, onlara fiziki güc tətbiq ediblər ki, bu hal polisin müdaxiləsi ilə aradan qaldırılıb, lakin paradın bir neçə aktiv iştirakçısı asayiş keşikçiləri tərəfindən saxlanılıb.

Üzərində “Mən Gay dostlarımı Seviriəm”, “Nifrəti dayandırın”, “Hamı sevə bilər”, “Rasizmə Yox” kimi şüarlar yazılmış plakatlarla küçəyə çıxan Gay Parad iştirakçıları məqsədi insanların diqqətini 17 May Beynəlxalq Homofobiya və Transfobiya Əleyhinə Günə cəlb etmək, insanlara tolerantlıq və dözümlülük təbliğ edib onları homofobiya və transfobiya ilə mübarizəyə səsləmək olub.

Dini və milli dəyərlərin təbliğatçısı olan qrup üzvləri isə LGBT nümayəndələrinə hücüm edib, onları xoşagəlməz ifadələrlə təhqir edib, “göy-qurşağı” bayraqları parad iştirakçılarının əlindən alaraq tapdalamağa, təhqir etməyə cəhd ediblər. Oxumağa davam et

17 May- Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü

17 May Beynəlxalq homofobiya və transfobiya ilə mübarizə günüdür. Müasir dünyada ictimai və siyasi simaların,cəmiyyətin əsas toplumlarının cinsi azlıqlara qarşı tollerantlığı və onların hüquqlarını müdafiə etmə arzusu ön plana çıxmışdırsa da, hələdir inkişaf etməkdə olan, kasıb və 3-cü dünya dövlətlərində cinsi azlıqların hüquq və azadlıqları kobud şəkildə pozulur. Hər il 30000-ə yaxın gənc və yeniyetmə cinsi orientasiyalarından dolaya cəmiyyətin basqısına dözə bilməyib intihar edir. Bu statistika göstərir ki, hələdir insanlar lgbt-yə tollerant deyil və ya homofobdurlar.

Xüsusən də Azərbaycan və Cənubi Qafqazda milli mental və dini dəyərlərdən qaynaqlanan homofobiya, yerli media və dini institutların təbliğatı sayəsində insanlarda daha da güclənir və ya onları mənəvi yüklə yükləyərək stereotiplərdən azad olmağa imkan vermir. Bu səbəbdən 17 May LGBT-lər üçün xüsusi əhəmiyyət kəsb edən bir gündür, bu şansdan istifadə edərək anti homofobiya və anti transfobiya təbliğatını gücləndirmək, ictiaiyyətin diqqətini bu mözuya cəlb etməklazımdır.

Hər gün  dünyəvi dəyərlərin, bərabərlik və qarşılıqlı tollerantlığın təbliğatının vacib olduğu müasir dünyada 17 May sadəcə toplu şəkildə insanların diqqətini bir daha sırf  homofobiya probleminə cəlb etmək deyil, eyni zamanda sivil topluma bu günün mahiyyətini çıqlamaq, cinsi azlıqların da digər vətəndaşlarlarla bərabər hüquq və azadlıqlara sahib olması ideyasının aşılanması deməkdir. Oxumağa davam et

Gay Tbilisi

Budur, təyyarəmiz Novo Alekseyeva – Tbilisi Beynəlxalq Aeroportuna eniş etdi…

Bakida bütün problemləri qoyub, beynəlxalq bir tədbirdə iştirak etmək üçün coğrafi baxımdan Avropada yerləşən yeganə Qafqaz ölkəsi olan Gürcüstana gəlmişəm. Rəng-a-gəng təbiəti, dadlı mətbəxi və gözəl içkiləri ilə yanaşı, isti və mehriban insanları olan bu Qafqaz ölkəsinə gələndə hər zaman bir qərib hiss keçirirəm, kasıb, amma, xoşbəxt ailələrə bənzəyir bu ölkə…

… Bu dəfə gəlişimdə isə konfransda iştirak etməkdən əlavə daha bir məqsədim vardı,  Tbilisinin gay həyatı ilə yaxından tanış olmaq. Gürcü dostlarımdan bir balaca təlimatlar aldıqdan sonra geyinib-keçinib yollandım mərkəzə.

Yol boyu intenetdən Tbilisinin gay həyatı və LGBT münasibəti haqda məlumatlar oxuyurdum. Bunlardan ən maraqlısı o oldu ki, ictimai sorğu zamanı məlum olub ki, respondentlərin 91.5% homofobdurlar, ümid edirəm ki, Azərbaycanda belə sorğu keçirilərsə nəticə dəfələrlə yaxşı olar. Gürcüstan Qafqazda homoseksuallığı cinayətlər sırasından çıxaran ilk ölkədir, eyni zamanda burda 16 yaşından yuxarı həm homoseksuallarla, həm də heteroseksuallarla cinsi əlaqədə olmaq cinayət sayılmır… Oxumağa davam et

Məktəb Və Homoseksuallıq

Azərbaycanda gay olmaq çətindir. Bu məlum məsələdir. Gay məktəbli olmaq isə daha çətindir.

Mən məktəbə gedəndə əlbəttə ki, gay olduğumu bilmirdim. Və özümdən xəbərsiz idim. Çoxlu dost-tanışım var idi. Ətrafımdakı dostlarımı çox sevirdim, onlar da elə məni. Yəni mənə elə gəlirdi.
Amma sonra gay olduğumu öyrəndim. Gay olduğumu biləndən sonra bunu dostlarıma necə acıqlayacağım haqqında çox düşündüm. Sonra ümumiyyətlə acıqlamaq fikrindən vaz keçdim. Çünki bu mənə nifrətdən başqa heçnə qazandırmayacaqdı. Mənim isə nifrətə yox, sevgiyə ehtiyacım var idi. Buna görə də onlarla birliktə olmağa dəvam etdim. Amma hərgün özüm də bilmədən onlardan biraz uzaqlaşırdım. Bu əslində yaxşı idi, buna sevinirdim.

“İnsanlarin səni tanıdıqları kimi olmağa məcbursan!”
Doğrudan da belə idi. Onların tanıdıqları kimi olmlaı idim. Maskalanmalı, saxtalaşmalı idim onlar üçün. Çünki insana o zaman qiymet verirdiler.
Onlar bir -birilərinə təhqir kimi “gay” sözündən istifadə edirdilər. Mənim isə dilim gəlmirdi istifadə etməyə. Xüsusilə də elələrinə “gay” deyirdilər ki, min qatımdan keçirdi. Axı o insan “gay” sözünə layiq deyildi. Alçağın yekəsi idi. Və beləliklə anladım ki, dostlarım üçün mənim vəziyyətim sadəcə təhqir obyektidir. Oxumağa davam et
freelgbt tərəfindən Uncategorized kateqoriyasında dərc edildi