Klein’in seksual orientasiya cədvəli

İnsanların çoxu binar seçim çərçivəsi daxilində seksual təcrübə yaşadıqları üçün, Alfred Kinsey 0-dan (yalnız heteroseksual təcrübə) 6-ya (yalnız homoseksual təcrübə) qədər yeddi intervallı seksual orientasiya şkalası təqdim etdi. Şkala ilə yuxarı qalxarkən biz, özümüzün seksual zövqünü təyin edə bilərik, misal üçün, 2-ci şkalaya uyğun olan “əsasən heteroseksual, lakin bəzən homoseksual əlaqələr də olur” və sair. Şkalaya əlavə olaraq heç bir seksual marağa malik olmayan aseksual insanlar üçün X kateqoriyası da əlavə oluna bilər.

Fritz Klein Kinsey şkalasını dəqiqləşdirib həm bir az sadələşdirdi, həm inkişaf etdirdi. Klein şkalası öncəki kimi 7 intervaldan ibarət olsa da, Kinsey ona daha dəqiq təyinlər verə bilib.

Klein şkalası budur: Oxumağa davam et

Advertisements

Homoseksual övlad və valideyn

Bir çox valideynlər övladlarının homoseksual olmasından çox, onları gələcəkdə nə gözləməsindən narahat olur. Misal üçün, onlar qorxurlar ki, homofob əhval ucbatından övladlarının iş ilə problemləri ola bilər.

Bu mümkündür, ona görə də övladınıza izah etməlisiniz ki, o, özünə düzgün çevrə seçsin. Bundan çox şey asılıdır, lakin zaman-zaman homoseksuallığa olan münasibət onsuz da yaxşılığa doğru dəyişir ki, bu da dialektik qanunauyğunluqdur. Böyük şəhərlərdə homoseksuallıq kiçik şəhərlərə nisbətən daha çox hörmətlə qarşılanır. Həm təhsil, həm həyat fəlsəfəsi, həm dünyagörüşü cəhətdən daha savadlı olan adamalar homoseksuallığa digərlərinə nisbətən daha nəzakətlə yanaşırlar. Lakin istisna deyil ki, sizin oğlunuz küçədə cinayətkarlar tərəfindən döyülə bilər və ya faşist və mizantrop bir müdir tərəfindən işdən qovula bilər. Bu səbəbdən homoseksuallar cəmiyyətin ən çox qorunmağa ehtiyacı olan təbəqəsidirlər, oğlunuz pis hallarla qarşılaşdığı zamanda ona dayaq olmalı və yardım etməlisiniz.

Yadda saxlayın ki, övladınızın imkanları hədsizdir. Sizin övladınız yaradıcı sənətləri seçərək, öz sənətində tanınmış mütəxəssis ola bilər. Bəlkə də, cinsi zövqünə görə özünü uzun müddət qəbul etməməsi, daima kimə özü haqda məlumat verib-verməməsini düşünməsi, homoseksual insanlarda empatiyanı – digər insanların hissiyyatını duymağı daha da inkişaf etdirir. Buna görə də onlar insanlarla ünsiyyət tələb olunan sferalarda – idarəçilikdə, ticarətdə, pedaqogikada, tibbdə, kulinariyada çox uğurlu olurlar. Çox şey onların şəxsiyyətindən asılıdır, lakin homoseksuallar asan karyera qura bilirlər, onların çox dostları olur.

Valideyni övladının risk qrupuna daxil olması, immun çatışmazlığı virusuna yoluxması narahat edə bilər. Əslində, bu, sadəcə olaraq mifdir, yalan bir stereotipdir. Xəstəlliklər ehtiyatlı olmayan istənilən insan tərəfindən, onun cinsi zövqündən asılı olmayaraq yayıla bilərlər və bu halda insanın öz cinsinə və ya əks cinsə üstünlük verməsinin heç bir rolu olmur. Oxumağa davam et

freelgbt tərəfindən Psixoloji kateqoriyasında dərc edildi

Homoseksual övlad və çevrə

Homoseksual övlad və çevrə

Bu məqalədə mən övladların valideynlərinə homoseksual olmaları haqqında xəbər vermələri zamanı valideynlərin reaksiyaları haqqında danışacam. Çalışacağam ki, valideynlərdə yaranan ən geniş yayılmış suallara cavab verim. Bu, homoseksual övladları olan valideynlər üçün kiçik bir konsultasiyadır.

Budur, xəbər o qədər gözlənilməz oldu ki, siz necə reaksiya verməyinizi bilmirsiniz və ilk reaksiya hər cür ola bilər. Siz uşağınızın sizə dediyini ciddi qəbul etməyə, mövzunu dəyişə, və ya bunu heç kəsə deməməyi ona tapşıra bilərsiniz. Ümumən və xüsusən bu o deməkdir ki, siz baş verənləri inkar edirsiniz. Əgər siz övladınızın homoseksual olması faktını qəbul etmirsinizsə, onun bütün həyatı sizin üçün yeddi möhür arxasında qalacaq.

Bu andan başlayaraq heç bir qarşılıqlı anlamadan söz getmir. Şübhəsiz ki, bu, başlanğıc mərhələsidir və əgər siz o mərhələni yenə bilməsəniz, tamamilə mümkündür ki, sizi və övladınızı kədərli nəticələr gözləyə bilər. İ

ş burasındadır ki, homoseksuallar, əsasən də yeniyetmələr öz homoseksuallıqlarını o qədər də asan qəbul etmirlər. Bu dövr ərzin

də onların emosional durumları çox qərarsız və dəyişkən olur, və bunun üzərinə ətrafın pis münasibəti də gəlir. Əgər bütün bunlara valideyn də öz payını əlavə etsə, uşaq narkomaniyaya və ya intihara üz tuta bilər.
Hər halda, əgər sizin öz narahatlıqlarınızı heç kimlə bölüşə bilmirsinizsə, hiss etdiklərinizi ayırd edə bilmirsinizsə, öyrəşdiyiniz fikirləri tərk etməyə gücünüz yoxdursa, sizin psixoanalitik ilə danışmağa ehtiyacınız var. Onunla övladınızla ünsiyyətin hər ikiniz üçün necə münasib və rahat etmək haqqında söhbət edin, övladınızı xoşbəxt etməyin yollarını ondan öyrənin.Əgər siz homoseksuallığı psixoloq və psixiatrların köməyi ilə müalicə oluna bilən xəstəlik hesab edirsinizsə, bu cür fikirlərdən daşının. Homoseksuallıq xəstəlik deyil. Homoseksuallıq təbii, ənənəvi, standart və normal bir cinsi orientasiyadır. Müasir psixiatriya homoseksualizmi müalicə cəhdini mənəviyyatsızlıq hesab edir. Və uzunmüddətli araşdırmalardan sonra homoseksualizm xəstəliklər sırasında artıq on illər öncə çıxarılıb. Özlərini həkim adlandırıb guya homoseksuallığı “müalicə” edən şarlatanlar isə övladınıza ciddi psixoloji və somatik zərbələr vura bilərlər. Oxumağa davam et

Mən Lezbian doğulmuşam, bəs səni nifrət dolu doğublar ?!

Bu gündən mən də bu bloqa yazmağa başlamışam, ilk öncə sosial şəbəkələrdən birində dostum bu bloqun linkini paylaşmışdı, belə bir bloqun olduğuna çox sevinmişdim, indi isə daha çox sevinirəm, çünki artıq bu bloq üçün post yazıram. İlk öncə bloqun açılmasında təşəbbüs göstərmiş bütün insanlara minnətdarlığımı bildirirəm, indi isə keçək mətləbə. 

Fəlsəfədə bir emprik nəzəriyyə var, səhv eləmirəmsə bu nəzəriyyəyə görə hər şey sadədən mürəkkə doğru öyrədilir, indi də mən başlayım öz hekayəmi sizə yazmağa, adını oxuduğunuz kimi, sizə mən necə lezbian olduğumdan danışacağam.

Mənimlə ilk ünsiyyətdə olan insanların marağına heyranam da, mən seçimlərimdən utanmıram,ona görə də lezbian olduğumu danmıram. Amma, di gəl ki, hər salam verən adam məni sual atəşinə tutur, nədən?, niyə?.. anlamıram, axı sizin nəyinizə lazımdı mən gecələri neynirəm, mən uşaq istəyirəmmi,inanın mənə, istəsəm belə özüm bir yolunu tapacam, niyə anlamaq istəmirsiniz axı ki, əgər mənə sizin məsləhətiniz lazım olsa idi, mən onu sizdən soruşardım. İndi isə gələk əsas suala,- “sən necə oldun ki, lezbian oldun?” Oxumağa davam et

Гей-парад в Баку откладывается, чтобы сохранить “баланс интересов”

Представители общественных организаций Азербайджана отказываются подтвердить новости о планах проведения гей-парада в дни конкурса “Евровидение 2012” в Баку. Лидеры и участники официально зарегистрированных групп, принимающих участие в жизни гей-сообщества этой страны, недоумевают, откуда СМИ взяли подобную информацию.

Некоторые ссылались на сайт Nighttours.Com, но там ее нет. Национальный гей-проект Gay.Az, со ссылкой на азербайджанские СМИ, цитирует, в частности, Кямрана Рзаева, председателя организации “Гендер и развитие”: “К подобной акции не готово не только наше общество, но и большинство представителей секс-меньшинств, проживающих в Азербайджане”. Oxumağa davam et

Gay- ölüm ya olum ?!

Dünyaya gəldiyim anda, yeridim eyni zamanda…

Çox təəssüf uşaqlığımı müharibə aldı, oyuncaqlara həsrət qaldıq, bir-birimizin artığı ilə dolandıq, sonra da başladıq böyüməyə, bu dəfədə həyat məni yeniyetməliyimdən, gəncliyimdən məhum etdi. Məktəb cəhənnəmə döndü… hər gün əziyyətlə dərsə gedirdim, çünki  6 saat sinif yoldaşlarımın atdığı atmacalara dözməli, insanların gülüşlərinə tab gətirməli idim. Bunun üçün yeganə çıxış yolum dərslərimə yaxşı çalışmaq idi ki, insanlardan fərqlənim, güclü olum, bəlkə müəllimlərim dərs arası gülən uşaqları sakitləşdirəcək, amma, illər keçdikcə, biz böyüdükcə situasiya dəyişirdi, müəllimlər də o dərs oxumayan, siqaret çəkən və məktəbə cibində bıçaqla gələn uşaqlardan qorxmağa başladılar, o ülüşlərə ya qoşulmalı olurdular, ya da zavallıcasına sakitcə tamaşa etməli idilər. Beləliklə erkən “dedavşina” başlamışdı, onların dediklərinə də məcburən gülməli idi, müəllimlər də, digər o zəif uşaqlar da. Heç kimə problem lazım deyildi axı. Yenə də yeganə stimul dərs oxumaq idi, anlayırdım, bilirdim ki, insanların dəyəri onların intellektləri,savadları ilə ölçülür, ən azı buna ümid edirdim. Bir də ki, ailə faktoru da böyük rol oynayır məncə hər birimizin həyatında… özümü tanıdığım andan məcbur idim, hər şeyə hazır olmağa, axı biz insanlar özümüzə gərəkdiyində bir səhv hərəkətinə görə min yaxşını unuduruq… Hətta ailəmiz belə başqaları üçün yaşayır, onlara mənim həyatım, seçimlərimdən daha çox qonşudakı o əri türmədə olan aravad var idi eee, hə adı indi düşdü yadıma Tükəzban xalanın, qızı dubayda olan motarist Mamedin nə dediyi vacibdi. Oxumağa davam et

Durum (Circumstance) filmi

Şəxsi həyat siyasi olanda

Yeraltı reyvlər və gizli ev partiləri təşkil etmək kimi – içki, rəqs və seks ehtimalı dolu hadisələrlə zəngin filmləri izləyənlər də qorxunc əxlaq polisi tərəfindən təqib, həbs olunmaq və daha pis münasibətlər görmək riski ilə üzləşirlər.

Bununla bərabər, dörd dost qanunları azadlıq naminə pozmaq barəsində həmfikir olsalar da, onların etdikləri itaətsizlik mənalarında görə fikirləri fərqlidir. Dostlardan biri cavan oğlan insan hüquqları haqqında cəmiyyətə car çəkmək və kütləni etiraz etməyə sövq etmək ehtiyacının olduğunu bildirdiyi halda, digər dostlar repressiyalar şəraitində sadəcə itaət etməmək faktının olmasının, təhlükəli bir cəmiyyətdə qadağan olunmuş həzzin dadılmasının özünün məğzi etibarı ilə yetərincə siyasi akt olması qənaətindədirlər.

Atefah və Şirin qarşılıqlı sevgilərinin erotik ehtirasa keçdiyi məktəbli qızlardırlar. Vəfat etmiş dissident valideynlərinin adı ilə damğalanmış Şirin yoxsulluqla ömür sürdüyü halda, Atefah ailəsinin var-dövləti və imtiyazlarından ərköyünləşib. Onun valideynləri – həkim və biznesmen – lüks olmaq ilə tədbirli olmağın tarazlığını təşkil edirlər. Onlar evdə şərab içir, Qərb klassik musiqisi dinləyir və fikirlərini açıq şəkildə deyirlər. Lakin onlar da cəmiyyətin məhdudiyyətlərini qəbul edirlər ki, qızları Atefah da bunu dözülməz hesab edir. Çimərliyə gedən zaman Atefahın atası Firuz “Bir gün hamımızın birlikdə üzməsi mümkün olacaq” deyir, lakin bununla belə, görünür ki, hətta qadınlar dənizə girdikləri  halda, Firuz arzu etməkdən artıq heç nəyə qadir deyil. Şirin və Atefah isə, əksinə olaraq, düşünmədən paltarlarını çıxararaq, gün doğan vaxtda, boş çimərlikdə dalğalara baş vurmağa hazırdırlar. Oxumağa davam et

Paralel Həyatlar

Molli Landret cinsini dəyişmiş amerikalıların həyatından çəkir. Landret Sietldə anadan olub, 32 yaşı var. Onun sözlərinə görə gender məsələləri barədə çoxdan düşünməyə başlasa da, “Qeyri-ənənəvi Amerika” kolleksiyası üzərində Nyu-Yorkda işləməyə başlayıb. O, ölkə üzrə 60-dan çox fotonu nə zamansa hamısını bir albomda yığmaq üçün çəkib. Bundan əlavə, o, aktrisa Ameliya Tuvi ilə əməkdaşlığa başlayıb. Onlar hər fotonu izah edən videolar çəkirlər və gələn il üçün öz saytlarını yaratmağı planlaşdırırlar.
1. Çikadi və onun ailəsi, Vaşinqton. Molli insanlardan onların önəmli saydıqları, istədikləri yerdə, özləri seçdiyi paltarlarda poz verməyi xahiş etmişdi. Oxumağa davam et

Sevmək çox gözəl, səni sevmək çox gözəl… (II hissə)

Sevəm çox gözəl, səni sevmək çox gözəl, sənin olmaq…

Sevmək çox gözəl, səni sevmək çox gözəl…

Artıq bir həftədir hər gün sərasər bu PUB-a gəlirəm, su gələn arxa bir də gələr deyiblər misalı, onu gözləyirdim, oynasam belə gözərim onu axtarırdı.

Bu arada bir haşiyə çıxım ki, onsuz da münasibətimiz gərin olan o dost-sevgilimlə getdikcə daha da soyuram gündən-günə, onun isə məni həqiqətən də sevdiyini hələ indi-indi sezməyə başlamışdım, bəzən çox gecikirik, bəzən də erkən  gəlirik…

Bu həftə ərzində dost siyahımı ələk-vələk etdim və dostlarımın, dostları arasında onu axtarmağa başladım. Belə şeylərdə heç bəxtim gətirməz, təsəvvür edin ki, lotoda belə bircə dəfə udmamışam, qaldı bir neçə min dostumun 20-30 min dostu arasından kimisə  tapasan, samanlıqda iynə məsələsinə oxşadı.   Oxumağa davam et

Sevmək çox gözəl, səni sevmək çox gözəl… (I hissə)

Sevmək çox gözəl, səni sevmək çox gözəl…

Yaşamaq çox gözəldi, xüsusən də günəşin istisində qızınanda, maaş alanda və sevəndə.

Çox təəssüf ki, bəzilərimiz sevə bilmir, bir digərlərimizi isə sevən olmur, daha faciəvisi isə sevməyə imkanın olmasın, yaxud sevgini etiraf etməyə cürətin çatmamasıdır.

Bu gün ayın 5dir, deməli maaş olacaq, xoşbəxtliyin üç təməlindən biri var, səhər 06:30 da yola cıxdım, nə də olsa maaş günüdü gecikmək olmaz J, artıq metrodan çıxanda günəş də boylanmağa başlamışdı deyəsən bu gün xoşbəxt olmaq üçün yalnızca sevgiyə ehtiyyacım var axı. Beləliklə sevinə-sevinə işə gəldim, günün sonuna qədər dözmək heç də asan deyil əslində. Amma sonunda xoşbəxtliyin olacağına görə dözmək olar…və saat 17:00…

Və dostlarımla hər axşam olduğu kimi bu axşam da görüşə gedirəm, dostalım deyəndə ki, biz 3 nəfərik, mən,ən çox sevdiyim, həyatımı paylaşdığım, bir xanım dostum, orientasiyası bəlli olmasa da,  məni sevən dostum və ya sevgilim. Bu insanlar həyatımda sahib olduğum yeganə dəyərli varlıqlardır. Bəlkə də məni anlaya bilən,məni mən olduğum üçün sevən iki insan, 6 milyardlıq dünyada sadəcə iki insan… Hər biri altı milyon insana dəyən, dəyərli iki insan. Oxumağa davam et