LGBT Turistlər Argentinada Evlənə bilər :)

Homoseksualizmə yanaşma dünyanın müxtəlif dövlətlərində müxtəlifdir. Bəzi dövlətlərin qanunvericiliyəndə homoseksualizm cinayət sayılır və homoseksuallar daşqalaq olunurlarsa bir çox dövlətlərdə homoseksualizm qanunla qadağan olunmur, dünyada 20dən çox dövlətdə isə eynicinsli nigahlara icazə var, bunların bir çoxunda eynicinsli ailələr heteroseksual ailələrdə olduğu kimi bütün hüquqlara sahibdirlər, bu hüquqlar arasında hətta uşaq övladlığa da götürməyə icazə verilir.

Amma əgər sizin yaşadığınız ölkədə eynicinsli nigaha icazə verilmirsə deməli siz bu qanunu hələ gözləməli olacaqsınız və ancaq vətəndaş nigahında yaşamalısınız. Amma, sizi təbrik etmək istəyirik, artıq dünyada bir dövlət bütün dünyaya xoşbəxtlik paylayır, bu ölkə Argentinadır, artıq yeni qanuna görə hətta turistlər belə Argentinada eynicinsli nigahlarını rəsmiləşdirə bilərlər. Bütün dünya homoseksuallarını sevindirən bu qərarla Argentina dünyada turistlərə evlənmək hüququ verən hələki ilk və yeganə dövlətdir. Yeni qanun qüvvəyə mindikdən sonra ilk belə nigah Paraqvay vətəndaşları 31 yaşlı Simon Kasal və 18 yaşlı Serdjio Lopes arasında rəsmiləşdirilib. Oxumağa davam et

freelgbt tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Mövlana Cəlaləddin Rumi və Şəms Təbrizi

İlahi eşqla dolub-daşan, haqiqat günaşi Şəms Tabrizi.

Bir yerda dayanmayıb, çox yerlar gazdiyi üçün ona Şəmsi-pərəndə, yani uçan Şəms deyirdilar. O da Mövlana kimi, böyük bir Haqq aşiqi idi. O da çoxlu ölkalar gazmiş, çoxlu alim va şeyxlar görmüşdü. Lakin özünün ifada etdiyi kimi, heç bi-rinda axtardığını tapmamışdı.

Daima «Allahım! Örtülü dostlarından birini mana göstar!» deya dua edardi.

Yuxusunda da ona istadiyinin Anadolu ölkasinda Bahaad-din Valadin oğlu Mövlana Calaladdin Rumi olduğu ilham edilmişdi.

Nahayat, bir gün Mövlana talabalari ila Salcuqilar karvansa-rayının onundan keçirdi. Qapının önünda o vaxta qadar heç görmadiyi, qiyafasindan yad olduğu bilinan bir adamı görür va salam verib yoluna davam edir. Mövlana öz-özüna «O, yad adama banzayir. Burada bela bir şaxsi heç vaxt görmamişam. Na qadar da nurlu üzü var» deya düşünarkan birdan atının yüyanini bir alin tutduğunu görür. Mövlana «Buyurun!» deyir. O şaxs da: Oxumağa davam et

freelgbt tərəfindən Yaradıcılıq kateqoriyasında dərc edildi

Divan-i Hafiz. Onuncu qəzəl (Hafiz Şirazi)

Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi XIV əsr İran sufi şairidir. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır.

Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. Hafiz şeirlərində dərin və abstrakt fəlsəfi fikirlər ifadə edir, şeirlərində şərab süzən oğlanların gözəlliyi də tərənnüm olunur.

Şair dünyanı tez-tez “viranə” bir yerə bənzədir, insan həyatını xəyalı və aldadıcı bir dövr sayır.

Ondan bir əsr əvvəl yaşamış Sədidən fərqli olaraq, Hafiz şeirlərini bir məcmuəyə – divana toplamamışdır. Buna görə də Hafizin yazdığı qəzəllərin dəqiq sayı məlum deyil.

Divan-i Hafiz. Onuncu qəzəl

Gülüb sərxoş halda tərli-tərli, qarışdırdı saçını

Əlində mehtərlə oxuyub şeir, cırdı əbasını

Axtarır gözləri mübarizə, çeynəyir dodaqları “heyif”

Oturdu yastığıma keçən gecə yanıma gəlib

Əyib başını qulağıma, dedi sakit kədərlə:

“Ey qoca sevgilim mənim, yatırsanmı sən?”

Verilər axtaran hər kəsə sübh çağı bu fincan,

İbadət etməsə o, şəraba, naxələfdir sevgiyə də

Ey tərki-dünya, get yolunla, yayındırma axıracan içənləri

Bu oldu bizə verilən hər şey yaradılma anında

Tökdüsə nəyi fincanımıza, içdik biz onu da

Balıydımı səmanın, şərabıymıdı sərxoşluğun

Təbəssümü fincanın, topa saçları oğlanın

Pozmuşdur Hafiz kimi çoxu andını saflığın

Hafiz Şirazi


freelgbt tərəfindən Yaradıcılıq kateqoriyasında dərc edildi

Cənnət şərabı (Əbu Nuvas)

Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi Abbasilər dönəmində şerə gətirilən yeni üslubun ən önəmli təmsilçisidir. Əbu Nuvas bir çox şeir janrlarında yazmasına baxmayaraq ərəb ədəbiyyatına “xəmriyyat” – şəraba dair şeirlər müəllifi kimi daxil olmuşdur. Onun yaradıcılığı ilə ərəb poeziyası köhnə ənənələrdən uzaqlaşmış yeni məzmun kəsb etmişdir.

Ərəb poeziyasında dünyəvi şerin ilk nümunələri Əbu Nuvasın adı ilə bağlıdır.Əbu Nuvas ərəb poeziyasını forma cəhətdən də yeniləmiş və təmtəraqlı üslubu real bədii təsvir vasitələri ilə əvəz etmiş, şeir dilini sadələşdirmişdir.

Şeirləri şərabı və möhtəşəm eynicinsli sevgini təbliğ etdiyi üçün Əbu Nuvas geriliyin və xurafatın qurbanına çevrilmiş, ədəbiyyatdan anlamsız olan, intellekti olmayan xəlifə əl-Əminin kaprizlərinə görə həbs olunmuşdu. Möhtəşəm şeirlərinə nəzər salındıqda, dahi şairin öz həyatını nə qədər dəyərli bir abidəyə qurban verdiyini dərk etmək mümkün olur.

Əbu Nuvasın bəzi mənbələrdə həbsxanada vəfat etdiyi, başqa məlumatlara əsasən isə İsmail ibn Əbu Saleh tərəfindən zəhərləndirildiyi ehtimal edilir.

Cənnət şərabı

Parlaq piyaləsi şərabın, qara günəşi gecənin,

Axar gözlərdən yaşlar, edər cənnət şərabı!

Kemişdə günəş kürəsi, indi sarı şaxtagülü,

Atılıbdır zindana farsın məsum gözləri!

Kəndimdən gələn gördüm mən həmin vəhşini:

Vuraraq bir zərbəylə, o, sındırdı piyaləni.

Dörd küncə dağıtdı al rəngli o şərabı,

Yetişirdi illərlə, yaşlanırdı piyalədə,

Yayıldı ətri aləmə, gül içində yovşandan.

Baxır daim içənlərə qəzəbli baxış səmadan,

Müqəddəs bir içkini bu oğlan süzür sənə:

Yağışın büllur suyu, qovuşur şərab ilə.

Və o, mənə göz vurur, ah, nə ölümcül içki!

Və o, gəzib dolanır, səninsə ağlın azır…

Əbu Nuvas

freelgbt tərəfindən Yaradıcılıq kateqoriyasında dərc edildi

New York – möcüzələr şəhəri

Əvvəli “Məscidlə Nyu York arasında sevgi” postunda.

Və budur, şanslar və möcüzələr şəhərindəyəm, axşam üstü saat 7 di, hava soyuqdu, amma, yağıntı yoxdu, zamanla səyahət etmiş kimiyəm, zamanın əksinə uçduğum üçün 10-12 saat qabaq düşmüşəm həyatdan J. Vaxt borc almışam və geri verəcəm qayıdanda. Məni Anna adlı bir sarışın və kifayət qədər yaraşıqlı, rəng-a-rəng geyinmiş bir qız qarşıladı, əlindəki kağızda adımın yazıldığını görüb sevindim və yaxınlaşdım. Bir neçə dəqiqə tanışlıqdan sonra əsl Amerika məni salamladı, isti “latte” və Nyu York taksisi. Unutmamış deyim ki, Nyu York Con Kennedi Aeroportunda tranzit yoxdu və bu aeroportdan isitifadə edəcək hər kəsin mütləq Amerika Vizası olmalıdır.

Yol boyu bu qəşəng qızla söhbət və onun şirin Amerika ləhcəsi ləzzət edirdi… Arada boylanıb maşının pəncərəsindən Nyu York küçələrinə, evlərinə tələsən insanlara və başı görsənməyən hündür binalara baxırdım. Özümü çox qeyri adi hiss edirdim ilk gün, amma, artıq öyrəşmişəm.

Anna mənə bildirdi ki, qalacağım evi özüm seçəcəyəm, hə, bir tələbəyə qalacağı evi seçməyi təklif edirdilər, deməli bura həqiqətən də demokratiyadır. Evimi seçənə qədər, məni Hilton otelinə yerləşdirdilər, və otelə çatar-çatmaz mən tez əynimi dəyişib Annadan məni Times Meydanına aparmasını xahiş etdim, o da razı oldu. Həqiqətən də çox gözəl insandı Anna, məni Times Meydanına apardı, Amerikan həyatı, Starbaks, sonra da Mak Donalds. Times meydanında  flaş mob keçirilirdi, Bakıdakından çox fərqli idi həm də iştirakçısı çox idi, özümü “Sev, Ye , Dua et” (“Love Eat Pray”) filminə düşmüş kimi hiss edirdim. Oxumağa davam et

freelgbt tərəfindən Avtobioqrafik kateqoriyasında dərc edildi

Homoseksuallıq təbiətdəndir


   Homoseksuallığa qarşı yürüdülən saxta arqumentlərdən birinin də guya homoseksuallığın təbiətə zidd olması arqumentidir. Bu pesvdoarqumentin tərəfdarları iddia edirlər ki, homoseksuallıq təbiətə ziddir və hətta heyvanlar da homoseksual davranışları həyata keçirmirlər, guya homoseksuallıq yalnız insanların süni şəkildə uydurduqları seksual praktikadan başqa bir şey deyil.

Bu fikir – “peccatum contra naturam” – əsrlər boyu bir çox sahələrdə aparıcı olmuşdu, lakin elm bu fikrin də yalan olmasını əsaslı şəkildə sübut etdi və homoseksuallığın təbiətdən gələn normal bir seksual praktika olmasını göstərdi.

Homoseksual davranışın təkcə insana deyil, heyvana da aid olmasını sübut edən elmi işlər vardır. 1999-cu ildə kanadalı bioloq Bruce Bagemihl 1500-dən çox növdə homoseksual davranış müşahidə olunur və 500 növün homoseksual davranışın yaxşı sənədləşdirilib. 2009-cu ilə olan araşdırmaların icmalına görə homoseksual davranış heyvanlar aləmində universal davranış olaraq bütün növlər üçün səciyyəvidir. Oxumağa davam et

freelgbt tərəfindən İnformativ kateqoriyasında dərc edildi

Mən necə Gay oldum?!

Bu yola necə düşdüm?

– Yolla gedirdim, birdən gördüm ki, orda solda bir yol var. Daşlı-çınqıllı, amma, rəng-a-rəng. Dedim: “ala nə zor yoldu bu” 🙂 ve başladım işıq yanan tərəfə yox, it hürən tərəfə getməyə. Bir də gördüm ki, beləliklə men homoseksual oldum.”

Yuxarıda dediklərimə inandınızsa və ya hələdi sizi mənimnecə homoseksual olmağım maraqlandırısa yazının davamını oxumaya bilərsiz onsuz da cavab tapa bilməyəcəksiniz!

Və çox heyf ki, bu sualı tez-tez eşidirəm. Hər eşitdiyimdə infakt olmak dərəcəsinə gəlirəm. Axı niyə insanlar düşünmədən danışır. Yəni, doğrudan da onlar elə fikirləşirlər ki, bu bizim  istədiyimizdir və biz bunu(homoseksualizmi) seçmişik?

Necə ki, milliyətimizi, ailəmizi özümüz seçmirik, cinsimizi, dərimizin rəngini, hansıəllə yazacağımızı və s. də həmçinin bizdən asılı deyil. Çünki, biz də təbiətin bir parçasıyıq… Nə atamızın belində, nə anaızın bətnində bu haqqda nə bir kimsə bizdən nəsə soruşdu, nə də biz cavablandırdıq. Və belə də doğulduq.

Mənim bir dostum var idi. Məndən yaşca böyük olmasına baxmayaraq münasibətlərimiz yaxşı idi. Hətta mənə bir dəfə “sən əsil dostsan”  demişdi mənə. Əlbəttə ki, gay olduğumu bilən günə qədər. Bu gündən sonra artıq mən onun gözündə şeyan oldum. Bu insan düşünmədi ki, mən elə həmin insanam, eyni əllərlə onunla salamlaşır, eyni dillə danışır, eyni beyinlə düşünürəm, dəyişən isə sadəcə onun fikirləridir. Sadəcə əvvəllər haqqımda oruşmadığı vəmənimona demədiyim bir şey var idi və bir gün mən dedim… O gün-bu gün elə hey günah olduğunu deyirdi. Sanki özü müqəddəs idi…

freelgbt tərəfindən Avtobioqrafik kateqoriyasında dərc edildi

LGBT-ni qadağan edəcək yeni qanun layihəsi

Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt Peterburqda yerlişəhər duması “Anti-Gay” qanun layihəsi hazırlayıb və onun tətbiqinı hazırlaşır. LGBT nümayəndələrinin “gözəgörünməz”liyini təmin eəcək bu qanuna əsasən artıq kütləvi nformasiya vasitələrində, xəbər portallarında, teatr, kino və s. vasitələrlə istənilən şəkildə LGBT-nin təbliğatı və ya göstərilməsi qadağan ediləcək. Qanun layihəsi o çümlədən “Gay Qürür Paradları”nın da keçirilməsini qadağan edəcək.

Aşağıdakı videoda isə ünya ictimaiyyətinə yönələn bir mesaj var. Bu isə dövləti belə bir addımdan çəkindirməyə yönəlir.

Mr. Gay Dünya 2012 Gözəllik Müsabiqəsi

4-8 Aprel Tarixində, Cənubi Afrikanın Jhonessburg şəhərində IV MR. GAY Dünya gözəllik müsabiqəsi baş tutacaq. Hər il dünyanın ən yaraşıqlı gayini seçmək üçün keçirilən bu müsabiqə ilk dəfə Candanın Vhistler şəhərində 2009-cu ildə keçirilib, müsabiqəyə daha sonra Norveç və Filippin ev sahibliyi edib. Rekord sayda iki dəfə ard-arda müsabiqəni Cənubi Afrikadan olan nümayəndə qazanı və bu il də məhz buna görə müsabiqəyə onlar ev sahibliyi edəcəklər. Müsabiqə ilə əlaqədar ilk dəfə Cənubi Afrikada qalib Charl Van Den Berqin və Francois Nelin təsviri əks olunmuş bilbordlar asılıb. Bu il müsabiqə üçün 19 nümayəndə öz iştirakını təsdiqləyib.

Argentina

Qonzalo Enriki Bogalon (22)

Oxumağa davam et

freelgbt tərəfindən Xəbər kateqoriyasında dərc edildi