Homoseksuallıq təbiətdəndir


   Homoseksuallığa qarşı yürüdülən saxta arqumentlərdən birinin də guya homoseksuallığın təbiətə zidd olması arqumentidir. Bu pesvdoarqumentin tərəfdarları iddia edirlər ki, homoseksuallıq təbiətə ziddir və hətta heyvanlar da homoseksual davranışları həyata keçirmirlər, guya homoseksuallıq yalnız insanların süni şəkildə uydurduqları seksual praktikadan başqa bir şey deyil.

Bu fikir – “peccatum contra naturam” – əsrlər boyu bir çox sahələrdə aparıcı olmuşdu, lakin elm bu fikrin də yalan olmasını əsaslı şəkildə sübut etdi və homoseksuallığın təbiətdən gələn normal bir seksual praktika olmasını göstərdi.

Homoseksual davranışın təkcə insana deyil, heyvana da aid olmasını sübut edən elmi işlər vardır. 1999-cu ildə kanadalı bioloq Bruce Bagemihl 1500-dən çox növdə homoseksual davranış müşahidə olunur və 500 növün homoseksual davranışın yaxşı sənədləşdirilib. 2009-cu ilə olan araşdırmaların icmalına görə homoseksual davranış heyvanlar aləmində universal davranış olaraq bütün növlər üçün səciyyəvidir. Oxumağa davam et

freelgbt tərəfindən İnformativ kateqoriyasında dərc edildi

Cins və gender

Yaxın zamana qədər cinsi müxtəlifliyi mədəniyyətin hesabına aid edirdilər. Müasir elm cinsiyyəti iki yerə ayırır:

  1. Biloloji, reproduktiv cins, individin uyğun kontrast yaradan elementlərlə birlikdə erkək (kişi) və dişi (qadın) olaraq statusu – cins.
  2. Sosial cins, rolların sosial-mədəni və davranış xarakteristikası. Bu cins individin şəxsi, sosial və hüquqi statusunu müəyyən edir – gender.

Sosial cins gender adlanır, və özünə cinsi mənsubiyyəti aid etdiyinə görə (adam özünü kişi, qadın və ya təkcə anatomik xüsusiyyətinə görə deyil, həmçinin də müvafiq sosial kriteriyalara görə qeyri-müəyyən cinsdən olan şəxs hesab edir), bu xassələr və yanaşmalar, anatomik-fizioloji xassələr istisna olmaqla, gender göstəriciləri adlandırılırlar. Oxumağa davam et

freelgbt tərəfindən İnformativ kateqoriyasında dərc edildi

Aseksuallıq

Aseksual – heç kimə cinsi maraq duymayan adama deyilir. Aseksuallığı bəzən cinsi orientasiyanın olmaması kimi də təsvir edilər, lakin aseksuallıq da cinsi orientasiyadan biridir.  Aseksualların cinsi əlaqəyə marağı güclü olmur, bunun əvəzində onların romantik duyğuları daha güclü olur, bəziləri isə seksuallığı ümumiyyətlə əhəmiyyətli hesab etmirlər. Aseksuallıq, heteroseksuallıq, homoseksuallıq, biseksuallıq kimi cinsi zövqlərdən biridir. Aseksuallar doğuşdan aseksual olanlar və sonradan bunu seçənlər olaraq ikiyə ayrılırlar. Bəzi araşdırmalara görə insanların 1 %-i aseksualdır.

Aseksuallıq, bütün cinsi orientasiyalar kimi mürəkkəb bioloji və ictimai səbəblərə əsaslana bilər. 1994-cü ildə ABŞ-da 11.9 % nisbətində yetkinlərlə edilən araşdırma nəticələrinə görə, 9.8 % kişilərin, 13.6 % qadınların  həyatlarında heç bir seksuallıq yaşanmamışdır ya da partnyorlari olmamışdır.  Oxumağa davam et

Göy Qurşağı

Biz insanlar bir qədər saf, bir qədər mülayim və ümid doluyuq. İnsan yaranan gündən bir optimistik ruh onu daim izləyir, hətta ən pis zamanlarımızda belə biz qəfil gələcək köməyi gözləyirik, burulğanın ortasında yayı arzulayırıq…

Müqəddəs kitablardan, nağıllardan və s. demək olar ki, hər birimizin yaxşı bildiyimiz bir hekayə var, bu dünyada olan bütün canlılardan bir cüt öz gəmisinə toplamış Nuh peyğəmbər və onun 40  günlük qiyamətdən, sel-sudan xilas olması haqdadır. Hekayənin sonunda isə Nuh Yaradandan bir daha insan övladını belə bir zülmə, əzaba düçar etməməsini diləyir. Həqiqətən də yaradan onun bu duasını qəbul edir və bir əhd-peyman, əbədi və ölməz ümid nişanəsi olaraq hər yağışdan sonra göy qurşağının peyda olacağını və yaradan bu göy quşağına baxanda o dəhşətli sel haqqında xatırlayacaq, insanları bir də belə zülmə düçar etməyəcəkdi.  Göy qurşağı insanlar üçün bir ümid, hər əziyyətli gündən sonra gələc firəvan günün əlamətinə çevrilmişdi. Göy qurşağı laiq olduğumuz ədalətin, günəşli günün və canlı həyatın müjdəçisi idi. 

Bu gün isə göy qurşağı bütün cinsi azlıqların, gay, lezbian, biseksual və transseksualların simvolu, onların şəxsi kimliklərinin ifadəsidir. Bu gün göy qurşağı simvolu təkcə yaradanla insanlar arasındakı əhd peymanı deyil, insanların qarşılıqlı münasibətini simvolizə edir, tollerantlığa, sevgiyə səsləyir. Göy qurşağı bir ümiddir, qardaşlığa, dostluğa, birliyə olan ümid, yırtıcı ilə ot yeyənin, çiçəklə- arının xilas olmaq üçün 40 gün 40 gecə birlikdə yaşadığının, xilas olmaq üçün göstərdiyi çabanın, qarşılıqlı köməyin simvoludur. Oxumağa davam et

freelgbt tərəfindən İnformativ kateqoriyasında dərc edildi

Klein’in seksual orientasiya cədvəli

İnsanların çoxu binar seçim çərçivəsi daxilində seksual təcrübə yaşadıqları üçün, Alfred Kinsey 0-dan (yalnız heteroseksual təcrübə) 6-ya (yalnız homoseksual təcrübə) qədər yeddi intervallı seksual orientasiya şkalası təqdim etdi. Şkala ilə yuxarı qalxarkən biz, özümüzün seksual zövqünü təyin edə bilərik, misal üçün, 2-ci şkalaya uyğun olan “əsasən heteroseksual, lakin bəzən homoseksual əlaqələr də olur” və sair. Şkalaya əlavə olaraq heç bir seksual marağa malik olmayan aseksual insanlar üçün X kateqoriyası da əlavə oluna bilər.

Fritz Klein Kinsey şkalasını dəqiqləşdirib həm bir az sadələşdirdi, həm inkişaf etdirdi. Klein şkalası öncəki kimi 7 intervaldan ibarət olsa da, Kinsey ona daha dəqiq təyinlər verə bilib.

Klein şkalası budur: Oxumağa davam et

Homofobiyanın qısa tarixi

Qədim dünyanın sakinləri cinsi orientasiya haqqında fikirlərə sahib deyildilər. Qədim Yunanıstanda insanın hansı cinslə cinsi əlaqəyə girməsi sırf zövq məsələsi idi. Hətta Qədim Yunan tanrıları da öz seksual zövqlərinin zənginliklərindən həzz alırdılar. Müharibə tanrısı Ares və axirət tanrısı Aid istisna olmaqla, bütün Olimp tanrıları həmcinsləri ilə eşq yaşayırdılar. Məhəbbətlə dolu Herakl həm qadınlarla, həm kişilərlə sevişər, onlar arasında fərq qoymağı ağlına gətirməzdi. Ən məşhur Yunan kişi cütlüyü isə Axill və Patrokl idilər. Onlar eyni zamanda dost, silahdaş olmaqla bərabər, yataqlarını da bölüşürdülər. İbrahim dinləri gəlmədən öncə Qədim Dünyada heç kim eynicinsli sevginin göydəndüşmə bir olay olduğunu ağlına gətirmirdi.
Platonun cinslərin əmələ gəlməsi haqqında versiyasına görə əvvəllər kişilər və qadınlardan başqa, yer üzündə ikicinsli androginlər yaşayırdılar, lakin sonra tanrılar onları iki yerə böləndən sonra onlardan hər biri öz tayını axtarmağa başlamışdı, çünki sevgi tamlığa susamaq olaraq ona doğru can atmaqdır. Yarısı kişi olmuş qadın kişisini, yarısı qadın olmuş kişi isə qadınını axtarırdı. Həm də, hamının yarısı əks cinsi deyildi və digər yarı qadın olan qadınlar kişiləri deyil, qadınları axtarırdılar. “Lakin kişilər, hansılarının ki, digər yarısı kişi idi, əsil kişi aidiyyatına baş qoşurdular. Uşaqlıqda, kişi cinsinin bir parçası olduqları zaman, onlar oğlanları sevirlər, onları qucaqlayıb, onlarla uzanmağa üstünlük verirlər. Bunlar oğlanların ən yaxşılarıdır, çünki təbiətən ən kişi olanları məhz onlardır. Oxumağa davam et