Ən “Qədim” Gay

İlk homosexual

Ən Qədim Gay

Arxeoloqlar Çexiya Respublikasındakı qazıntılar zamanı homosexual bir kişiyə məxsus skeletə rast gəliblər.

Verilən məlumatlara görə qazıntılar nəticəsində bir məzarda tapılan və e.ə 2900 -2500-cü illər arasında yaşadığı təxmin edilən mağara insanının bilinən ilk kişi homosexual olduğu məlum olub.

Qazıntıları aparan arxeoloqlara görə həmin dövrdə ölən kişilər ənənəvi olaraq bədənlərinin sağ tərəfi üstündə və üzü qərb tərəfə baxacaq formada dəfn olunurdu. Qadınların isə sol yanları üstə və üzü Şərqə doğru dəfn olunduqları qənaətinə gəlinib. Çexiyada tapılan skelet kişiyə məxsus olsa da, sol tərəfi üstə və üzü Şərqə doğru dəfn olunub. Arxeoloqlar bu istiqamətdən yola çıxaraq tapılan skeletin bir homosexual kişiyə aid olduğu qənaitnə gəliblər. Onları bu qənaətə gətirən ikinci bir sübut isə məzarda tapılan əşyalar olub. Alimlərə görə Daş dövründə vəfat edən kişilər daşdan düzəldilmiş silahları ilə bərabər dəfn olunurdu. Bundan əlavə cəfədin yanına o biri dünyada istifadə edə bilməsi üçün yemək və içmək də qoyulurdu. Qadınlar isə heyvan sümükləri və dişlərindən hazırlanmış boyunbağıları və yumurta formasında yemək qabları ilə bərabər dəfn olunurdu.
Çexiyada tapılan “Gay Mağara İnsanı”nın yanında isə nə silaha, nə də ərzağa rast gəlinib. Bunun yerinə məzarda sadəcə yumurta şəkilli qab-qacağa rast gəlinib. Qazıntıları həyata keçirən komandanın baş arxeoloqu Kamila Remisova Vesinova həmin dövrdə dəfn mərasimlərinə böyük önəm verildiyi, bu hadisənin nə bir təsadüf, nə də xəta nəticəsində meydana gəlməsinin mümkün olmadığını dilə gətirib: “Nəticələrə görə bu mağara adamı kəsinliklə ya bir homosexual, ya da transsexualdı”