Məscidlə Nyu York arasında sevgi

Yeniyetmə çağlarında insan özünü axtarmağa başlayır. Yavaş-yavaş illər keçir, həyat təcrübəsi, ətraf mühit və bir çox başqa amillərin təsiri ilə insan müəyyən bir mövqe tutur həyatda.

Mənim də 14 yaşım olanda valideynlərim islam dinini öyrənmək, gözəl birinsan kimi formalaşmağım və boş qalan zamanımı blokun qabağında avaralaşmağa sərf etməməyim üçün üçün məni məscidə, Molla yaşarın yanına şagird qoymuşdular. Uşaq vaxtı içimdəki sevgi hələdi islam ehkamlarına qarşı ölməyib və günü-gündən daha da möhkəmlənməkdədir. Balacalığımdan bayramlarda məscidləri ziyarət etməyi, insanlarla ünsiyyətdə olmağı, dəstamaz,namaz kimi ayinləri yerinə çox sevirdim, ərəb yeməkləri, ərəb müsiqisi, toplu ərəb-şərq mədəniyyətinin vurğunuyam.

Birini qoyub o birindən danışıram, qayıdım mətləbə ki, bəs Molla Yaşarın yanına getdiyim zamanlar ilk günlər canım çox sıxılırdı, üzü tüklü, qarınlı, çirkli əbalı, tər iyi verən bu adamın sifətindən əzazillik yağırdı, nə də olmasa həyatını vay məclislərində keçirmiş adam idi. Üstəlik də səbrsiz idi, az qala istəyirdi ki, birinci dərsdən sonra hamı başlasın ərəbcə danışmağa, adamın Allahı var kişinin oğlu yamanca savadlı idi, hafiz idi Qurani-kərimi əzbərdən bilirdi, dərsdən sonra islam əxlaqından, tarixindən danışdığı hekayələrə, rəvayətlərə də doyum olmazdı.

Belə-belə işlər, inda dəqiq yadımda deyil, 2-ci ya 3-cü dərsdən gündüz qrupasından bir başqa oğlan da bizim axşam qruppası ilə dərslərə gəlməyə başladı. Onun sarıya çalan açıq qəhvəyi saçları, arıq, amma, əzələli bədəni, yaşıl gözləri və toppuş dodaqları var idi. Hə indi ne düşündüyünüzü hiss edirəm, əşi gayliyin günah olduğunu bilirəm,özü də ki,məsciddə. Amma, bir haşiyə çıxım ki, Qurani-Kərimdə gayliyi pisləyən altı-üstü 2-3 ayə var, gay olmayan insanları qorxutmaq üçün olan ayələrin sayı 100 dəfə çoxdu, sizcə bu o demək deyil ki, Allahın heteroseksuallardan xoşu gəlmir?!

İndi day nə etmək olar ee, bu cür yaraşıqlı oğlan gəlib yanında otura, dizin dizinə dəyə…Namaza duranda çiynin çiyinlərinə, ayaqların ayaqlarına toxuna…

Başlamışdıq biz dost olmağa, evə bir gedib-gəlirdik, sonradan bir yay mən bağda olanda atamla-anam qərarlaşıb evimizi satdılar, daha rahat və geniş evə köçməli idik haqq-hesaba görə, bəs hara? İçimdə bir qorxu var idi ki, çox uzağa köçəsi olarıq, özünüz başa düşdüz də səbəbini… Görün nə oldu, tam əksi yeni evimiz onun yaşadığı evə çox yaxın idi, aramızda bir maşın yolu və bir park var idi. İstədiyim yar idi, yetirdi pərvərdigar, artıq sentyabrdan mən də 132 saylı məktəbə onunla eyni sinfə gedirdim. Günlərimizin əksər hissəsi biryerdə keçirdi, valideynlərimiz də dostlaşmışdı, bir-birimizin evlərinə gedirdik, gecəni qalırdıq, dərs oxuyurduq və s.

Artıq 2 il olmuşdu ki, biz molla Yaşarın yanına gedirdik, nümünəvi şagird və potensial molla ola bilərdik, artıq fiqh elmi, Quranın təfsiri kimi qəliz mövzuları öyrənirdik. Mənim ona olan hislərimə isə onda heç bir qarşılıq yox idi, dinlə məşğul olduğumuz üçün də ona heç bir şey deyə bilmirdim, nəticəsində çox qorxurdum. Hər dəfə dəstamaz alarkən onun əzələli qollarını, oynunu görəndə özümü gücnən saxlayırdım. Sonra heç bu da olmadı, molla Yaşarın dərsləri əvəzinə bu dəfə başladıq hazırlıqlara getməyə, bir yerdə çox zövq verirdi hazırlıqlar,həm də rəqabət, əsas məsələ idi, onun fiziki gücünü öz intellektim ilə üstələməli idim və elədim də.

Hər ikimiz tələbə olduq, bu dəfə həyat üzümüzə gülmədi, o Qafqaz Universitetinə gedirdi,mən isə İqtisad Universitetinə. Bir-birimizi çox az görürdük, çox da darıxırdıq. Tale elə gətirdi ki, mən 6 aylıq təhsil almaq üçün Nyu Yorka gedəsi oldum, qarlı yanvar gecəsi yola düşməli idim, anam və atam ikisi də qrip olmuşdular, məni dostum, nə bilim qardaşım və eyni zamanda sevgilim olan, həyatımın mənası ötürürdü…

İndiki kimi yadımdadı, Heydər Əliyev hava limanının şimal terminalından idik, yaşıl zonaya keçmədən öncə son dəfə sağollaşırdıq, fürsətdən istifadə edib onu bərk-bərk qucaqladım, birdən qulağıma astaca pıçıldadığını eşitdim : “Tez gəl, məni tək qoyma, axı bilirsən ki, çox darıxacam”. Və üzümdən astaca öpdü,mən də onu opdüm. Yoluma davam edirdim, viza ya biletdə bir problem olması arzu ilə, bu ana qədər getməyə nə qədər tələsirdimsə, indi də geri dönməyə tələsirdim, hələ getməmiş, ən azından isə qayıtmağa böyük bir ümid ilə, bir məqsədlə yola çıxırdım…

Siqnal səsindən sonra təyyarənin uçuşa hazır olduğu haqda elanı eşitdim, “Səni Sevirəm” mesajını ona göndərdim və telefonu söndürdüm. Qarşıda iki qalxış və iki eniş, 14 saat isə üçüş var idi… Nyu York, arzularımın şəhəri məni gözləyirdi…

Kim bilir olacaqdır nələr-nələr,bizi ayırdı təyyarələr…

Advertisements

Məscidlə Nyu York arasında sevgi” üzərində bir şərh

  1. Namazda qıldığın namazı deyil seks və ya hər hansı şəvqət hissi keçirmisən v günah olmadığını hiss edirsən. Üstəlikdə düz deyirlərmiş Allaha belələrinə yetirir. Sənin bu yazıvı oxuyana qədər ən qısqanc insan idim. Çünki xaric əsasəndə Nyu York məim xəyallarımdı və orda olanarını qısqanardım. Artığ isə qısqanmıram. Çünki Allah evində belə şeylər düşünməkdənsə həyatımı zibilxanada keçirməyi üstün bilərəm. Hörmətlə Keçmişdə Gay, Biseksual olan insan

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma