Qafqazda ilk Gay Parad (Tbilisi)

Demokratik dəyişikliləri və Avropaya inteqrasiyası ilə Qafqaz ölkələri arasında ciddi şəkildə seçilən Gürcüstan bu dəfə “GAY Qürur Paradı” ilə tarixə düşdü. 17 May Beynəlxalq Homofobiya və Transfobiya Əleyhinə Gün çərçivəsində baş tutan Qafqaz tarixində ilk “Gay Parad” Şəhərin mərkəzi Rustaveli küçəsindən, Parlament binasının qarşısından başlayaraq Filarmoniya binasına qədər davam edib. 150-dən çox LGBT və LGBT dost təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan icazəli parad insidentsiz ötüşməyib. Povoslav Valideynlər Birliyi və digər milli-etnik qurpların və dini təşkilatların nümayəndələri parad iştirakçılara hücüm edib, onlara fiziki güc tətbiq ediblər ki, bu hal polisin müdaxiləsi ilə aradan qaldırılıb, lakin paradın bir neçə aktiv iştirakçısı asayiş keşikçiləri tərəfindən saxlanılıb.

Üzərində “Mən Gay dostlarımı Seviriəm”, “Nifrəti dayandırın”, “Hamı sevə bilər”, “Rasizmə Yox” kimi şüarlar yazılmış plakatlarla küçəyə çıxan Gay Parad iştirakçıları məqsədi insanların diqqətini 17 May Beynəlxalq Homofobiya və Transfobiya Əleyhinə Günə cəlb etmək, insanlara tolerantlıq və dözümlülük təbliğ edib onları homofobiya və transfobiya ilə mübarizəyə səsləmək olub.

Dini və milli dəyərlərin təbliğatçısı olan qrup üzvləri isə LGBT nümayəndələrinə hücüm edib, onları xoşagəlməz ifadələrlə təhqir edib, “göy-qurşağı” bayraqları parad iştirakçılarının əlindən alaraq tapdalamağa, təhqir etməyə cəhd ediblər.

Bütün bunlara baxmayaraq “Özünü dərk” (İdentity) təşkilatının Gürcüstanın paxtaxtı Tbilisi şəhərində təşkil ediyi paraq Qafqazda ilk “Gay Parad” olaraq tarixə düşüb.

Eyni gündə “LGBT Georgia” təşkilatı Türkiyyə səfirliyi qarşısında etirz aksiyası təşkil edərək son günlərdə Türkiyyədə öldürülən və cinayətin üstü açılmayan trasseksualların ölüm səbəbinin araşdırılması və cinayətkarların ezliklə tapılaraq cəzalandırılmasını tələb edən bəyanatla çıxış edib. Bəyanata “Free LGBT Azerbaijan” təşkilatı da imza atıb.

Tbilisi, Gürcüstan.  17 May 2012.

Bir şərh yazın