Gay Tbilisi

Budur, təyyarəmiz Novo Alekseyeva – Tbilisi Beynəlxalq Aeroportuna eniş etdi…

Bakida bütün problemləri qoyub, beynəlxalq bir tədbirdə iştirak etmək üçün coğrafi baxımdan Avropada yerləşən yeganə Qafqaz ölkəsi olan Gürcüstana gəlmişəm. Rəng-a-gəng təbiəti, dadlı mətbəxi və gözəl içkiləri ilə yanaşı, isti və mehriban insanları olan bu Qafqaz ölkəsinə gələndə hər zaman bir qərib hiss keçirirəm, kasıb, amma, xoşbəxt ailələrə bənzəyir bu ölkə…

… Bu dəfə gəlişimdə isə konfransda iştirak etməkdən əlavə daha bir məqsədim vardı,  Tbilisinin gay həyatı ilə yaxından tanış olmaq. Gürcü dostlarımdan bir balaca təlimatlar aldıqdan sonra geyinib-keçinib yollandım mərkəzə.

Yol boyu intenetdən Tbilisinin gay həyatı və LGBT münasibəti haqda məlumatlar oxuyurdum. Bunlardan ən maraqlısı o oldu ki, ictimai sorğu zamanı məlum olub ki, respondentlərin 91.5% homofobdurlar, ümid edirəm ki, Azərbaycanda belə sorğu keçirilərsə nəticə dəfələrlə yaxşı olar. Gürcüstan Qafqazda homoseksuallığı cinayətlər sırasından çıxaran ilk ölkədir, eyni zamanda burda 16 yaşından yuxarı həm homoseksuallarla, həm də heteroseksuallarla cinsi əlaqədə olmaq cinayət sayılmır…

…Və budur, mərkəzdəyəm, işıqlar və gecə, məni hələ nə gözlədiyini bilmirəm, amma, maraqlı olacağına əminəm. Tbilisidə rəsmi gay klub yoxdur, lakin lgbt-nin daha tez-tez yığışdığı bir neçə klub var, bütün Qafqaz və Şərq ölkələrində olduğu kimi Tbilisidə  insanlar belə klublara gəlməkdən və cəmiyyət içində görünməkdən bir az çəkinirlər, deyəsən burda tarixi Sulfur hamamları daha dəbdədir.

İlk gəldiyim yer “Gallery” klub idi, adi bir binanın ikinci mərtəbəsində yerləşən bu yer klubdan daha çox evi və ya incəsənət emalatxanasını xatırladır. İnsanlar daha mehriban və səmimi ortamda əyləndikləri bu yer yalnız lgbt deyil heteroseksuallar da kifayət qədər idi. Düşünürəm bu yer əylənmək üçün ideal sayıla bilər xüsusən də lgbt üçün.

Georgi B.: “ Tbilisi inkişaf edir,hər şey dəyişir,amma, insanların dini dəyərləri və mentalitetləri onlara imkan vermir ki, başqalarınn həyatlarına qarışmasınlar və insanları azad buraxsınlar. Onlar sonunda anlamalıdırlar ki, mənim həyatım mənə aiddir.Təəssüf bizdə bunu anlayan yoxdur.Ona görə biz də söz-söhbətdən uzaq olmaq üçün ehtiyyatla, gizlənə-gizlənə yaşayırıq.”

Gecə yarını keçirdi, içkimi bitirib yol aldım ikinci kluba. Vaxtım az idi, amma, tam anlamaq qistəyirdim lgbt gecə həyatını və gedəcəyim ikinci məkan “Success”i  klubunu bir xeyli axtardım və sonra tapmadım, bu arada daha bir LGBT klub qabağıma çıxdı, bu “Old London” pubının altında ( zirzəmi ) yerləşən “Novv” klubu idi, maraqlı lakin daha tüstülü və hay küylü yer idi. Axtardığım klubu tapa bilmədiyimi nəzərə alaraq burda ayaq saxladım, yer olmadığından ətrafında iki xanım oturmuş bir stolda icazə alıb oturdum, yavaş yavaş söhbət başladı, kim və nə üçün Tbilisidə olduğumu biləndə daha maraqla söhbəti davam etdirməyə və mənə kömək etməyə çalışırdılar. Bu klubda çox oturmadıq, çünki bu lezbian ailə evə getməli idilər, nəzərə alsaq ki, həftə arsı idi, həmsöhbətlərim səhər işə gedəcəkdilər, klubdan yavaş-yavaş çıxıb Perovski küçəsi ilə Rustaveli Metro Stansiyasına tərəf irəliləməyə başladıq. Yolda yeni tanışlarımdan biri olan Klara mənə gedə biləcəyim növbəti yeri göstərdi. Ağacların arasında gizlənmiş, hətta adı olmayan balaca bir pub idi. Mən də pubın qarşısındakı balaca parkda, fəvvarənin ətrafında, otların üstündə uzanıb içki içən, söhbət edən  gənclərə qoşuldum. Maraqlı idi, gürcü lgbt gənclərin əyləncəsi. Əgər əvvəlki məkanlar mənə Bakını xatırladırdısa, burada açıq havada daha ucuz əylənən insanlar səmimi və isti görünürdülər.

İlk söhbətim İliya Universitetinin Fəlsəfə Fakultəsinin tələbəsi Giorgi ilə oldu, sol siyasi baxışlara malik biseksual bu oğlan özünəməxsus stili, saç düzümü və sırqası var idi. Söhbət əsnasında Giorgi Gürcüstandakı tollerantlıq çatışmamazlığından şikayət edirdi. – “Məni sırqama və saç düzümümə görə çox sıxışdırırlar. Universitetdə, küçədə gezəndə söz atırlar, dava eləməyə cəhd edirlər, sadəcə dözməyə çalışıram”. Giorginin dostu Tamuna lezbian olduğuna görə əvvəlki işini itirdiyini deyir, – “Mən oğlan kimi geyinirəm,qısa saçlarım var, danışığım, özümü aparmağım belədir. Mənim şəxsi seçimlərimin mənim professionallığıma və iş prosesinə heç bir dəxli yoxdur. İnsanlar burda bunu anlamırlar. Məcburuq gizlənməyə və seçimlərimizi gizlətməyə.”

Gürcü gəncləri ilə söhbətlərimdən sonra belə bir səhnə aydın oldu ki, Qafqaz ölkələrində vəziyyət heç də biri-digərindən fərqli deyil və LGBT hüquqları hələdir bu dövlətlərdə aktual və təbliğinə ehtiyyac duyulan mövzulardır. Avropaya inteqrasiya etməyə çalışan və Avropa dəyərlərini təbliğ edən Qafqaz ölkələrində insanların seksual seçimlərə qarşı bu qədər az dözümlü olması, homofobiya və lgbt hüquqlarının müdafiə olunmaması ən ciddi problemlərdir və düşünürəm ki, istənilən halda əgər region dövlətləri Avropanın həyatında bir xüsusi rola sahib olmaq, Avropanın bir hissəsi olmaq və Avropa dəyərləri xəzinəsinə öz töhfəsini vermək istəyirlərsə, LGBT hüquqlarını tanıması və insanların baza hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdırlar.

Layihənin davamı olaraq daha iki yazını: Gay Baku və Gay Yerevan yazıları tezliklə loqa yerləşdiriləcək.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma