Mən bu blogu niyə açdım?

 İllər keçir, günlər ötür,amma, hələdir yaşadığım cəmiyyət cinsi azlıqları qəbul etməkdən çəkinir. İnsanlar anlamaq istəmirlər ki, biz də onlardan biriyik, biz də onlar kimi səhər oyanıb dişlərimiz təmizləyir, yemək yeyib onlarla birlikdə o basabas avtobusda işə tələsirik, gün boyu onlarla e-maili cavablandırır, telefon zənglərinə cavab veririk, biz də evə yorğun qayıdırıq, yemek yeyib, sosial şəbəkələrdə dostlarımızla zaman keçirir və yatırıq. Biz də xəstələnir, sevinir və kədərlənirik… Biz də siyasətlə maraqlanır, sosial layihələrə qoşuluruq, yaxşı vətəndaş olmağa çalışır, vergiləri vaxtı-vaxtında ödəyirik. Biz də sizdən biriyik…

İnsanlara zərər vermir, ictimai-asayişi pozmuruq, biz sevdiklərimizi istədiyimizdə deyil, imkan olduqda, o qaranlıq küçədə, o kimsəsiz həyətdə qorxa qorxa qucaqlayırıqç siz bizi görməsəniz belə biz varıq, həm də çox yaxınınızdayıq. Sizin dərdiniz olanda biz sizə yardım edir, sizi dinləyirik, lakin siz? Oxumağa davam et