Azad LGBT Azəzrbaycan Təşkilatının II Qurultayı

30 iyun 2013-cü il tarixində Azad LGBT Azərbaycan təşkilatının sayca ikinci qurultayı baş tutdu. Iki yüzə qədər yerli və xarici qonağın, təşkilat üzvünün dəvət aldığı qurultay təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq əvvəlcədən planlaşdırıldığı kimi yeri də gizli saxlanılmaqla mətbuata qapalı şəkildə keçirildi.

İki hissədən ibarət tədbirin birinci hissəsində Azərbaycanda və dünyada LGBT-nin problemlərindən danışıldı, qurumun 05 Noyabr 2011-ci ildən bu günə qədər olan fəaliyyətindən geniş söz açıldı. Sonra idarə heyətinin üzvlərinin May 2012 və May 2013 tarixlərinə olan illik hesabatları dinlənildi, gündəlikdə olan məsələlər geniş müzakirə olundu.

945644_156682381174474_380886431_nQurultayın ikinci hissəsində hazırlıq komitəsinin hesabatı dinlənildi və seçki prosesinə start verildi. Təşkilatın ali orqanı olan qurultay, yekun protokolları təstiqlədikdən sonra təşkilata prezident və idarə heyəti üzvlüyünə seçkilər baş tutdu.

İki mərhələdə baş tutan seçki prosesində sadə səs çoxluğuna əsasən İsa Şahmarlı növbəti iki il üçün qurumun Prezidenti vəzifəsinə seçildi. Eyni zamanda növbəti il üçün təşkilatın fəaliyyət istiqamətində preoritetlərin təsbiti və layihələrin təşkili, strukturunun formalaşdırılmasına məsul olan idarə heyətinə seçkilər də baş tutdu, 12 nəfərdən ibarət idarə heyəti seçildi.

Azad LGBT Azərbaycan təşkilatına növbəti iki il ərzində sədrlik edəcək İsa Şahmarlı qarşıdan gələn iki il ərzində təşkilatın işinin daha da ictimailəşəcəyini, bundan sonra kütləvi maarifləndirici tədbirlərin daha da sıx baş tutacağını bildirdi. “Azad LGBT Azərbaycan təşkilatının gördüyü işlər göz qabağındadır, biz Azərbaycanda icitmaiyyətə ən açıq LGBT təşkilatı olmağımızla yanaşı, digər həmkarlarımızdan fərqli olaraq biz insanlardan gizlənmirik, əksinə biz ictimaiyyətin hər bir fərdinə diqqət və hörmətlə yanaşır, istənilən məsələnin sülh və danışıqlar yolu ilə həllininin mümkün olduğuna inanırıq. Avropa və dünya dəyərlərinə araxalanan Azərbaycan dövlətçilik ənənələrinə hər zaman sadiq qalaraq, əsrlərdir müxtəlif din, dil, irq nümayəndələrinin azadlıq və sülh şəraitində yaşadığı Azərbaycanın onun LGBT vətəndaşları üçün də yaşanacaq ən doğru yer olduğuna inanırıq. Növbəti iki il ərzində də laiqli vətəndaş olmaq üçün əlimizdən gələni edəcək, Azərbaycanda LGBT hüquq və azadlıqlarının təmin olunması üçün yorulmadan çalışacağam.”- deyə, İsa Şahmarlı bildirib.

Təşkilat, növbəti aydan tərəfdaşları və üzvləri üçün rüblük elektron qəzet buraxacağını da açıqladı və yeniliklərin bununla limitlənmədiyini də elan etdi. Növbəti planlar sırasında isə prioritet olaraq təşkilatda LGBT nin dostları və ailələri klubunun fəaliyyətinin genişləndirilməsi yönündə  işlərin sürətləndirilməsi qərara alındı.

Təşkilatın Azərbaycanda LGBT və insan haqlarının inkişafında oynadığı müsbət roldan danışan tədbir iştirakçıları, Azad LGBT Azərbaycan təşkilatının Azərbaycanda və Qafqazda insan hüquqlarının təbliğində müstəsna fəaliyyətlərinin olduğunu da qeyd etdilər, təşkilatın Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mükafatına namizəd olmasının uğurlu fəaliyyətin sübütü kimi qiymətləndirildi.

Tədbir insidentsiz, yüksək təhlükəsizlik şəraitində başa çatdı.

Mr. Gay Europe 2013

Image

          Mister Qey Avropa- avropalı gey kişilərin gözəllik müsabiqəsidir. Hər il qalib gəlmiş qalibin ölkəsində keçirilən MQA-nı 2009-cu ildə Morten Ruda təsis etmişdir. İlk dəfə müsabiqə isə 2005-ci ildə Osloda keçirilmiş və qalib hollandiyalı Aleksandr van Kempen seçilmişdir. Daha sonralar MQA Amsterdamda, Budapeştdə, təkrarən Osloda və Braşovada baş tutmuşdur. Braşovada qalib gələn italiyalı Culio Spatola öz qalibiyyətini Oxumağa davam et

Video

”FreeLGBT Azerbaijan” joined to the NOhate Speech Online campaign

The No Hate Speech Movement is a campaign against the expressions of hate speech online in all its forms, including those that most affect young people.
“Hate speech, as defined by the Council of Europe, covers all forms of expression which spread, incite, promote or justify racial hatred, xenophobia, anti-Semitism or other forms of hatred based on intolerance, including: intolerance expressed by aggressive nationalism and ethnocentrism, discrimination and hostility against minorities, migrants and people of immigrant origin.”
Internet offers us the possibility to create, publish, distribute and consume media content fostering therefore a space of full participation, engagement and self-expression. With the development of social networks we all can participate in cyberspace in a variety of ways ranging from keeping in touch with your friends and developing new contacts to sharing content and exploring your self-expression. This online space gives us new opportunities: engaging with others for causes that we care for. But we may equally be victim and agent of abuse and human rights violations, among them, hate speech in various forms and cyberbullying. The online world is not without values either. Hate speech* as such is not a new issue on the Internet, nor in the human rights debate. Its online dimension and the potential damage on democratic processes gives us all new reasons to act.

Support NOHATE SPEECH online  campaign,  join us!

17 May- Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü

17 May Beynəlxalq homofobiya və transfobiya ilə mübarizə günüdür. Müasir dünyada ictimai və siyasi simaların,cəmiyyətin əsas toplumlarının cinsi azlıqlara qarşı tollerantlığı və onların hüquqlarını müdafiə etmə arzusu ön plana çıxmışdırsa da, hələdir inkişaf etməkdə olan, kasıb və 3-cü dünya dövlətlərində cinsi azlıqların hüquq və azadlıqları kobud şəkildə pozulur. Hər il 30000-ə yaxın gənc və yeniyetmə cinsi orientasiyalarından dolaya cəmiyyətin basqısına dözə bilməyib intihar edir. Bu statistika göstərir ki, hələdir insanlar lgbt-yə tollerant deyil və ya homofobdurlar.

Xüsusən də Azərbaycan və Cənubi Qafqazda milli mental və dini dəyərlərdən qaynaqlanan homofobiya, yerli media və dini institutların təbliğatı sayəsində insanlarda daha da güclənir və ya onları mənəvi yüklə yükləyərək stereotiplərdən azad olmağa imkan vermir. Bu səbəbdən 17 May LGBT-lər üçün xüsusi əhəmiyyət kəsb edən bir gündür, bu şansdan istifadə edərək anti homofobiya və anti transfobiya təbliğatını gücləndirmək, ictiaiyyətin diqqətini bu mözuya cəlb etməklazımdır.

Hər gün  dünyəvi dəyərlərin, bərabərlik və qarşılıqlı tollerantlığın təbliğatının vacib olduğu müasir dünyada 17 May sadəcə toplu şəkildə insanların diqqətini bir daha sırf  homofobiya probleminə cəlb etmək deyil, eyni zamanda sivil topluma bu günün mahiyyətini çıqlamaq, cinsi azlıqların da digər vətəndaşlarlarla bərabər hüquq və azadlıqlara sahib olması ideyasının aşılanması deməkdir. Oxumağa davam et

Mr. Gay Dünya 2012 Gözəllik Müsabiqəsi

4-8 Aprel Tarixində, Cənubi Afrikanın Jhonessburg şəhərində IV MR. GAY Dünya gözəllik müsabiqəsi baş tutacaq. Hər il dünyanın ən yaraşıqlı gayini seçmək üçün keçirilən bu müsabiqə ilk dəfə Candanın Vhistler şəhərində 2009-cu ildə keçirilib, müsabiqəyə daha sonra Norveç və Filippin ev sahibliyi edib. Rekord sayda iki dəfə ard-arda müsabiqəni Cənubi Afrikadan olan nümayəndə qazanı və bu il də məhz buna görə müsabiqəyə onlar ev sahibliyi edəcəklər. Müsabiqə ilə əlaqədar ilk dəfə Cənubi Afrikada qalib Charl Van Den Berqin və Francois Nelin təsviri əks olunmuş bilbordlar asılıb. Bu il müsabiqə üçün 19 nümayəndə öz iştirakını təsdiqləyib.

Argentina

Qonzalo Enriki Bogalon (22)

Oxumağa davam et

freelgbt tərəfindən Xəbər kateqoriyasında dərc edildi