MDNA & LGBT #Madonna

Dünya şöhrətli müğənni Madonna bu il tarixin ən möhtəşəm top 10 dünya turundan biri sayılan “MDNA WORLD TOUR” adlı konsert-turunu gerçəkləşdirdi. Müğənni sayca 12 ci studiya albomu olan MDNA ilə 9-cu dünya turuna 31 mayda Tel-Aviv/İsrael dən start verdi və 22 Dekabr Cordoba/Argeninada turne başa çatdı. Bu ilin ən çox tamaşaçı toplayan incəsənət hadisəsi olan turne LGBT insanları üçün isə xususi əhəmiyyət kəsb edib. Çünki, dünya şöhrətli müğənni bu tura məhz insan hüquq və azadlıqlarına diqqət yönəlməsi, cinsi azlıqların hüquqlarının qorunması məqsədi ilə çıxmışdı.Image

Turne proqramı boyunca hündür dabanlı ayaqqabı geyinmiş kişi rəqqaslar və albomun “Girl gonna wild” mahısına şəkilmiş klipdə dünyaca məşhur, Gay Mədəniyyətinin tanınmış simaları- Kazaki qrupu da cəlb edilmişdi. Klip homoseksual sevgi səhnələri ilə zəngin olduğu üçün “+18” kateqoriyasına daxil olunub və “youtube.com” də qeydiyyatsız izlənməsi məhdudlaşdırıldığı üçün uzun müddət dünya mediasının gündəmində qalmışdı.

Turnenin ən səs-küylü konserti isə Rusiyanın Sankt-Peterburq şəhərində baş tutudu, şəhər dumasının LGBT-i haqlarının təbliğatına qoyduğu qadağa qərarına etiraz olaraq MDNA tur şəhərləri siyahısına salınan bu şəhərdə də konsert çox böyük uğurla baş tutdu, yalnız şəhər sakinləri deyil dünyanın müxtəlif ölkərindən də gəlmiş LGBT aktivistlər Madonnanın səsinə səs verdi.

Turne zamanı salona daxil olan bütün tamaşaçların qoluna biletin orijinallığını təsdiq edən yaşıl qoruyucu lent qolbaq və LGBT haqlarını simvolizə edən cəhrayı lent bağlanmışdı ki, konsert sırısında müğənni hər kəsə LGBT haqlarına dəstək olmağı və sol əllərini havaya qaldıraraq çəhrayı lenti göstərmələrini xaiş etdi.Image

Madonna konsert iştirakçılarına aşağıdakı nitqlə müraciət etdi:-

“ Bizim azad olmaq hüququmuz var! Bizim biz olmaq haqqımız var! Çox qəribə bir zamana gəlib dünya,

Mən dünyanı səyahət edirəm və qəribədir ki, hiss edirəm ki, zaman keçdikcə insanlar onlardan fərqli olanlardan qorxmağa başlayıblar- daha cox dözümsüz olublar.

Çox çətin bir zamandı, amma, biz dunun qabağını ala, dəyişə bilərik!  Bizim gücümüz var və biz bunu zorakılıqla deyil sevgiylə etməliyik!

Bəli, mən bu köynəyi çox bəyənirəm ( tamaşaçının əynindəki köynəyi göstərir) gəlin ucadan oxuyum bu sözləri:-“Qeyri-zorakılığın mərkəzində sevgi dayanır”,- bilirsiniz kim deyib bunu- Martin Luter Kinq, o da bir zamanlar Afrika və Afro-Amerikalıların hüquqları uğrunda mübarizə aparırdı, o öz hüquqları uğrunda mübarizə aparırdı, bərabər insan hüquqları uğrunda, tolerantlıq, sevgi və insanlıqla yaşamaq uğrunda.

O, öz mübarizəsini davam etdirdi və öz prinsiplərinə sadiq şəkildə də bu dünyadan köçdü. İndi isə mən burdayam! Demək itəyirəm ki, burada və bütün dünyada olan gay insanlar(LGBT nəzərdə tutulur) və gay icamları eyni insan hüquqlarına malikdirlər. Sevgi, hörmət və mehribanlıqla qarşılanmaq və yaşamaq hüququna. (tamşaçılara səslənir) Hə, siz məniləmizsiniz, əgər mənim səsimə səs verirsinizsə çəhrayı qolbaqlarınızı göstərin( konsertdən öncə bütün tamaşaçılara paylanmışdı). Əgər mənimlə razısınızsa əllərinizi qaldırın, LGBT insanlarına öz sevgi və dəyər verdiyinizi göstərin.

Və dindar insanlara deyirəm, İsanın, Musanın və Məhəmmədin təbliğ etdiyi müqəddəs kitabdan sizə sitat gətirirəm, “qonşunuzu özünüzü sevdiyiniz qədər sevin”, şübhəsiz bu müqəddəs kitablarda yazılıb! Və siz müqəddəs kitabları insanları pis yola sövq etmək üçün, allahın adını fitnə yaratmaq üçün istifadə etməyin. Biz hamimiz sevgiyə laiqik, gəlin bütün dünyaya bu sevgi mesajını yayaq və nifrətsiz bir həyat yaşayaq.

Amin!”

Madonnanın çıxışı zamanı tamaşaçılar üzərinə “Nifrətə Yox” yazılmış pankartlar və göy qurşağı rəngli bayraqlarla ona dəstək olublar.

Dünya şöhrətli, milyonların sevgisini qazanmış Madonna bu dəfə də çoxlarının edə bilmədiyini etdi, o LGBT insanlarının yanında olduğunu bəyan etdi!

Turne konsertlərinə dəstək olmaq üçün Azərbaycan Free LGBT təşkilatının da nümayəndələri tədbirlərə qatılıb, konsertlərdə iştirak ediblər. Azerbaijan Free LGBT təşkilatının əsas devizi “I support Free LGBT”(Mən Azad LGBT-ni dəstəkləyirəm) olub.

 

Image

            Image             Image

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma