Beograd Gay Qürur Həftəsi

Bu dəfə dünya azadlıq sevərlərinin diqqəti Belqrad Gay Qürur həftəsinə yönəlmişdi, şəhər dünyanın dörd bir yanından gəlmiş paradı dəstəkləyən insanlarla, turistlərlə, siyasi və ictimai xadimlər, media nümayəndələri ilə dolmuşdu. Hər kəsi keçən il təxirə salınmış Paradın bu dəfə baş  tutub tutmayacağı maraqlandırırdı.

…Gay həftəsi artq başlamışdı. Yüksək təhlükəsizlik önləmləri alınmış, şəhər polisi gücləndirilmiş iş rejiminə keçmişdi, yalnız polis deyil, Ortodoks kilsəsi və milliyyətçilər də gücləndirilmiş rejimdə canfəşanlıq edirdilər. Ortodoks kilsəsi Paradı “utanc paradı” belə adlandırmaqdan çəkinməyərək insanları, xüsəsən də milliiyətçiləri bu durumla əlaqədar provokasiya edib qarşıdurmaya çağırırdı.

Gay Qürur Həftəsi çərçivəsində keçiriləcək tədbirlər dünya şöhrətli rəssam-fotoqraf Elizabeth Ohlson Vallinin müasir incəsənət nümunəsi sayılan əsərlərdən ibarət “Ecco Homo” sərgisi ilə başladı. Sərgi cəmi bir necə saat ciddi polis nəzarəti altında baş tutdu və paradın əleyhinə olan homofob qüvvələrin ciddi müqavimət və qəzəbinə səbəb oldu.

Image

Sərgidə dünyanın ən məşhur rəssamlarının müqəddəs 

kitabların motivləri əsasında yaradılmış alternativ sənət incisi sayılan eksponatlar var və bu sərgiə Balkanlarda ilk dəfə idi ki nümayiş olunurdu, ən qalmaqallı eksponat isə Leonardo Da Vinçinin “Son Axşam yeməyi” əsəri əsasında hazırlanan və bütün personajlı transseksuallardan ibarət olan tablo idi.

Qürur həftəsinə dəstək əlaməti olaraq bir çox beynəlxalq təşkilat Belqradda müxtəlif təlim və seminarlar da təşkil etmişdilər. Bundan əlavə Avropa Parlamentinin millət vəkili Mariya Kornelissen Gay Qürur Paradına xüsusi şərhçi və təşkilat komitəsinə dəstək olaraq şəxsən Belgrada gəlmişdi.

Parada sayılı günlər qala dövlət təhlükəsizlik problemini bəhanə edərək Gay Qürur Paradını təxirə saldı. Bü xəbər həm yerli həm də xarici mətbuatı sarsdı, Serbiya LGBT nümayəndələrinə ikinci il ard-arda vurulan bir zərbə oldu. Son ana qədər isə nə parad təşkilat komitəs, nə də sadə vətəndaşlar paradın baş tutacağına inamlarını itirməmişdilər.

Avropalı parliamentari Mariya Kornelisenin dəstəyi və təşəbbüsü ilə Belgrad virtual paradı adlı səhifə Gay Qürur Həftəsi ərzində öz işinə başladı və bu internet resursuna parad gününə qədər yüzlərlə insan öz fotolarını yükləyərək dəstək olduqlarını və paradda iştirak edəcəklərini bildirdilər.

Əvvəldən bildirildiyi kimi bu il də Serbiyada parad baş tutmadı, parad marşrutu boyunca küçələrə polis yeridildi, yollar bağlandı, hətta mətbuat konfransının keçirilyi binaya aparan yollarda və binada polisin ciddi nəzarəti var idi. İki yüzdən çox yerli və beynəlxalq media nümayəndəsinin, Serbiyada olan Səfirlik və diploatik korpus yetkililərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə parada həsr olunmuş konfrans növbəti gün öz işinə başladı. Konfransda səslənən fikirlər yekdilliklə insan hüquq və azadlıqlarının, sərbəst toplaşma hüququnun belə kobud şəkildə pozulmasını yolverilməz adlandırıb bu halı qətiyyən pisləyir, Serbiyanın hələdə Avropa  dəyərlərini paylaşmadığını əks etdirirdi.Image

Beləliklə ikinci dəfə Belgrad paradı baş tutmadı, amma, LGBT aktivistləri mübarizələrini dayandırmayacaqları və hər vədlə paradın baş tutacağına söz verdilər. Sonra virtual parad aksiyasına qoşulmuş insanların fotolarından ibarət kollaj nümayiş olundu, mətbuat mərkəzi önündə dünyanın müxtəlif ölkələrinin LGBT təşkilatlarının nümayəndələri brifinq etdilər, baş verən hadisələrə münasibət bildirdilər. 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma