17 May- Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü

17 May Beynəlxalq homofobiya və transfobiya ilə mübarizə günüdür. Müasir dünyada ictimai və siyasi simaların,cəmiyyətin əsas toplumlarının cinsi azlıqlara qarşı tollerantlığı və onların hüquqlarını müdafiə etmə arzusu ön plana çıxmışdırsa da, hələdir inkişaf etməkdə olan, kasıb və 3-cü dünya dövlətlərində cinsi azlıqların hüquq və azadlıqları kobud şəkildə pozulur. Hər il 30000-ə yaxın gənc və yeniyetmə cinsi orientasiyalarından dolaya cəmiyyətin basqısına dözə bilməyib intihar edir. Bu statistika göstərir ki, hələdir insanlar lgbt-yə tollerant deyil və ya homofobdurlar.

Xüsusən də Azərbaycan və Cənubi Qafqazda milli mental və dini dəyərlərdən qaynaqlanan homofobiya, yerli media və dini institutların təbliğatı sayəsində insanlarda daha da güclənir və ya onları mənəvi yüklə yükləyərək stereotiplərdən azad olmağa imkan vermir. Bu səbəbdən 17 May LGBT-lər üçün xüsusi əhəmiyyət kəsb edən bir gündür, bu şansdan istifadə edərək anti homofobiya və anti transfobiya təbliğatını gücləndirmək, ictiaiyyətin diqqətini bu mözuya cəlb etməklazımdır.

Hər gün  dünyəvi dəyərlərin, bərabərlik və qarşılıqlı tollerantlığın təbliğatının vacib olduğu müasir dünyada 17 May sadəcə toplu şəkildə insanların diqqətini bir daha sırf  homofobiya probleminə cəlb etmək deyil, eyni zamanda sivil topluma bu günün mahiyyətini çıqlamaq, cinsi azlıqların da digər vətəndaşlarlarla bərabər hüquq və azadlıqlara sahib olması ideyasının aşılanması deməkdir.

2006-cı Montrealda “LGBT hüquq müdafiəsi konfransında” qəbul edilmiş qərara əsasən məhz 17 May Homofobiya və Transfobiya ilə mübarizə günü kimi qəbul olunub, çünki tarixdə ilk dəfə Dünya Səhiyyə Təşkilatı 17.05.1991 ci ildə Homoseksualizmi xəstəliklər sırasında çıxarıb və Beynəlxalq konvensiyaya görə homoseksualizmin müalicəsinə cəhd, psixoloji və psixotepavtik və digər müdaxilələr qəti qadağan edilib. Bütün bunlara baxmayaraq dünyada hələdir 80-ə yaxın ölkədə homoseksualizm illegaldır və bunlardan 7-də homoseksualizm ölümlə cəzalandırılır. 2009-cu ildə transfobiyaya da köklənmiş 17 may tədbirləri dünya üzrə 75 ölkədən 300 təşkilatın və 3 Nobel mükafatçısının təşəbbüsü ilə Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü (BHTMG)/ International Day Against Homophobia and Transphobia (İDAHO) adı altında beynəlxalq kompaniyaya start verildi və həmin gün Fransa Transseksualizmi psixiki xəstəliklər sırasından çıxarmış ilk dövlət oldu.

Bu gündə hər birinizi homofobiya ilə mübarizəyə səsləyirik. Homofobiya, nifrət insanlığa zidd xüsusiyətdir və bundan azad olmaq üçün gəlin bir-birimiz dəstək olaq və ictimiyyəti homofobiya ilə mübrizəyə səsləyək.

Advertisements

17 May- Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü” üzərində bir şərh

  1. Geri bildiriş: Dar Düşüncədən Dar Ağacına « 2×2

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma