Məktəb Və Homoseksuallıq

Azərbaycanda gay olmaq çətindir. Bu məlum məsələdir. Gay məktəbli olmaq isə daha çətindir.

Mən məktəbə gedəndə əlbəttə ki, gay olduğumu bilmirdim. Və özümdən xəbərsiz idim. Çoxlu dost-tanışım var idi. Ətrafımdakı dostlarımı çox sevirdim, onlar da elə məni. Yəni mənə elə gəlirdi.
Amma sonra gay olduğumu öyrəndim. Gay olduğumu biləndən sonra bunu dostlarıma necə acıqlayacağım haqqında çox düşündüm. Sonra ümumiyyətlə acıqlamaq fikrindən vaz keçdim. Çünki bu mənə nifrətdən başqa heçnə qazandırmayacaqdı. Mənim isə nifrətə yox, sevgiyə ehtiyacım var idi. Buna görə də onlarla birliktə olmağa dəvam etdim. Amma hərgün özüm də bilmədən onlardan biraz uzaqlaşırdım. Bu əslində yaxşı idi, buna sevinirdim.

“İnsanlarin səni tanıdıqları kimi olmağa məcbursan!”
Doğrudan da belə idi. Onların tanıdıqları kimi olmlaı idim. Maskalanmalı, saxtalaşmalı idim onlar üçün. Çünki insana o zaman qiymet verirdiler.
Onlar bir -birilərinə təhqir kimi “gay” sözündən istifadə edirdilər. Mənim isə dilim gəlmirdi istifadə etməyə. Xüsusilə də elələrinə “gay” deyirdilər ki, min qatımdan keçirdi. Axı o insan “gay” sözünə layiq deyildi. Alçağın yekəsi idi. Və beləliklə anladım ki, dostlarım üçün mənim vəziyyətim sadəcə təhqir obyektidir.
Hətta müəllimələrdə bəzən uşaqlarə təhqir etmək üçün onların “kişilik” hisslərini oynadaraq belə sözlərdən istifadə edirlər.
“Başqalarının səni olmadığın kimi tanıyıb sevmələrindəsə, səni olduğun kimi tanıyıb nifrət etmələri yaxşıdır”
Bu cümləni görənə qədər insanların məni sevmələri üçün çalışırdım. Ancaq başa düşdüm ki, bu sevgi bir yerə qədərdir. Onların verdiyi dəyər, qiymət də boşadır. Dəysin başlarına. Onlar mənim kimliyimi öyrənsələr heç düşünmədən keçmişi silib atarlar. Çünki onlar üçün insanlıq cinsiyyət məsələsidir. Əgər bir dost dediyim insan sənin kiminlə yatıb qalxdığıva görə sənə hökm kəsirsə deməli o heç dost deyilmiş.
Əlbəttə oralarda biryerlərdə əsil insanlar var. Və mənim dostlarım onlar olacaq. Düşüncəsizlik virusuna yoluxmuş insanlar yox!
Advertisements
freelgbt tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Məktəb Və Homoseksuallıq” üzərində 2 şərh

  1. Andre Jid deyib o sözü, səhv etmirəmsə, mən də bəyənirəm bu sözü. Amma bu qədər radikal olmaq da lazım deyil, məncə. Hər halda biz təkcə cinsi zövqlərimizdən ibarət deyilik, başqa xassələrimiz də var və cinsi zövqümüzdən xəbərsiz bizi sevən insanlar bizi bu xassələrə görə sevirlər – deməli bizi olduğumuz kimi sevirlər əslində, sadəcə nə olduğumuz haqda məlumatları bir az yarımçıqdır. LGBT olduğumuzu biləndə bizdən üz döndərsələr – onda bu aforizmi yada salıb, hardasa tüpürərik onların sevgisinə, amma “bu sevgi bir yerə qədərdir. Onların verdiyi dəyər, qiymət də boşadır. Dəysin başlarına. Onlar mənim kimliyimi öyrənsələr heç düşünmədən keçmişi silib atarlar. Çünki onlar üçün insanlıq cinsiyyət məsələsidir. Əgər bir dost dediyim insan sənin kiminlə yatıb qalxdığıva görə sənə hökm kəsirsə deməli o heç dost deyilmiş.” düşüncəsiylə yaşasaq, gərək indidən insanların ən az 70-80%-inə düşmən kəsilək…

    • Mən çox insan görmüşəm ki, agay olduğumu bilib gedim. Bunlar mənim üçün adidir. Amma sən dediyin kimi də yaşamaq asan deyil. Ürəyində ləkə qalır ki, bu insan mənim cinsiyyətimi öyrənsə məndən üz döndərə bilər. Halbuki artıq sən ona öyrəşmisən, onu sevirsən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma