LGBT Turistlər Argentinada Evlənə bilər :)

Homoseksualizmə yanaşma dünyanın müxtəlif dövlətlərində müxtəlifdir. Bəzi dövlətlərin qanunvericiliyəndə homoseksualizm cinayət sayılır və homoseksuallar daşqalaq olunurlarsa bir çox dövlətlərdə homoseksualizm qanunla qadağan olunmur, dünyada 20dən çox dövlətdə isə eynicinsli nigahlara icazə var, bunların bir çoxunda eynicinsli ailələr heteroseksual ailələrdə olduğu kimi bütün hüquqlara sahibdirlər, bu hüquqlar arasında hətta uşaq övladlığa da götürməyə icazə verilir.

Amma əgər sizin yaşadığınız ölkədə eynicinsli nigaha icazə verilmirsə deməli siz bu qanunu hələ gözləməli olacaqsınız və ancaq vətəndaş nigahında yaşamalısınız. Amma, sizi təbrik etmək istəyirik, artıq dünyada bir dövlət bütün dünyaya xoşbəxtlik paylayır, bu ölkə Argentinadır, artıq yeni qanuna görə hətta turistlər belə Argentinada eynicinsli nigahlarını rəsmiləşdirə bilərlər. Bütün dünya homoseksuallarını sevindirən bu qərarla Argentina dünyada turistlərə evlənmək hüququ verən hələki ilk və yeganə dövlətdir. Yeni qanun qüvvəyə mindikdən sonra ilk belə nigah Paraqvay vətəndaşları 31 yaşlı Simon Kasal və 18 yaşlı Serdjio Lopes arasında rəsmiləşdirilib.

Argentinaya dünyaya bərabərlik və xoşbəxtlik paylaşdığı üçün minnətdarıq.

Advertisements
freelgbt tərəfindən Uncategorized kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma