Divan-i Hafiz. Onuncu qəzəl (Hafiz Şirazi)

Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi XIV əsr İran sufi şairidir. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır.

Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. Hafiz şeirlərində dərin və abstrakt fəlsəfi fikirlər ifadə edir, şeirlərində şərab süzən oğlanların gözəlliyi də tərənnüm olunur.

Şair dünyanı tez-tez “viranə” bir yerə bənzədir, insan həyatını xəyalı və aldadıcı bir dövr sayır.

Ondan bir əsr əvvəl yaşamış Sədidən fərqli olaraq, Hafiz şeirlərini bir məcmuəyə – divana toplamamışdır. Buna görə də Hafizin yazdığı qəzəllərin dəqiq sayı məlum deyil.

Divan-i Hafiz. Onuncu qəzəl

Gülüb sərxoş halda tərli-tərli, qarışdırdı saçını

Əlində mehtərlə oxuyub şeir, cırdı əbasını

Axtarır gözləri mübarizə, çeynəyir dodaqları “heyif”

Oturdu yastığıma keçən gecə yanıma gəlib

Əyib başını qulağıma, dedi sakit kədərlə:

“Ey qoca sevgilim mənim, yatırsanmı sən?”

Verilər axtaran hər kəsə sübh çağı bu fincan,

İbadət etməsə o, şəraba, naxələfdir sevgiyə də

Ey tərki-dünya, get yolunla, yayındırma axıracan içənləri

Bu oldu bizə verilən hər şey yaradılma anında

Tökdüsə nəyi fincanımıza, içdik biz onu da

Balıydımı səmanın, şərabıymıdı sərxoşluğun

Təbəssümü fincanın, topa saçları oğlanın

Pozmuşdur Hafiz kimi çoxu andını saflığın

Hafiz Şirazi


Advertisements
freelgbt tərəfindən Yaradıcılıq kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma