Cənnət şərabı (Əbu Nuvas)

Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi Abbasilər dönəmində şerə gətirilən yeni üslubun ən önəmli təmsilçisidir. Əbu Nuvas bir çox şeir janrlarında yazmasına baxmayaraq ərəb ədəbiyyatına “xəmriyyat” – şəraba dair şeirlər müəllifi kimi daxil olmuşdur. Onun yaradıcılığı ilə ərəb poeziyası köhnə ənənələrdən uzaqlaşmış yeni məzmun kəsb etmişdir.

Ərəb poeziyasında dünyəvi şerin ilk nümunələri Əbu Nuvasın adı ilə bağlıdır.Əbu Nuvas ərəb poeziyasını forma cəhətdən də yeniləmiş və təmtəraqlı üslubu real bədii təsvir vasitələri ilə əvəz etmiş, şeir dilini sadələşdirmişdir.

Şeirləri şərabı və möhtəşəm eynicinsli sevgini təbliğ etdiyi üçün Əbu Nuvas geriliyin və xurafatın qurbanına çevrilmiş, ədəbiyyatdan anlamsız olan, intellekti olmayan xəlifə əl-Əminin kaprizlərinə görə həbs olunmuşdu. Möhtəşəm şeirlərinə nəzər salındıqda, dahi şairin öz həyatını nə qədər dəyərli bir abidəyə qurban verdiyini dərk etmək mümkün olur.

Əbu Nuvasın bəzi mənbələrdə həbsxanada vəfat etdiyi, başqa məlumatlara əsasən isə İsmail ibn Əbu Saleh tərəfindən zəhərləndirildiyi ehtimal edilir.

Cənnət şərabı

Parlaq piyaləsi şərabın, qara günəşi gecənin,

Axar gözlərdən yaşlar, edər cənnət şərabı!

Kemişdə günəş kürəsi, indi sarı şaxtagülü,

Atılıbdır zindana farsın məsum gözləri!

Kəndimdən gələn gördüm mən həmin vəhşini:

Vuraraq bir zərbəylə, o, sındırdı piyaləni.

Dörd küncə dağıtdı al rəngli o şərabı,

Yetişirdi illərlə, yaşlanırdı piyalədə,

Yayıldı ətri aləmə, gül içində yovşandan.

Baxır daim içənlərə qəzəbli baxış səmadan,

Müqəddəs bir içkini bu oğlan süzür sənə:

Yağışın büllur suyu, qovuşur şərab ilə.

Və o, mənə göz vurur, ah, nə ölümcül içki!

Və o, gəzib dolanır, səninsə ağlın azır…

Əbu Nuvas

Advertisements
freelgbt tərəfindən Yaradıcılıq kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma