New York – möcüzələr şəhəri

Əvvəli “Məscidlə Nyu York arasında sevgi” postunda.

Və budur, şanslar və möcüzələr şəhərindəyəm, axşam üstü saat 7 di, hava soyuqdu, amma, yağıntı yoxdu, zamanla səyahət etmiş kimiyəm, zamanın əksinə uçduğum üçün 10-12 saat qabaq düşmüşəm həyatdan J. Vaxt borc almışam və geri verəcəm qayıdanda. Məni Anna adlı bir sarışın və kifayət qədər yaraşıqlı, rəng-a-rəng geyinmiş bir qız qarşıladı, əlindəki kağızda adımın yazıldığını görüb sevindim və yaxınlaşdım. Bir neçə dəqiqə tanışlıqdan sonra əsl Amerika məni salamladı, isti “latte” və Nyu York taksisi. Unutmamış deyim ki, Nyu York Con Kennedi Aeroportunda tranzit yoxdu və bu aeroportdan isitifadə edəcək hər kəsin mütləq Amerika Vizası olmalıdır.

Yol boyu bu qəşəng qızla söhbət və onun şirin Amerika ləhcəsi ləzzət edirdi… Arada boylanıb maşının pəncərəsindən Nyu York küçələrinə, evlərinə tələsən insanlara və başı görsənməyən hündür binalara baxırdım. Özümü çox qeyri adi hiss edirdim ilk gün, amma, artıq öyrəşmişəm.

Anna mənə bildirdi ki, qalacağım evi özüm seçəcəyəm, hə, bir tələbəyə qalacağı evi seçməyi təklif edirdilər, deməli bura həqiqətən də demokratiyadır. Evimi seçənə qədər, məni Hilton otelinə yerləşdirdilər, və otelə çatar-çatmaz mən tez əynimi dəyişib Annadan məni Times Meydanına aparmasını xahiş etdim, o da razı oldu. Həqiqətən də çox gözəl insandı Anna, məni Times Meydanına apardı, Amerikan həyatı, Starbaks, sonra da Mak Donalds. Times meydanında  flaş mob keçirilirdi, Bakıdakından çox fərqli idi həm də iştirakçısı çox idi, özümü “Sev, Ye , Dua et” (“Love Eat Pray”) filminə düşmüş kimi hiss edirdim.

İlk gecəm uğurlu keçdi. Hə bilirəm indi çoxunuz düşünürsünüz ki, Nyu York haqqında başqa yerdən də oxu bilərik bizə maraqlı nədənsə danış, amma, bilirsiniz bura elə qeyri adi aləmdir ki, danış-danış bitməz.

Ok, indi gəlim mətləbə, əvvəlcədən deyim ki, roaminqdə problemim var odur ki, sms-imə cavab gəlibsə belə mən onu oxuya bilməmişəm. Amma, sonra cavab gəldi, hə facebookdan.

İlk cavab belə oldu,-“mən də səni sevirəm, qardaşım.”

Və bu mesajdan sonra artıq deyiləcək bir söz qalmadı.

Köçmüşəm artıq yeni evimə, burada bir Serb və bir Meksikalı ilə birikdə yaşayıram. Serb o qədər də yaraşıqlı deyil, arıqdı, amma, çox mehriban və şirindillidir, səhər tezdən durmağı sevir, tipik avropalıdır, səhələr durub qaçır, isti çörək alıb gətirir və s. Meksikalının isə qarışığı var deyəsən, çünki Meksikalılara xas olmayan hüdür boyu və qismən açıq rəngli dərisi var, bir də arxası Latın-Amerikalılara xas çox gözəldi, necə deyərlər Jlo kimi J

Nəzərinizə çatdırım ki, mən iş yoldaşlarıma və qohumlarıma eyni zamanda bir evi paylaşdığım insanlara aşiq olmuram.

Aldığım son mesajdan sonra əhvalımı pozmadan geyindim, bəzəndim, serb yoldaşımın bir parlayan saatı var  onu da borc alıb taxdım qoluma ve başladım piyada gəzməyə. Evimiz mərkəzdən bir az aralıdı, amma, haylı-küylü kvartaldı. Az getdim- üz getdim, dərə-təpə düz getdim… yorulmuşdum, bir puba, bir içkiyə və bir də gözəl həmsöhbətə ehtiyyacım var idi.

Qarşıma çıxan və Gay Klub olmasını ehtimal etdiyim ilk yerə girdim. Hə cənnətə, indi gərək bəxtimə güvənəydim, bir kokteyl sifariş edib içə-içə oynayan insanların arasında gəzişməyə başladım, bir iki insanı gözaltıladım və ən az adam olan yerdə qəmgin effekti yaradıb, başladım kokteylimi qurtumlamağa, bilirsiz bu çox zaman işə yarayır. Və budur ilk namizəd artıq yaxınlaşır, çox, amma, çox yaraşıqlıdı, həm də zövqlə geyinib… Bir necə saniə qalıb, yaxınlaşıb oturmaq üçün icazə istəyəcəyini bilirəm, ən azı düşünürəm və ya ümid edirəm. Stoluma çatmağa bir addım qalmış o istiqamətini dəyişdi, kefimi pozmadan gözləməyə davam edirəm, bu anda bir qara dərili insanın gəlməsini, mənə yaxınlaşmasını arzu edirəm, yeni təcrübə. Bura Nyu Yorkdu hər şey ola ilər …

Kokteyl çox dadlıdı, mən isə tək-tənha artıq bakalın dibinə düşmüşəm,  bir az da piyanam. Oturmaqdan bir şey çıxmır, nədənsə illərlə sınaqdan keçirdiyim bu metod burda işləmədi, nəzərə alsaq ki, avropada bu üsül hər zaman işə yarıyır, yəqin USA-da hamının svgilisi var. Oynayan insanların içəna qarışdım, gözəl musiqi və azadlıq… Uzun sözün qısası ona buna sürtüşə-sürtüşə bir orta toppuşduqda, hündürboy və əzələli bir oğlanla tanış oldum. Adı Mark-dı, mən Amerikalıyam deyir, mən isə tam razıyam J

Toppuş dodaqları və iri əlləri var, nə bilim, hər zaman jurnallardan oxuduğumuz kimi, zəncilər çox seksual olurlar… Gözəl fizianomiyasını tamamlayan qıvırcıq saçları və ideal arxası Markı jurnallarda əks olunmuş modellərə bənzədir. Eyni zamanda intellektinə də söz ola bilməz. Sabahı Markla birlikdə mənim otağımda qarşıladıq. Hə bizim evimizin 5 otağı var, hər birimiz üçün ayrı otaq, mətbəxlə yemək otağı birləşikdi, digər bir otaqda isə dərs oxuyuruq və televizor var.

Mark çox gözəl insandı bir az da utancaq və qabiliyyətli, əsl amerikan, amma, bir balaca da qeyri-Amerikan deyək, utancaq və nəzakətli. Səhər bütün ev üçün səhər yeməyi süfrəsi hazırlamışdı. Tezdən durub əməllicə əziyyət çəkmişdi, serb dostumla tanış olub, o çörək alıb gələnə qədər Mark amulet qızartmışdı, kakaolu süd və s.Çox dadlı idi, mənim və dostlarımın da çox xoşuna gəldi. Bütün günü isə Mark gedəndən sonra mənə söz atırdılar ki, sən niyə belə bəxtlisən, gələn kimi dünyanın ən yaraşıqlı və ən sevimli insanını tapmısan.

Vəziyyət çox qəribədir, Mark gözəl insandır, amma,mənim onunla ciddi bir fikrim yoxdu, ola bilər həftədə, ayda, ildə bir dəfə görüşmək üçün maraqlı insandı, amma, mənim sarışınlara olan sevgim sonsuzdur J

Nyu Yorku yavaş-yavaş kəşf etməyə başlamışam, Anna məni bu həftə sonu piknikə dəvət edib. Nyu York, piknik, sendviçlər nə bilim, hər şey film kimidi. Bu həftə çox yağışlı keçib. Maraqlı keçir günlərim, yeriniz məlum.

İmkan olduqca sizə yazacam, bu bloqun belə tez bir zamanda məşhur olacağını və ilk postumun bu qədər oxunmaqla yanaşı davamının istənəcəyini təsəvvür belə etməzdim. Bakıya qayıtmağıma hələ ay yarım var. İmkan olduqca xronoloji ardıcıllığı qorumaqla sizə yazacağam. Hər birinizə əvvəlcədən minnətdaram.

Yazının əvvəlini bu keçiddən istifadə edərək oxuya bilərsiniz.

Advertisements
freelgbt tərəfindən Avtobioqrafik kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma