Homoseksuallıq təbiətdəndir


   Homoseksuallığa qarşı yürüdülən saxta arqumentlərdən birinin də guya homoseksuallığın təbiətə zidd olması arqumentidir. Bu pesvdoarqumentin tərəfdarları iddia edirlər ki, homoseksuallıq təbiətə ziddir və hətta heyvanlar da homoseksual davranışları həyata keçirmirlər, guya homoseksuallıq yalnız insanların süni şəkildə uydurduqları seksual praktikadan başqa bir şey deyil.

Bu fikir – “peccatum contra naturam” – əsrlər boyu bir çox sahələrdə aparıcı olmuşdu, lakin elm bu fikrin də yalan olmasını əsaslı şəkildə sübut etdi və homoseksuallığın təbiətdən gələn normal bir seksual praktika olmasını göstərdi.

Homoseksual davranışın təkcə insana deyil, heyvana da aid olmasını sübut edən elmi işlər vardır. 1999-cu ildə kanadalı bioloq Bruce Bagemihl 1500-dən çox növdə homoseksual davranış müşahidə olunur və 500 növün homoseksual davranışın yaxşı sənədləşdirilib. 2009-cu ilə olan araşdırmaların icmalına görə homoseksual davranış heyvanlar aləmində universal davranış olaraq bütün növlər üçün səciyyəvidir.

Təbiətdə homoseksual davranışın olması və homoseksuallığın təbii olması faktı arqument olaraq “Lawrence Texasa qarşı” işində, Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsində 2003-cü ildə Amerikada homoseksual münasibətlərə cinayət məsuliyyətinin tam şəkildə ləğv olunması üçün yetərli olmuşdu.

Təbiətdə rast gəlinən homoseksual davranışa dair misallar:

–         Zürafələrdə erkəklər arasında homoseksual davranışlar bu növün heteroseksual davranışlarının sayını ötür.

–         Ev pişiklərinin erkəkləri cinsi ehtiyaclarını ödəmək üçün bir birilərini istifadə edirlər.

–         Delfinlər arasında homoseksual kontaktlar geniş yayılıb.

–         Qara qu quşlarının 25%-i homoseksual erkək cütlüklər əmələ gətirirlər.

–         Pinqvinlərin erkəkləri homoseksual cütlük yaradaraq pinqvin balasını övladlığa götürürlər.

–         Qərb qağayılarının 10-15%-I homoseksual dişi cütlüklər əmələ gətirirlər.

–         Çöl ördəklərinin 19%-i homoseksual erkək cütlüklər əmələ gətirirlər.

–         Həm erkək, həm dişi göyərçinlər homoseksual davranışlar göstərirlər.

–                  Amerikan bizonlarının erkəkləri arasında anal sekslə müşayət olunan homoseksual davranışlar qeydə alınmışdır.

–         Bonobo meymunlarının 60%-i homoseksual əlaqələrdə olurlar.

–         Asiya fillərinin 45%-i homoseksual kontaktda olurlar.

–         Xallı kaftarların dişilərinin əksəriyyəti homoseksual kontakt praktikasına malikdirlər.

–         Yapon makakalarının dişilərinin hamısı biseksualdırlar.

–         Oranqutanqlar arasında tez-tez homoseksual münasibətlər qurulur.

–         Qoçların və şirlərin 8%-I homoseksual əlaqələrdə olurlar.

Əlbəttə ki, bütün növlər üzərində misalları, həmin misalların say çoxluğuna görə, bloqumuzda sadalaya bilmərik, amma bu qədər misal homoseksuallığın təbiətə zidd olmadığını, əksinə, homoseksuallığın təbii, normal, standart və ənənəvi bir orientasiya və praktika olduğunu, və əksinə, homoseksuallıqla mübarizənin isə qeyri-təbii, təbiətə zidd hərəkət olmasını göstərməyə bəs edər.

İstifadə olunmuş mənbələr:

1.      Coe M.J. (1967). “”Necking” behavior in the giraffe”. Journal of Zoology (London) 151 (3): 313–321. doi:10.1111/j.1469-7998.1967.tb02117.x.

2.      Bruce Bagemihl, Biological Exuberance: Animal Homosexuality and Natural Diversity, St. Martin’s Press, 1999; pp.391-393.

1.      Wells, R.S. (1995). Community structure of Bottlenose Dolphins near Sarasota, Florida. Paper presented at the 24th International Ethological Conference, Honoluly, Hawaii.

2.      Herzing, D.L.; Johnson, C.M. (1997). “Interspecific Interaction between Spotted Dolphins (Stenella frontalis) and Bottlenose Dolphins (Tursiops truncatus) in the Bahamas, 1985-1995”.Aquatic Mammals 23: 85–99.

3.      Braithwaite, L. W., ‘Ecological studies of the Black Swan III – Behaviour and social organization’,Australian Wildlife Research 8, 1981: 134-146

4.      Braithwaite, L. W., ‘The Black Swan’, Australian Natural History 16, 1970: 375-379

5.      Bagemihl, B., Biological Exuberance: Animal Homosexuality and Natural Diversity, St. Martin’s Press, New York 1999: 487-491

6.      “Oslo gay animal show draws crowds”. BBC. 19 October 2006. Retrieved 2009-06-15.


Advertisements
freelgbt tərəfindən İnformativ kateqoriyasında dərc edildi

Homoseksuallıq təbiətdəndir” üzərində bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma