Dünyanın homoseksual xəritəsi


Əfqanıstanda ölüm, Fransada həyat
İki əsr bundan əvvələ qədər homoseksuallıq bir sıra Qərb ölkələrində cinayət sayılırdı. Bunun bariz nümunəsi 19-cu əsrin sonlarında ingilis yazıçı Oskar Uayldın gey olduğuna görə həbsə atılması idi.

1960-cı illərdə homoseksuallar “cinsi azlıqların hüquqlarının qorunması” tələbi ilə çıxış etməyə başladılar. Mədəni hüquq sahəsində uzun müddət xüsusi addımlar atılmasa da, cəmiyyətdə homoseksuallara qarşı olan hüquq pozuntuları diskriminasiya olaraq qəbul edilməyə başlandı.

Tanınan hüquqlar

1990-cı illərdə isə bu hüquqmüdafiə hərəkatı okeanın o biri tərəfinə keçdi. Həmin illərdə Amerikada “LGBT – Lezbiyan Gey Biseksual Transseksual” təşkilatı fəaliyyətə başladı. Hazırda dünyanın bir çox ölkələrində bu təşkilat fəaliyyət göstərir. Azərbaycan da LGBT nümayəndəliyi var. Lakin heç bir qanun layihəsi qəbul olunmayıb.
Dünyada 16 aprel “Homoseksuallar günü” (cinsi ayrıseçkiliyə qarşı sükut günü) kimi qəbul olunub.

İngiltərə, Hollandiya, Kanada, Belçika, Cənubi Afrikada homoseksuallara “övladlığa götürmə” hüququ verilsə də, dünyanın digər yarısı – Əfqanıstan, Sudan, Pakistan, Səudiyyə Ərəbistanı, Çeçenistan, BƏƏ, Yəmən kimi ölkələr onları ölümlə cəzalandırır.

Homoseksuallığı qəbul edən ölkələrin tam siyahısı belədir: Litva, Hollandiya, Norveç, İngiltərə, İsveç, İsveçrə, Fransa, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Kanada, Sloveniya, Avstriya, İspaniya, İsrail, Avstraliya, Cənubi Afrika və Yeni Zellandiya.
Homoseksuallağın qadağan olduğu ölkələr: Anqola, Suriya, Puerto Riko, İran, Banqladeş, Bruney, Bəhreyn, Qatar, Tunis, Seneqal, Həbəşistan, Nikaraqua, Trinidad.

Bəzi ölkələrdə isə lezbiyanlar haqda heç bir qanun fəaliyyət göstərmir. Bu ölkələrə misal olaraq Qana, Keniya, Zambiya, Zimbabve, Sinqapur, Nepal, Şri-Lanka, Özbəkistan, Küveyt və s. göstərmək olar.

Orduya olmaz

Geyləri orduya qəbul etməyən ölkələr də var. Bunların arasında homoseksuallığın qadağan olunduğu ölkələrlə yanaşı, Yaponiya, Belarus, Almaniya, Yunanıstan, Portuqaliya, Türkiyə, Braziliya, Peru, Çexiya, Danimarka, Estoniya, Fransa, Norveç, İsrail, İngiltərə, Kanada, Norveç, Avstraliya, İsveç, İsveçrə, Litva, Yeni Zellandiya var.

Bolqarıstan, Lixtenşteyn, Rumınya, Kubada isə homoseksuallıq qadağan deyil, sadəcə, onu nümayiş etdirmək qadağandır. Məsələn, küçədə öpüşmək.

Bəzi ölkələrdə isə homoseksualları deyil, onları təhqir edənlər cəzalandırırlar. Məsələn, Avstraliya, Danimarka, İrlandiya, Lüksemburq, Norveç, İspaniya, İsveç bu ölkələrdəndir.

Avstraliya, Belçika, Finlandiya, Yunanıstan, İrlandiya, Hollandiya, İspaniya, İngiltərə lezbiyanlara sperma bankalarından istifadə etməyə icazə verən ölkələrdəndir.

İngilis kilsəsinin gey keşişləri

İngilis protestant kilsəsində maraqlı bir qərar alınıb. Burada iki gey keşişin evlənməsi mümkündür. Ancaq bir şərtlə: onlar ömürlərinin sonunacan sekslə məşğul olmamalıdırlar. Bu qərar gey keşişlər tərəfindən “gülünc qərar” olaraq dəyərləndirildi. Katolik kilsəsi isə qərarı lənətlədi.

Okeanın o tayında homoseksuallıq

ABŞ-da Obamanın hakimiyyətə gəlməsi ilə homoseksualların evlənməsi, övladlığa götürmə haqqları tamamilə qadağan olundu. Bu səbəbdən bir sıra homoseksual təşkilatları “Yeni qaradərililər – homoseksuallardır!” şüarı ilə yürüşlər keçirirlər.
Şüarın mənasını “Giant” jurnalının həm qaradərili, həm gey baş redaktoru Emil Uilbekin belə izah edir: “Amerika vətəndaşları qaradərili prezident seçməklə illərdir onlara qarşı olan diskriminasiya, irqçiliyə son qoymağını nümayiş etdirdi. Ancaq Obama hakimiyyətə gələndən sonra diskriminasiyaya məruz qalan homoseksuallar oldu”.

Bununla belə, ABŞ-ın Vermont, Oreqon, Massaçutis, Konnektikut, Havay, Maine, Kaliforniya ştatlarında istisna olaraq, homoseksuallara evlənməyə icazə verilir.

Yalnızca Massaçutisdə bu, “eyni cinsdən olanların evliliyi” adlandırılır. Xristianların Birləşmiş Kilsəsi (United Church of Christ) də bu evlilikləri qəbul edir və gey nikahları kəsir.

Digər 41 ştatda isə evlilik “bir qadın və bir kişi arasında” rəsmiyyət olaraq qəbul edilir və geylərə evlənmək icazəsi verilmir.

Evliliyi qəbul edir, ancaq “evlilik” kəliməsini işlədilmir

Eyni cinsdən olanların evliliyini rəsmən qəbul edən dörd ölkə var: Hollandiya, Belçika, İspaniya, İngiltərə. Ancaq bir çox ölkələrdə evlilik qəbul edilsə də, “evlilik” kəliməsi işlədilmir. “Evlilik” əvəzinə “sivil münasibətlər”, “tərəfdaşlıq” kimi terminlərdən istifadə olunur. Məsələn, Danimarka və İslandiyada sperma bankası işlətmək və övladlığa götürmək qadağandır. Ancaq homoseksualların “sivil birliyi” qəbul edilir və bir cütlük kimi bütün hüquqlardan istifadə edə bilirlər.

Fransa – 1999-cu ildə homoseksualların varlığı qəbul edən ilk katolik ölkə oldu.

Macarıstan – homoseksual cütlüklər bütün haqlara sahibdirlər, övladlığa götürmədən başqa.

Norveç və İsveç – homoseksual cütlüklərin varlığı qəbul olunur. Ancaq lezbiyan cütlüklərdən birinin hamilə qalması qadağandır.

Almaniya – cütlüklərə miras mövzusunda evli cütlüklərə tanıdığı bütün hüquqları tanıyır.

Mənbə : kulis.az

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma