Məşhurlar Homoseksuallıq Haqqında

      Hərbi xidmətlə olduğum zaman iki insanı öldürdüyüm üçün mənə medal verdilər, birini sevdiyim üçün isə tərxis etdilər. (Leonard P. Matlovic)

   Yataq otağında etdiklərinizi küçədə edib atları qorxutmadığınızca sərbəstsiniz. (Dafne Fielding)

     Sevdiyiniz biri ilə yatağınızı paylaşmaqdan təbii heçnə yoxdu. İnsanlar seksdə sərbəst olmalıdır, sıranın düzlüyünə isə keçi otaranda diqqət yetirmək lazımdı. (Elton Con)

Mən uzun müddət rahibə olmaq barədə düşünmüşəm. Ancaq sonradan əslində lezbiyan olmaq istədiyimi anladım.(Mabel Maney)

   Mənim 15 yaşım olanda anam mənim gizlin homoseksual olduğumu düşünərək məni psixyatrın yanına aparmışdı, amma, əslində burda gizlin bir şey yox idi.(Amanda Biars)

Mən bir filmdə gay rolunu canladırdığım üçün insanlar bəzən mənim gay olduğumu düşünürlər, bu gülməlidir. Çünki siz cinayətkar rolunu oynayarkən tamaşaçı sizin cinayətkar olduğunuzu düşünmür, amma, gay rolunu oynayarkən gay olduğunuzu düşünür.(Perri Kinq)

 İnsanların –“heteroseksualların qürur günü olmadığı halda, gaylərin qürur günü olması nəyə lazımdı axı?!”- sualını eşitməkdən yorulmuşam. Yadımdadır, mən uşaq olanda, hər zaman anamdan soruşurdum ki,- “niyə axı, atalar və analar günü olduğu halda uşaqlar günü yoxdu?”. Anam isə hər zaman deyərdi, çünki “Hər gün uşaqların günüdür.” Və bütün heteroseksuallara səslənirəm, hər gün heteroseksualların günüdür, niyə imkan vermirsiniz bir gün də biz bir küncdə öz qırım-qirtığımızdan həzz alaq?! (Rob Naş)

Biseksuallıq sizin həftə sonunu kiminləsə keçirmək şansınızı iki dəfə artırır.(Vudiy Alen)

Əgər Mikelancelo gay olmasaydı yəqin ki, Sikstin Kapellasının divarlarına rəsm əsərləri çəkmək əvəzinə onu oboylayardı. (Robin Tayler)

Təxminən bir il öncə Nyu Yorkda bir xəbərlər televiziya şousunda idim. Shou zamanı 5-ci avenuda keçirilən Gay Qürur Paradından reportajlar göstərirdilər, nədənsə onlar ancaq qəribə paltarlar geyinmiş parad iştirakçılarını göstərirdilər. Mən isə paradı görmüşdüm, orda həmçinin kostyum geyinmiş insanlar da iştirak edirdilər. Video reoptajdan sonar xəbəri təqdim edən şəxsin riyakar  şərhlərinə qarşılıq olaraq – “siz doğru etmirsiniz, bu mətbuatın səhvidir.  Siz insanlara hadisələrin yalnız bir tərəfini göstərdiniz, siz insanlara həqiqəti göstərməyərək onların agıllarını qapayırsınız”-, dedim və şounu tərk etdim. Bir daha məni şouya çağırmadılar. (Katelin Nolan)

Advertisements

Məşhurlar Homoseksuallıq Haqqında” üzərində bir şərh

  1. Rob Neşin dediyini elə mən də keçən dəfə dedim birinə:)) “Homoseksuallığı propaqanda edirsiniz” kimi sözlər deyənlər başa düşmək istəmirlər ki, ilin hər gününün hər saniyəsi heteroseksuallığın propaqandasıdır – mahnılar, şeirlər, filmlər, reklamlar… – bir gün də qoy homoseksuallığın propaqandası olsun də.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma