Göy Qurşağı

Biz insanlar bir qədər saf, bir qədər mülayim və ümid doluyuq. İnsan yaranan gündən bir optimistik ruh onu daim izləyir, hətta ən pis zamanlarımızda belə biz qəfil gələcək köməyi gözləyirik, burulğanın ortasında yayı arzulayırıq…

Müqəddəs kitablardan, nağıllardan və s. demək olar ki, hər birimizin yaxşı bildiyimiz bir hekayə var, bu dünyada olan bütün canlılardan bir cüt öz gəmisinə toplamış Nuh peyğəmbər və onun 40  günlük qiyamətdən, sel-sudan xilas olması haqdadır. Hekayənin sonunda isə Nuh Yaradandan bir daha insan övladını belə bir zülmə, əzaba düçar etməməsini diləyir. Həqiqətən də yaradan onun bu duasını qəbul edir və bir əhd-peyman, əbədi və ölməz ümid nişanəsi olaraq hər yağışdan sonra göy qurşağının peyda olacağını və yaradan bu göy quşağına baxanda o dəhşətli sel haqqında xatırlayacaq, insanları bir də belə zülmə düçar etməyəcəkdi.  Göy qurşağı insanlar üçün bir ümid, hər əziyyətli gündən sonra gələc firəvan günün əlamətinə çevrilmişdi. Göy qurşağı laiq olduğumuz ədalətin, günəşli günün və canlı həyatın müjdəçisi idi. 

Bu gün isə göy qurşağı bütün cinsi azlıqların, gay, lezbian, biseksual və transseksualların simvolu, onların şəxsi kimliklərinin ifadəsidir. Bu gün göy qurşağı simvolu təkcə yaradanla insanlar arasındakı əhd peymanı deyil, insanların qarşılıqlı münasibətini simvolizə edir, tollerantlığa, sevgiyə səsləyir. Göy qurşağı bir ümiddir, qardaşlığa, dostluğa, birliyə olan ümid, yırtıcı ilə ot yeyənin, çiçəklə- arının xilas olmaq üçün 40 gün 40 gecə birlikdə yaşadığının, xilas olmaq üçün göstərdiyi çabanın, qarşılıqlı köməyin simvoludur.

LGBT-nin simvolu olan bayraq üzun inkişaf yolu keçib, buyurun, sizlərə bu kiçik məqalədə göy qurşağını simvolizə edən 6 rəngli GAY QÜRUR BAYRAĞInın yaranması tarixi haqda məlumatı təqdim edirik.

İlk Gay-qürur bayrağı Gilbert Baker tərəfindən yaradılıb və tarixdə ilk dəfə  25 İyun 1978-ci ildə San-Fransiskoda keçirilən “Gay Azadlıq Günü Paradında” istifadə olunmağa başlanıb. Bakerin bu bayrağı Judy garlandzın “Göy qurşağı üzərində” mahnısından ilhamlanaraq yaratdığı ehtimal edilir, lakin özünün də dediyinə görə Bakerin  bu bayrağı hippi hərəkatının bayrağı və o zaman hərəkatın aktivistlərindən olan homoseksual Allen Ginsbergin ideyalarından qaynaqlanır. Baker tərəfindən hazırlanan ilk Gay qürur Bayrağı üfiqi 8 zolaqdan ibarət idi:
San-Fransiskoda keçirilən “Gay Azadlıq Günü Paradında” İlk dəfə 30 könüllü hazırlanmış ilk iki bayrağı dalğalandırmaq şərəfinə nail olmuşdular.

27 Noyabr 1978 ci ildə gay olduğunu gizlətməyən San Fransisko Şəhər Supervayzeri Harvey Milkin sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra gay qürur bayrağına tələbat daha da artdı. İnsanların tələbatını ödəmək üçün “Paramount Flag Co” göy qurşağının yeddi rəngindən ibarət olan bayraqların istehsalı və satışına başladı.

1978-ci İldə Gilbert Beyker tərəfindən hazırlanmış original 8 zolaqlı bayraq

İstehsalat prosesinin mümkünsüzlüyündən çəhrayı rəng ləğv olunmuş dizayn (1978–79)

1979-cu ildən bu günə qədər rəsmi 6 rəngli bayraq

Yeni 6 rəngli Gay- qürur bayrağı bu günə qədər eynidir və onun dünya boyunca məşhurlaşması 1979-cu ilə təsadüf edir, bu zaman Amerika Vətəndaşı olan John Stout Qərbi Hollivuddakı evinin eyvanından bayrağı asa bilməsi üçün məhkəmə qaydasında ona əvvəlcədən edilmiş qadağanı ləğv etdirə bildi.Bakerin bayrağı onun dizayn etdiyi kimi 7 deyil 8 rəngli istehsalına etiraz edən şirkət, San fransiskoda  tünd çəhrayı rəng istehsal edən fabrikanın olmamasını səbəb kimi göstərmişdi. 1979-cu ildə bayraq yenidən modifikasiya edildi, beləki mərkəzi küçələri bəzəyən göy-qurşağı bayraqlar vertikal asıldığından onun bir rəngi sütünla üst-üstə düşür və görünmürdü. Bu problemi həll etməyin isə ən sadə yolu bayrağı yenidən dizayn etmək idi ki, bu zaman bayraqdan firuzeyi rəng də götürldü və artıq yeni dizaynda 6 rəng var idi.

Dünyanın ən böyük bayrağı isə yenə də Baker tərəfindən Stonevall Riotsun 25-ci ildönümü münasibəti ilə harzılanıb, eni 30 Fut olan bu bayrağın hazırlanmasına 1 aydan çox vaxt sərf olunub və tədbirdən sonra bayraq hissələrə ayrılaraq dünyanın müxtəlif ölkələrinə gay paradlarda və gay etiraz aksiyalarında istifadə edilməsi üçün göndərilib. (Rekord rəsmi olaraq Ginessin Rekordlar Kitabına Salınıb)

2003-cü ilin İyununda ilk Gay qürur bayrağının yaradılmasının 25-ci illiyi tədbirləri zamanında 8 rəngli bayraqlar da yenidən Gay qürur Paradlarında istifadə olunmuşdur.

Bu gün də 6 rəngli bayraq ümümdünya gay, lesbian, transseksual və biseksualların simvou hesab edilir.

Advertisements
freelgbt tərəfindən İnformativ kateqoriyasında dərc edildi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma