Cins və gender

Yaxın zamana qədər cinsi müxtəlifliyi mədəniyyətin hesabına aid edirdilər. Müasir elm cinsiyyəti iki yerə ayırır:

  1. Biloloji, reproduktiv cins, individin uyğun kontrast yaradan elementlərlə birlikdə erkək (kişi) və dişi (qadın) olaraq statusu – cins.
  2. Sosial cins, rolların sosial-mədəni və davranış xarakteristikası. Bu cins individin şəxsi, sosial və hüquqi statusunu müəyyən edir – gender.

Sosial cins gender adlanır, və özünə cinsi mənsubiyyəti aid etdiyinə görə (adam özünü kişi, qadın və ya təkcə anatomik xüsusiyyətinə görə deyil, həmçinin də müvafiq sosial kriteriyalara görə qeyri-müəyyən cinsdən olan şəxs hesab edir), bu xassələr və yanaşmalar, anatomik-fizioloji xassələr istisna olmaqla, gender göstəriciləri adlandırılırlar.

Amerikan antropoloqu Catherine Match’ın obrazlı deyimi ilə ifadə etsək, cinsin genderə münasibəti işığın rəngə olan münasibətidir. Cins və işıq – obyektiv ölçüyə imkan verən təbii fiziki hadisələrdirlər. Gender və rəng isə – tarixi, mədəni şərtlənmiş kateqoriyalardırlar ki, onların köməyi ilə insanlar istədikləri kimi müəyyən xassələri qruplaşdırıb onlara simvolik mənalar verə bilirlər. İşığın qəbul olunması fiziologiyası insanlarda bu və ya digər dərəcədə eyni olsa da, bəzi mədəniyyətlər yalnız iki-üç, digərləri onlarla və yüzlərlə rəng seçə bilirlər. Eyni şey də cins və genderə aiddir. Reproduktiv biologiya yalnız iki əks cins tanıyır – erkək (kişi) və dişi (qadın). Seksologiya, psixologiya və antropologiya üçün isə bu, yetərli deyil.

Lakin, individual fərqləri mədəniyyətə aid etmək olmaz. Mürəkkəb, çıxşahəli sistemdə, cinsi və gender indentifikasiyası kimi, genetik şərtlənmiş müxtəlif variasiya və variantların mövcudluğu da qaçılmazdır. Əgər kişi və qadın identifikasiyası adama doğulan kimi avtomatik olaraq verilmirsə, uzun və mürəkkəb cinsi və gender sosializasiyası prosesi zamanı təkmilləşir. Subyektin aktiv iştirakçısı olan bu “tipləşmə” və kodlaşma” ərzində , subyekt ona təqdim olunan sosial rolları və davranış modellərini qəbul və inkar edir. Hətta “yenidən kodlaşma” və ya gender identifikasiyasının kişi və ya qadın tərəfə yenidən qurulması imkanları da mümkündür. Xalq dilində buna cinsin dəyişdirilməsi deyilir.

İndividin ona təqdim olunan kişi və ya qadın gender statusunu qəbul etmədiyi vəziyyət onda təminsizlik hissi yaradır və gender disforiyası adlanır. Bu əzablı vəziyyətin müxtəlif səbəbləri, xarici təzahürləri, müddəti və dərinliyi ola bilər. Gender disforiyasının ən dərin, əhatəli forması transgenderizm və ya transseksualizmdir ki, individ öz gender statusunu tam şəkildə inkar edir və müvafiq cərrahi əməliyyatı, pasportda cinsinin dəyişdirilməsini da aid etməklə, onun dəyişdirilməsinə çalışır. Cins və gender sözlərinin fərqindən irəli gələrək transseksual və transgender sözlərinin də fərqini müəyyən etmək olar. Transseksual – bioloji cinsini (birincili və ya ikincili cinsi əlamətləri) cərrahiyyə əməliyyatı vasitəsi ilə dəyişdirilmiş şəxsə, transgender – cərrahiyyə əməliyyatı olmadan özünü əks cins hesab edən şəxsə deyilir ki, hər bir transseksual öncə transgender olmuşdur. Daha yumşaq variantda isə individ anatomik cinsini dəyişmir, lakin özünü qismən kişi, qismən qadın hiss edir və müəyyən vəziyyətlərdə standart cins rolları sərhədlərini pozur, misal üçün, əks cinsə aid olan geyimlərdən istifadə edir (transvestitizm). Nəhayət, insanın öz cinsi aidiyyatında şübhələnmədiyi hallar da olur ki, bu zamanda da onun obrazında konfilkt yaradan hansısa konkret aspektlər arasında özünü müəyyən edə bilmir.

Cins və gender arasında olan fərqlər bunlardan ibarətdir.


Advertisements
freelgbt tərəfindən İnformativ kateqoriyasında dərc edildi

Cins və gender” üzərində bir şərh

  1. Ugurlar size, maraqli, melumatlandirici ve psixoloji yardimcil blog acdginiza gore cox sagolun. Psixoloji yazilarinizin chox olmasini isteyerdim eger imkan varsa.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma