Aseksuallıq

Aseksual – heç kimə cinsi maraq duymayan adama deyilir. Aseksuallığı bəzən cinsi orientasiyanın olmaması kimi də təsvir edilər, lakin aseksuallıq da cinsi orientasiyadan biridir.  Aseksualların cinsi əlaqəyə marağı güclü olmur, bunun əvəzində onların romantik duyğuları daha güclü olur, bəziləri isə seksuallığı ümumiyyətlə əhəmiyyətli hesab etmirlər. Aseksuallıq, heteroseksuallıq, homoseksuallıq, biseksuallıq kimi cinsi zövqlərdən biridir. Aseksuallar doğuşdan aseksual olanlar və sonradan bunu seçənlər olaraq ikiyə ayrılırlar. Bəzi araşdırmalara görə insanların 1 %-i aseksualdır.

Aseksuallıq, bütün cinsi orientasiyalar kimi mürəkkəb bioloji və ictimai səbəblərə əsaslana bilər. 1994-cü ildə ABŞ-da 11.9 % nisbətində yetkinlərlə edilən araşdırma nəticələrinə görə, 9.8 % kişilərin, 13.6 % qadınların  həyatlarında heç bir seksuallıq yaşanmamışdır ya da partnyorlari olmamışdır. 

Aseksuallar romantik planda qarşı cinsə də, öz cinsinə də sevgi duya bilər və ya heç sevgi hissini yaşlamaya bilərlər. Bu planda aseksuallar aşağıda sadalanan variantlardan birinə, bir neçəsinə və ya aromantikliyi çıxmaq şərti ilə, yerdə qalan hamısına aid ola bilərlər:

Aromantik – romantik meylin heç kimə olmaması

Biromantik – hər iki cinsə romantik meylin olması, biseksuallığın romantik aspekti

Heteroromantik – qarşı cinsə romantik meylin olması, heteroseksuallığın romantik aspekti

Homoromantik – öz cinsinə romantik meylin olması, homoseksuallığın romantik aspekti

Panromantik və ya omniromantik – istənilən cinsdən və ya cinsiyyətsiz, həmçinin qeyri-binar insanlara romantik meylin olması, panseksuallığın romantik aspekti

Transromantik – Cinsi dəqiq olmayan, trangender, interseksual insanlara romantik meylin olması, transgenderliyin romantik aspekti

Poliromantik – Hamısına olmamaq şərti ilə, bir neçə gender identifikasiyasına romantik meylin olması, poliseksuallığın romantik aspekti

Demiromantik – Emosional bağlantının yaranmasından sonra əmələ gələn romantik meyl (bu termin bu şəxslərin genderini əks etdirmir)

Cinsi meylin olmaması aseksualların mütləq cinsi əlaqəyə girməmələri demək deyil. Aseksuallar da cinsi əlaqəyə girə bilərlər, lakin bu zaman onların şəhvəti partnyorlarının bədənindən deyil, partnyorlarına qarşı olan romantik hissdən yarana bilər. Yalnız uzun müddət bir yerdə olandan sonra partnyorlarının bədənlərinə olan sevgi nəticəsində aseksualları partnyorlarının bədənləri şəhvət hissini duymağa sövq edə bilər. Aseksuallar üçün şəhvətdən öncə həmişə romantik duyğuların gəlməsi səciyyəvi haldır.

Bununla birlikdə cinsi meyli nə olursa olsun bütün insanların 90% -dən çoxu həm qadına həm kişiyə romantik maraq duyur.

Bir çox inanc sistemləri cinsi istəklərdən təmizlənməyi və cinsi istəklərə sahib olmamağı bir cür tanrısal və insanüstü bir durum olaraq görmüş, bu səbəbdən və aseksual insanlar bir çox dində müqəddəs qəbul edilmişdir.

Tarixdəki məşhur aseksuallar arasında; rəssam Salvador Dali, elm adamı İsaak Nyuton, yazıçı Mixail Zadornov, jurnalis Anatoli Vasserman, kral 18-ci Lüdovik, filosof İmmanuil Kant və İstehlakçı hüquqlarının ilk müdafiəçisi Nader və sairləri vardır.


Advertisements

Aseksuallıq” üzərində bir şərh

  1. Men de Aseksualam*biromantik*~Chox sag olun ki,bu meqaleni yayimlayib,aseksualligi daha da aydin etdiniz))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma