Mən Lezbian doğulmuşam, bəs səni nifrət dolu doğublar ?!

Bu gündən mən də bu bloqa yazmağa başlamışam, ilk öncə sosial şəbəkələrdən birində dostum bu bloqun linkini paylaşmışdı, belə bir bloqun olduğuna çox sevinmişdim, indi isə daha çox sevinirəm, çünki artıq bu bloq üçün post yazıram. İlk öncə bloqun açılmasında təşəbbüs göstərmiş bütün insanlara minnətdarlığımı bildirirəm, indi isə keçək mətləbə. 

Fəlsəfədə bir emprik nəzəriyyə var, səhv eləmirəmsə bu nəzəriyyəyə görə hər şey sadədən mürəkkə doğru öyrədilir, indi də mən başlayım öz hekayəmi sizə yazmağa, adını oxuduğunuz kimi, sizə mən necə lezbian olduğumdan danışacağam.

Mənimlə ilk ünsiyyətdə olan insanların marağına heyranam da, mən seçimlərimdən utanmıram,ona görə də lezbian olduğumu danmıram. Amma, di gəl ki, hər salam verən adam məni sual atəşinə tutur, nədən?, niyə?.. anlamıram, axı sizin nəyinizə lazımdı mən gecələri neynirəm, mən uşaq istəyirəmmi,inanın mənə, istəsəm belə özüm bir yolunu tapacam, niyə anlamaq istəmirsiniz axı ki, əgər mənə sizin məsləhətiniz lazım olsa idi, mən onu sizdən soruşardım. İndi isə gələk əsas suala,- “sən necə oldun ki, lezbian oldun?”

Həyatımda bundan daha məntiqsiz bir sual tanımıram, axı görmüsünüz ki, bir insandan bu günə kimi soruşsunlar – “sənin gözlərin niyə yaşıldı?” ya “sən necə solaxoy olmusan?” və ya “sənin saçların niyə qıvrımdı?”- yox , bəs niyə məni narahat edirsiniz bu məntiqsiz suallarınızla?

Ey sevgili dostlar, bilin və agah olun ki, mən lezbian doğulmuşam. Sizin kimi məni də təbiət yaradıb, necə ki, mən sizin gecələr kiminlə nə etdiyinizə qarışmıram, çox xahiş edirəm, siz də mənim yataq otağımdan çıxın.

Özümü ilk dərk etdiyim andan yadımdadır ki, qırmızı donlu gəlinciklərlə deyil, maşınlarla oynamağı sevirdim, palçıqdan ev düzəldə-düzəldə, ağaclara, qarajların başına dırmaşa-dırmaşa böyüdüm. Sinif yoldaşlarımdan fərqim o idi ki, mən səhər 6-da oyanıb saçlarımı daramır, həftə sonlarını pal-partar axtara-axtara keçirmirdim, həyatımdan çox mənun idim, rahat şalvarlarım və əksəriyyəti oğlan olan dostlarım var idi. Sinif yoldaşlarım isə mənə hər zaman deyirdilər ki, səni alan olmayacaq, baxma ki, indi çoxlu oğlan dostun var. Düzü bu sözlər heç mənim vecimə də deyildi, çünki mən o oğlanlarla onlardan heç bir şey ummadan (intim) əlaqə saxlayırdım, onlar mənim üçün yaxşı futbol oyunçusu, “Play Station”da gözəl rəqib idilər.

Daha bir fərq də var idi, qızlardan fərqli olaraq mən riyaziyyat, fizika fənnini daha yaxşı qavrayırdım, elə buna görə də mühəndis olmağı qərara aldım, təhsilimi bitirdim və indi mühəndisəm. Amma, heç bir zaman kişi olamq istəmədim, yəni kişilər kimi geyinmək, onlar qədər kobud olmağı sevmədim, bəzi incə xanımlar kimi tədbirsiz və bacarıqsız olmaq da könlümcə deyildi, hər zaman tam bərabər olmaq istəmişəm bunun hər nə qədər mümkünsüz olduğunu bilsəm də.

Hər zaman təbiətə məni belə özümə məxsus yaratdığı üçün minnətdaram, bəlkə də belə olmasaydı, mən indiki kimi cəsur olmazdım. Çünki, indi mən dünyanın ən gözəl ailəsinə sahibəm, əgər belə olmasaydı qız dostumla tanış olmazdım, istədiyim evə, istədiyim həyata sahib ola bilməzdim, hələ bəlkə də məni də təhsilimin ortasında kiməsə ərə verəcəkdilər…

İki il öncə sevgilimlə dünya turnesinə çıxdıq, ən patriarxal cəmiyyətlədən, ən demokratikinə qədər, Afrika cəngəliklərində yaşayan qəbilələrdən tutmuş texnologiyanın inkişafına baxmayaraq öz adət-ən-ənələrini qoruyub saxlamış Yapon ailələrində qonaq olduq və bu uzun səyahət sonucunda anladıq ki, xoşbəxt olmaq üçün sadəcə azad olmaq, özünü olduğun kimi ifadə edə bilmək kifayətir. Əgər bir cəmiyyətdə qadınlar, uşaqlar, gənclər və digər kateqoriyalı insanlar öz azad fikir və iradələrini ortaya qoya bilmirlərsə, seçimlərindən utanırlarsa və hələdi toplumun reaksiyasına önəm verirlərsə o cəmiyyətdə xoşbəxtlikdən danışmaq ümumiyyətlə mənasızdı.

Bir qeyd edim, bəlkə də indi bu yazını oxuyarkən oturduğunuz binanın tikintisində mənim də rolum olum, əmin olun ki,mən öz işimi vicdanla yerinə yetirmişəm və dövlətimiz, xalqımız üçün daim vicdanla çalışacağam.

Sonda sizə bir şey demək istəyirəm, əlinizdən gələni edin və xoşbəxt olun. Zamanınızı kimin gecə yataqda kiminlə nə edəcəyini düşünməyə və danışmağa ayırmaqdansa, sevdiyiniz insanla gecə nə edəcəyiniz haqda planlar qurun, belə etsəniz həm başqalarını az narahat etmiş olarsınız, həmdə özünüzü daha xoşbəxt hiss edərsiniz.

Həyatımızın ali məqsədi xoşbəxt olmaqdı, tam həyatımız boyu olmasa belə, xoşbəxt saniə və dəqiqələrin həyatımızda bolluq təşkil etməsini arzu edirəm bu yazını oxumuş hərkəsə.

Advertisements

Mən Lezbian doğulmuşam, bəs səni nifrət dolu doğublar ?!” üzərində 3 şərh

  1. Təbrik edirəm bloqunuza görə. Amma məqalələrdə bir neçə nüans hiss edirəm. Sanki yazarlar cəmiyyət qarşısında hesabat verməyə, cəmiyyətə nəyisə izah etməyə çalışırlar: “Biz də sizin kimiyik, biz də sizin kimi vergi veririk” və sair.
    2008-ci ildən bəri bloq yazan və azərbaycanlıların iç üzünü 2008-ci ildən bəri açan bir şəxs olaraq deyim ki, heç vaxt bu cəmiyyətə izah verməyin. Uzun zaman bunları izləyib haqlarında yazı yazmışam, məndən yaxşı bu xalqı tanıyan yoxdur, olsa da, ətrafımdakı tək-tük adamlar olar. Birincisi, siz bozbaşın yağını sinələrinə axıdan, avtobusda yer davası edən bu qara pıspısalar kimi deyilsiniz, siz bunlardan qat-qat yüksəkdəsiniz və bunların toplusu sizin dırnağınıza dəyə bilməz. İkincisi, həyatınız dönər gəmirən azərbaycan sevgililərin həyatından min dəfə mənəvi, mənalı və maraqlıdır. Sizə uğurlar diləyirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma