Klein’in seksual orientasiya cədvəli

İnsanların çoxu binar seçim çərçivəsi daxilində seksual təcrübə yaşadıqları üçün, Alfred Kinsey 0-dan (yalnız heteroseksual təcrübə) 6-ya (yalnız homoseksual təcrübə) qədər yeddi intervallı seksual orientasiya şkalası təqdim etdi. Şkala ilə yuxarı qalxarkən biz, özümüzün seksual zövqünü təyin edə bilərik, misal üçün, 2-ci şkalaya uyğun olan “əsasən heteroseksual, lakin bəzən homoseksual əlaqələr də olur” və sair. Şkalaya əlavə olaraq heç bir seksual marağa malik olmayan aseksual insanlar üçün X kateqoriyası da əlavə oluna bilər.

Fritz Klein Kinsey şkalasını dəqiqləşdirib həm bir az sadələşdirdi, həm inkişaf etdirdi. Klein şkalası öncəki kimi 7 intervaldan ibarət olsa da, Kinsey ona daha dəqiq təyinlər verə bilib.

Klein şkalası budur:
Fritz Klein üç olçülü, üç zaman ölçüsündə insanın seksual təcrübə və fantaziyaları qeyd edən, daha yaxşı və dəqiq seksual zövq şkalası təqdim etdi. Fritz Klein tərəfindən yeridilmiş üç zaman oxlu şkala insan seksuallığının, seksual zövqünün (və ya orientasiyasının) həyatı ərzində dəyişə bilməsi konsepsiyasını, cinsi həyatın arzuolunan idealının faktiki cinsi davranış ilə həmişə üst-üstə düşmədiyini əks etdirir.

Lakin, bunlar Klein tərəfindən insan seksuallığı və seksual orientasiyasının öyrənilməsində təqdim olunan yeganə innovasiyalar deyildilər. Daha önəmlisi, Klein seksuallığın plastik və dəyişkən olmasını nəzərdə tutaraq, öz şkalasına individin seksual identifikasiyasına təsir edən müxtəlif faktorları nəzərə alan alt-şkalalar əlavə etdi. Kleinin bu alt-şkalaları belə adlanırlar:

  1. Seksual sövq (İnsanı seksual olaraq kim çəkir?)
  2. Seksual davranış (İnsan gerçəkdən kiminlə sekslə məşğul olub?)
  3. Seksual fantaziyalar (İndivid kim barəsində seksual fantaziyalara malikdir, kimi arzu edir? Fantaziyalar masturbasiyalar zamanı, yuxuda, real həyatın bir hissəsi kimi və ya təsəvvürlərdə yer ala bilərlər)
  4. Emosional üstünlük (Emosiyalar real fiziki sevgi aktına təsir edirlər. İndivid yalnız əks cinsin, öz cinsinin, yoxsa hər iki cinsin nümayəndələrinə sevgi və simpatiya hiss edir?)
  5. Sosial üstünlüklər, dostluq. (Sosial üstünlüklər emosional üstünlüklərlə sıx bağlantıda olsalar da, onlardan fərqlidirlər. İndivid hansı cinsin nümayəndələri ilə sosiallaşmaq, dostluq etmək istəyir?)

Bu və digər müxtəlif tərəfli həyat faktorlarını diqqətə alaraq, çox ölçülü Klein şkalası insan seksuallığının təbiətini anlamaq üçün geniş imkanlar açır. Əsasən, Klein şkalası individin seksual davranışsının həmişə onun seksual orientasiyası və ya seksual zövqü ilə üst-üstə düşmədiyini anlamağa kömək edir. O, həmçinin izah edir ki, əgər iki adam eyni seksual identifikasiyayavə ya seksual orientasiyaya malikdirsə, bu heç də o demək deyil ki, onların seksual praktikaları və seksual davranışları eynidir

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma