Homoseksual övlad və valideyn

Bir çox valideynlər övladlarının homoseksual olmasından çox, onları gələcəkdə nə gözləməsindən narahat olur. Misal üçün, onlar qorxurlar ki, homofob əhval ucbatından övladlarının iş ilə problemləri ola bilər.

Bu mümkündür, ona görə də övladınıza izah etməlisiniz ki, o, özünə düzgün çevrə seçsin. Bundan çox şey asılıdır, lakin zaman-zaman homoseksuallığa olan münasibət onsuz da yaxşılığa doğru dəyişir ki, bu da dialektik qanunauyğunluqdur. Böyük şəhərlərdə homoseksuallıq kiçik şəhərlərə nisbətən daha çox hörmətlə qarşılanır. Həm təhsil, həm həyat fəlsəfəsi, həm dünyagörüşü cəhətdən daha savadlı olan adamalar homoseksuallığa digərlərinə nisbətən daha nəzakətlə yanaşırlar. Lakin istisna deyil ki, sizin oğlunuz küçədə cinayətkarlar tərəfindən döyülə bilər və ya faşist və mizantrop bir müdir tərəfindən işdən qovula bilər. Bu səbəbdən homoseksuallar cəmiyyətin ən çox qorunmağa ehtiyacı olan təbəqəsidirlər, oğlunuz pis hallarla qarşılaşdığı zamanda ona dayaq olmalı və yardım etməlisiniz.

Yadda saxlayın ki, övladınızın imkanları hədsizdir. Sizin övladınız yaradıcı sənətləri seçərək, öz sənətində tanınmış mütəxəssis ola bilər. Bəlkə də, cinsi zövqünə görə özünü uzun müddət qəbul etməməsi, daima kimə özü haqda məlumat verib-verməməsini düşünməsi, homoseksual insanlarda empatiyanı – digər insanların hissiyyatını duymağı daha da inkişaf etdirir. Buna görə də onlar insanlarla ünsiyyət tələb olunan sferalarda – idarəçilikdə, ticarətdə, pedaqogikada, tibbdə, kulinariyada çox uğurlu olurlar. Çox şey onların şəxsiyyətindən asılıdır, lakin homoseksuallar asan karyera qura bilirlər, onların çox dostları olur.

Valideyni övladının risk qrupuna daxil olması, immun çatışmazlığı virusuna yoluxması narahat edə bilər. Əslində, bu, sadəcə olaraq mifdir, yalan bir stereotipdir. Xəstəlliklər ehtiyatlı olmayan istənilən insan tərəfindən, onun cinsi zövqündən asılı olmayaraq yayıla bilərlər və bu halda insanın öz cinsinə və ya əks cinsə üstünlük verməsinin heç bir rolu olmur.

Valideyn narahat ola bilər ki, onun övladının heteroseksual ailəsi olmayacaq. Bunu anlayışla qarşılamaq olar, axı böyüklər bilirlər ki, hər bir insanın sevgiyə ehtiyacı var və ailə ocağı istisinin onu ömrü boyu isitməsi böyük xoşbəxtlikdir. Lakin siz homoseksual ailələrlə ünsiyyətdə olmadığınızdan, o ailələrin də nə qədər xoşbəxt olmalarını görməmisiniz deyə, bu cür düşünürsünüz. Homoseksual ailələr də heteroseksual ailələr kimi xoşbəxt olurlar, onların da ailə ocaqları üzvlərinin həyatlarını ömrü boyu isidir və xoşbəxt edir. Əgər siz uşağınızın çevrəsi ilə zaman-zaman yaxşı tanış olsanız, bunun gerçəkdən belə olmasına əmin olarsınız.

Hətta bütün bunları bildikləri halda valideyn yenə övladının homoseksual olmasına görə narahatlıq keçirə bilər. Niyə? Homofobiya bəlası hər tərəfdən üstümüzə axır: din, patriarxal mentalitet və bunlardan ruhlanaraq yaradılan filmlər, kitablar,televiziya və radio vasitəsi ilə aparılan insanlığa zidd homofob təbliğatlar sizin şüurunuza təsir edə və sizin homoseksuallığa görə narahat olmanıza səbəb ola bilərlər.

Sizə sırınmış o gerici stereotiplərdən uzaqlaşmağa çalışın. Heç narahat olmayın. Sizin uşağınız tam normaldır, sadəcə, onun şəxsi həyatına aid olan hansısa seksual zövq onu əks cinsə meyl edənlərdən fərqləndirir. Lakin, insan individualdır və təkcə seksual zövqə görə yox, bir çox şeylərə görə fərqlənə bilər. Niyə məhz tamamilə insanın özünə aid olan, şəxsi və qapalı sahəsi olan seksual zövq narahat etsin ki? O, xoşbəxt olacaq, çünki onu anlayan valideynlərlə, onun taleyi başqa cür ola da bilməz.

Bəzən valideynlər övladlarının homoseksuallığına görə özlərini günahlandırırlar, nəsildə homoseksual axtarırlar və ya tərbiyələrində səhv axtarmağa başlayırlar. Birincisi, yalnız günah və ya cinayətə görə kimisə günahlandırmaq olar. Homoseksuallıqda isə günah və cinayət yoxdur, homoseksuallıqda pis heç nə yoxdur və bu, heteroseksuallıq kimi tamamilə adi, normal, standart və təbii bir seksual orientasiyadır ki, bütün canlılarda müşahidə olunur. İkincisi də, seksual zövqün tərbiyə ilə əlaqəsi yoxdur.

Bəs bütün bu suallar və duyğularla nə etmək gərəkdir? Fikrinizi belə şeylərdə cəmləşdirməyin, ondansa övladınıza lazım olanını edin – ona xoşbəxt olmağa kömək edin, və bununla da bütün narahatlıqlar və həyəcanlar keçib gedəcək.


Advertisements
freelgbt tərəfindən Psixoloji kateqoriyasında dərc edildi

Homoseksual övlad və valideyn” üzərində 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma