Homoseksual övlad və çevrə

Homoseksual övlad və çevrə

Bu məqalədə mən övladların valideynlərinə homoseksual olmaları haqqında xəbər vermələri zamanı valideynlərin reaksiyaları haqqında danışacam. Çalışacağam ki, valideynlərdə yaranan ən geniş yayılmış suallara cavab verim. Bu, homoseksual övladları olan valideynlər üçün kiçik bir konsultasiyadır.

Budur, xəbər o qədər gözlənilməz oldu ki, siz necə reaksiya verməyinizi bilmirsiniz və ilk reaksiya hər cür ola bilər. Siz uşağınızın sizə dediyini ciddi qəbul etməyə, mövzunu dəyişə, və ya bunu heç kəsə deməməyi ona tapşıra bilərsiniz. Ümumən və xüsusən bu o deməkdir ki, siz baş verənləri inkar edirsiniz. Əgər siz övladınızın homoseksual olması faktını qəbul etmirsinizsə, onun bütün həyatı sizin üçün yeddi möhür arxasında qalacaq.

Bu andan başlayaraq heç bir qarşılıqlı anlamadan söz getmir. Şübhəsiz ki, bu, başlanğıc mərhələsidir və əgər siz o mərhələni yenə bilməsəniz, tamamilə mümkündür ki, sizi və övladınızı kədərli nəticələr gözləyə bilər. İ

ş burasındadır ki, homoseksuallar, əsasən də yeniyetmələr öz homoseksuallıqlarını o qədər də asan qəbul etmirlər. Bu dövr ərzin

də onların emosional durumları çox qərarsız və dəyişkən olur, və bunun üzərinə ətrafın pis münasibəti də gəlir. Əgər bütün bunlara valideyn də öz payını əlavə etsə, uşaq narkomaniyaya və ya intihara üz tuta bilər.
Hər halda, əgər sizin öz narahatlıqlarınızı heç kimlə bölüşə bilmirsinizsə, hiss etdiklərinizi ayırd edə bilmirsinizsə, öyrəşdiyiniz fikirləri tərk etməyə gücünüz yoxdursa, sizin psixoanalitik ilə danışmağa ehtiyacınız var. Onunla övladınızla ünsiyyətin hər ikiniz üçün necə münasib və rahat etmək haqqında söhbət edin, övladınızı xoşbəxt etməyin yollarını ondan öyrənin.Əgər siz homoseksuallığı psixoloq və psixiatrların köməyi ilə müalicə oluna bilən xəstəlik hesab edirsinizsə, bu cür fikirlərdən daşının. Homoseksuallıq xəstəlik deyil. Homoseksuallıq təbii, ənənəvi, standart və normal bir cinsi orientasiyadır. Müasir psixiatriya homoseksualizmi müalicə cəhdini mənəviyyatsızlıq hesab edir. Və uzunmüddətli araşdırmalardan sonra homoseksualizm xəstəliklər sırasında artıq on illər öncə çıxarılıb. Özlərini həkim adlandırıb guya homoseksuallığı “müalicə” edən şarlatanlar isə övladınıza ciddi psixoloji və somatik zərbələr vura bilərlər.

Bəs qohumlar və dostlar bu haqda bilsələr nə olacaq? Özünüzə bu sualı verərkən, övladınızın hiss etdiyini hiss edəcəksiniz. Övladınız da sizə öz seksuallığı haqqında xəbər vermədən öncə bunu düşünmüşdü və hiss etmişdi. Və siz bundan həyatınız boyu çox dəfələr keçəcəksiniz. Sadəcə olaraq, zaman-zaman bu məsələni əvvəlki kimi sərt qəbul etməyəcəksiniz.

Valideynlərdən çox az qismi ətrafdakılara övladının homoseksual olmasını səmimi şəkildə deyir. Əksər hallarda onlar özlərindən bir şey uydururlar: “oğlum özünə layiq qız tapa bilmir, sən ki, bilirsən, indi qızlar necədirlər”, “o, yalnız təhsil ilə maraqlanır və karyerası ilə məşğul olmaq istəyir, indiki zamanda pul hər şeydən üstündür” və sair.

Yalan danışmaq əvvəl-axır hamını bezdirir, ona görə də, ən yaxın və səmimi qohumlarınıza və dostlarınıza həqiqəti deməklə, bu cür cavab ala bilərlər: “mən də elə bilirdim ki, sən mənə heç vaxt gerçəyi deməyəcəksən”, və heç nə olmamış kimi (çünki, doğrudan da heç nə olmayıb) sizə yaxın olan əzizləriniz sizinlə əvvəlki kimi ünsiyyətdə olurlar. Lakin, unutmayın ki, bu xəbərin kimə deyilib deyilməməsi haqqı sizin yox, övladınızındır və yalnız övladınız buna qərar və ya icazə verə bilər.

Bəs qoşular buna necə baxacaqlar? Bu məsələ əsasən də əyalət şəhərləri, kiçik qəsəbə və kəndlər üçün aktualdır. Adətən elə yerlərdə homoseksuallığa münasibət çox mənfi olur. Əgər sizin dostlarınız və ya qohumlarınız sizin övladınızın homoseksual olması xəbərini alsalar, siz övladınızın xoşbəxtliyini düşünün, sizin üçün önəmli olan sizin uşağınızdır, kənar adamların fikirləri ilə uşağınızın və özünüzün həyatınızı qaraltmayın. Sizə əziz olanlar sizi və övladınızı həmişə sevəcəklər, sevməyənlərin isə fikirlərinin qara qəpik qədər də qiyməti yoxdur.

Hətta sizi uşağınıza görə qıcıqlandırsalar da, siz yetkin bir insan olduğunuz halda, elə tərbiyəsizlərə necə cavab verəcəyinizi çox yaxşı bilirsiniz.

Mümkündür ki, bundan sonra onlardan kimsə öz uşaqlarına sizin övladınızla ünsiyyət saxlamağı qadağan edəcək, kimsə salam verməyi tərgidəcək, böyük ehtimalla bütün bunlar sizə böyük zərbə vuracaq. Çox kəskin münasibət bəsləyənlərə bildirin ki, uşaqlarına hər gecə nağıllarını oxuduqları Astrid Lindqren və homoseksual olub, lakin bu faktdan heç bir uşağa ziyan dəyməyib. Amma yenə də, bilin ki, bütün bunlar sadəcə olaraq yad adamlarla itirilmiş əlaqələrdirlər, o yad adamlarla ki, heç vaxt sizə yaxın və sizə əziz olmayacaqdılar. Sizin əsil dostlarınız heç zaman sizdən və övladınızdan üz döndərməyəcəklər, və ən əsası öz övladınızla – bu dünyada olan ən əziz adamınızla, can-ciyərinizlə isti və etibarlı münasibətlər qurun. Övladınız da sizi sevir və bu qarşılıqlı sevgiyə kənar adamların təsir etməsi imkansızdır.


Advertisements

Homoseksual övlad və çevrə” üzərində 2 şərh

  1. Noolar, bele psixoloji komey eleyen yazilar yazun da. Siz evvel yaxshi bashlamishdiz, indi hech ne yazmirsuz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma