Durum (Circumstance) filmi

Şəxsi həyat siyasi olanda

Yeraltı reyvlər və gizli ev partiləri təşkil etmək kimi – içki, rəqs və seks ehtimalı dolu hadisələrlə zəngin filmləri izləyənlər də qorxunc əxlaq polisi tərəfindən təqib, həbs olunmaq və daha pis münasibətlər görmək riski ilə üzləşirlər.

Bununla bərabər, dörd dost qanunları azadlıq naminə pozmaq barəsində həmfikir olsalar da, onların etdikləri itaətsizlik mənalarında görə fikirləri fərqlidir. Dostlardan biri cavan oğlan insan hüquqları haqqında cəmiyyətə car çəkmək və kütləni etiraz etməyə sövq etmək ehtiyacının olduğunu bildirdiyi halda, digər dostlar repressiyalar şəraitində sadəcə itaət etməmək faktının olmasının, təhlükəli bir cəmiyyətdə qadağan olunmuş həzzin dadılmasının özünün məğzi etibarı ilə yetərincə siyasi akt olması qənaətindədirlər.

Atefah və Şirin qarşılıqlı sevgilərinin erotik ehtirasa keçdiyi məktəbli qızlardırlar. Vəfat etmiş dissident valideynlərinin adı ilə damğalanmış Şirin yoxsulluqla ömür sürdüyü halda, Atefah ailəsinin var-dövləti və imtiyazlarından ərköyünləşib. Onun valideynləri – həkim və biznesmen – lüks olmaq ilə tədbirli olmağın tarazlığını təşkil edirlər. Onlar evdə şərab içir, Qərb klassik musiqisi dinləyir və fikirlərini açıq şəkildə deyirlər. Lakin onlar da cəmiyyətin məhdudiyyətlərini qəbul edirlər ki, qızları Atefah da bunu dözülməz hesab edir. Çimərliyə gedən zaman Atefahın atası Firuz “Bir gün hamımızın birlikdə üzməsi mümkün olacaq” deyir, lakin bununla belə, görünür ki, hətta qadınlar dənizə girdikləri  halda, Firuz arzu etməkdən artıq heç nəyə qadir deyil. Şirin və Atefah isə, əksinə olaraq, düşünmədən paltarlarını çıxararaq, gün doğan vaxtda, boş çimərlikdə dalğalara baş vurmağa hazırdırlar.

Cənnət bağındakı ilan isə Mehrandır – Atefahın qardaşı, keçmiş musiqiçi, narkotik asılılıqdan yeni müalicə almış, işsiz qalandan sonra xüsusi xidmət orqanlarına satılaraq, sərt müsəlman mənəviyyatı ilə ailəsinin harmoniyasına təhlükə yaradır. Onun Şirinə marağı əvvəlcə az təhlükəli olurdusa, filmin gedişi ilə o maraq daha böhranlı olmağa başlayır və mənəvi faciələrlə nəticələnir. Çox sxematik hərəkət edən Mehran, rejissor Keşavarzın ana mövzularından biri olan dini avtoritarizmin bir şəxs şəklində təcəssümüdür ki, patriarxal cəmiyyətlərdə qadınların təzyiq altında saxlanılıb idarə olunmasını simvolizə edir.

“Durum” vurğusunu mütləq hakimiyyət və məhkumluğa qoyduğu qədər də, sərt ekstravaqantlığı ilə sabun operasına da yaxındır. Coşqun ehtiraslar qaynayıb daşır və qarışıqlıqla nəticələnir. Əgər ifrat və tabesizlik filmin qüsurları sayılarsa, eyni zamanda ifrat və tabesizlik həmçinin qorumağa qərarlı olduqları prinsipləri də təmsil edirlər. Bu prinsiplərdən biri isə – azadlıq insan hüququdur – prinsipidir.

Tələbə qiyamının erkən dövrünün şüarlarından biri də budur – gerçəkçi ol, qeyri-mümkünü istə – və xanım Keşavarzin realizmin ayıq baxışlarına vecsizliyi məhz bu ruhdan qidalanır.

“Durum” bəzən özünü çox artıq hiss etdirir, lakin doqmatizm və patriarxallığa cavab olaraq o, özünü tam yerində hiss etdirir.

 

İlkin Hüseynov

Advertisements

Durum (Circumstance) filmi” üzərində bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma