Sevmək çox gözəl, səni sevmək çox gözəl… (I hissə)

Sevmək çox gözəl, səni sevmək çox gözəl…

Yaşamaq çox gözəldi, xüsusən də günəşin istisində qızınanda, maaş alanda və sevəndə.

Çox təəssüf ki, bəzilərimiz sevə bilmir, bir digərlərimizi isə sevən olmur, daha faciəvisi isə sevməyə imkanın olmasın, yaxud sevgini etiraf etməyə cürətin çatmamasıdır.

Bu gün ayın 5dir, deməli maaş olacaq, xoşbəxtliyin üç təməlindən biri var, səhər 06:30 da yola cıxdım, nə də olsa maaş günüdü gecikmək olmaz J, artıq metrodan çıxanda günəş də boylanmağa başlamışdı deyəsən bu gün xoşbəxt olmaq üçün yalnızca sevgiyə ehtiyyacım var axı. Beləliklə sevinə-sevinə işə gəldim, günün sonuna qədər dözmək heç də asan deyil əslində. Amma sonunda xoşbəxtliyin olacağına görə dözmək olar…və saat 17:00…

Və dostlarımla hər axşam olduğu kimi bu axşam da görüşə gedirəm, dostalım deyəndə ki, biz 3 nəfərik, mən,ən çox sevdiyim, həyatımı paylaşdığım, bir xanım dostum, orientasiyası bəlli olmasa da,  məni sevən dostum və ya sevgilim. Bu insanlar həyatımda sahib olduğum yeganə dəyərli varlıqlardır. Bəlkə də məni anlaya bilən,məni mən olduğum üçün sevən iki insan, 6 milyardlıq dünyada sadəcə iki insan… Hər biri altı milyon insana dəyən, dəyərli iki insan.

Yenə stol quruldu,daimi oturduğumuz o sakit kafe bizim səsimizle canlanmağa başladı, çay, pivə, pendir, limon və s. adi şeylər, amma, dostlarla yeyəndə daha çox dadlı olur, adi deyil qeyri-adi olurlar.

Bu dəfə də, nədənsə özümü tam xoşbəxt hiss etmirdim, bəlkə də artıq axşamın yaxınlaşdığından idi, günəşin qüruba əyildiyindən və ya anlaşılmaz şəxsi münasibətlərimdən.

Bilirsiz, problem nədədir ? Mən bəzən sevdiyim musiqini dayanmadan dinləyir  və  sonda bezirəm o müsiqidən, təəssüf ki, arada bu insanlarla da olur. Əvvəldə dediyim o, dostumla da eyni situasiya idi, vuruldum, sevdim və məlum sonluq…Bir baaca fərqli oldu bu dəfə, vuruldum və sevdim, omənimsvgilim oldu, mən isə onun dostu… ir müddət sonra mən bu münasibətdən bezdim, bu arada sən demə o ənə vurulub…Bəzi şeyləri özümə məcbur edə bilmirəm, axı elə şeylər var ki, onları insanın  ağlı kontrol edə bilmir. Dostum da məndən inciyib (bəlkə də elə məlum səbəb üzündən) həm də möhkəm, bir az krizə falan da girib, keçər, bu da keçər. Düzdü dözmürəm, kiminsə canını ağrıtmaq istəmirəm, bəs özüm??? Bilirsiz, Bernard Shou deyir ki,-“Həyatda iki bədbəxtlik var, birincisi arzuna çatmaqdı, ikincisi çata bilməmək.” Məndə isə birincisidir deyəsən…

Söhbəti qısa kəsim, oğlan dostum evinə sarı yollandı, çox səs-küy falan sevən insan deyil, mən isə xanım dostumla qol-qola girib  metroya sarı yollandıq, əlbəttə ki, söhbət edə-edə, mahnı zümzümə edə-edə…

Baxmayaraq ki, çox yorğun idim, sevimli PUB-umuzun qarşısında bir anlığına ayaq saxladıq. Bu bir saniə bizi yolumuzdan döndərdi. İçəri girər girməz, illərlə öncə birlikdə olduğum ex-boyfrendimi və onunla yanaşı dayanmış köhnə tanışlarımızı görəndə artıq geri dönüş olmadığını anladıq, yəni bu gecə buralardayıq J. Müsiqi, içki və gözəl dostlar,mehriban münasibət.

Bir xeyli oynadıqdan sonra, gözüm bir gözəl oğlana sataşdı, amma gözlərimi çəkə bilmədim. Beləliklə bütün gecəni oynamağa davam etdim, ruhum və gözlərim isə onu yanında idi, baxışlardan aldığım cavab isə daha ümidverici idi. Deyəsən bu gün haqqım olan xoşbəxtliyə az qalmışdı axı?!

Baxdığım insanın yanındakı  dostu, onu dartıb bu klubdan çıxartı, gedəndə kurtkasını geyinə-geyinə astaca mənə əl edən o yaraşıqlı insanı heç zaman unutmayacaqdım, bəs tapa biləcəkdimmi?!

Advertisements

Sevmək çox gözəl, səni sevmək çox gözəl… (I hissə)” üzərində 2 şərh

  1. indi day bura gaylarin blogudu deye ruslar demishken , durub medeniyetsizliy elemiyecem ki, geyler bele, geyler hele, day bilmirem geylerde nece olur, amma gene de sevgi sevgidir de. xasiyetine gore yazmisan ki, adamlari musiqi kimi deyishirsen, hem de bele basha dushdum yazmisan ki, kimise gorub sevgilini birden bire atmisan, o da senden berk kusub, sene deyim ki, o kimseden de elchek, onu da ozune sevdirib bashqa vaxt bashqasini gorub onu atacaqsan, onu da incideceysen. senin kimi adamlar en yaxshisi gerek tanishliq saytinda ozune seks uchun kimise tapib seksle meshgul ola, sonra da bashqasini tapib seksle meshgul ola ve bele heyatini kechire. ozuve bashqalarini sevdirib bashqalarini incitme. sevgi senlik deyil.

  2. Müəllifdən Cavab : Məşhur aktyor Coni Dep deyib ki, Əgər iki nəfəri sevirisinizsə mütləq ikincini seçin, çünki birincini həqiqətən də sevsəydiniz şübhəsiz ikinciyə baxmazdınız.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma