Sevmək çox gözəl, səni sevmək çox gözəl… (II hissə)

Sevəm çox gözəl, səni sevmək çox gözəl, sənin olmaq…

Sevmək çox gözəl, səni sevmək çox gözəl…

Artıq bir həftədir hər gün sərasər bu PUB-a gəlirəm, su gələn arxa bir də gələr deyiblər misalı, onu gözləyirdim, oynasam belə gözərim onu axtarırdı.

Bu arada bir haşiyə çıxım ki, onsuz da münasibətimiz gərin olan o dost-sevgilimlə getdikcə daha da soyuram gündən-günə, onun isə məni həqiqətən də sevdiyini hələ indi-indi sezməyə başlamışdım, bəzən çox gecikirik, bəzən də erkən  gəlirik…

Bu həftə ərzində dost siyahımı ələk-vələk etdim və dostlarımın, dostları arasında onu axtarmağa başladım. Belə şeylərdə heç bəxtim gətirməz, təsəvvür edin ki, lotoda belə bircə dəfə udmamışam, qaldı bir neçə min dostumun 20-30 min dostu arasından kimisə  tapasan, samanlıqda iynə məsələsinə oxşadı.  

Yenə axşam PUB-a gedəcəyimi və onu nəhayət ki, görəcəyim arzulaya-arzulaya yuxudan oyanıb işə gəlmişdim, içimdən bir səs deyridi ki. Bu gün alınacaq…

Mənim kopyuterimdən facebook-a girən iş yoldaşım- ..aa… bax, qar yağanda çəkdirdiyim şəkli dostum yükləyib,- deməsi ilə mən özümü itirdim, bədənim bir anda soyudu, nə bilim mənimlə nəsə baş verirdi. Diqqətlə şəklə baxanda isə bir həftədir dəli-divanəsi olduğum insanın fotoda olduğunu gördüm. Tez adını qeyd edib dostluğuma əlavə etdim, nəhayətki, bu gün evə gedib rahat yatacaqdım, illərdi axtardığı sərvəti tapmış bir insanın sevinci var idi içimdə.

Hər zaman arzuya çatan yol gözəl olur hər zaman, yolun özü.

Başlamışdıq yazışmağa, gözəl və səlist ingilis dili ilə ilk andan məni heyran edən sevimli və ağıllı bu insana hörmətim və qibtəm hər an daha da artırdı, qeyd edim ki, məncə o da mənə biganə deyildi, bir də psixoloqların dediyi kimi, o da mənə oğlan dostu olduğunun dedi, amma, əl yeri də qoydu, hər zamanki ssenari olacaqdı, ayrılmaq və s.,bəzən daha doğrusu bir çox hallarda bu belə də olur, axı mən də konkret qərar vermişdim ayrılırdım, deməli şüuraltı olaraq nələrsə baş verir.

Amma insanın intellekti və dərrakəsi onun fiziki yaraşığını tamamlayırdı, belə birini sevməmək üçün gərək ürəyinin yerində metal bir qutu olsun, getdikcə içimdə iki qorxu baş qaldırırdı,mən aşiq oluram və bəlkə həqiqətən sevgilisi var və mən ona lazım deyiləm?!

Bugün ayın 15 di, onun adgünü idi, bu dəfə başqa bir insandan onun nömrəsini tapıb bir mesaj çəkdim,açığını deyim, məqsədim təbrik etməkdən daha çox, insanara onlara verdiyim dəyəri bildirmək və onları xoşbəxt edəbilməküçün bütün yollardan sitifadə edəcəyimi bildirmək idi.

Nəhayət o gün gəldi, günlər boyunca şəkillərindən və statuslarından pozitiv enerji aldığım insan bu gün qəmli idi, deməli o, gün gəlmişdi, ayrılmışdı…

Bu günlər boyu bir çox şey dəyişmişdi, artıq mən onu sevirdim, uzaqdan heç bir zaman yanımda olmasını istəmirdim, əlçatmaz arzu olması daha yaxşıdır… Bu mənim yekun qərarım idi.

Onunla söhbətim təsəlliyə yönəlmişdi, sevgini və münasibətlərini yenidən bərpa etməsinə motivasiya edirdi…

Budur həyat, budur sevməyə ixtayı olmamaq… Baxmayaraq ki, sevmək gözəldir, çox gözəldir. Heç sevmisən?! Səni sevmək çox, çox, çox gözəl…

Qeyd: Bu postu yazarkən müəllif  Can Bonomonun “Super” mahnısını 35 dəfə dinləyib.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma