Mən bu blogu niyə açdım?

 İllər keçir, günlər ötür,amma, hələdir yaşadığım cəmiyyət cinsi azlıqları qəbul etməkdən çəkinir. İnsanlar anlamaq istəmirlər ki, biz də onlardan biriyik, biz də onlar kimi səhər oyanıb dişlərimiz təmizləyir, yemək yeyib onlarla birlikdə o basabas avtobusda işə tələsirik, gün boyu onlarla e-maili cavablandırır, telefon zənglərinə cavab veririk, biz də evə yorğun qayıdırıq, yemek yeyib, sosial şəbəkələrdə dostlarımızla zaman keçirir və yatırıq. Biz də xəstələnir, sevinir və kədərlənirik… Biz də siyasətlə maraqlanır, sosial layihələrə qoşuluruq, yaxşı vətəndaş olmağa çalışır, vergiləri vaxtı-vaxtında ödəyirik. Biz də sizdən biriyik…

İnsanlara zərər vermir, ictimai-asayişi pozmuruq, biz sevdiklərimizi istədiyimizdə deyil, imkan olduqda, o qaranlıq küçədə, o kimsəsiz həyətdə qorxa qorxa qucaqlayırıqç siz bizi görməsəniz belə biz varıq, həm də çox yaxınınızdayıq. Sizin dərdiniz olanda biz sizə yardım edir, sizi dinləyirik, lakin siz?

Biz doğulduğumuz andan mübarizə etməli oluruq, biz anlayırıq ki, bizi seçimlərimizə görə təqib edə və danlaya, bizi dəyişdirməyə çalışa bilərlər. Siz, yaşadığım cəmiyyətin üzvləri mənə uşaqıqdan maska geydirməyə çalışdınız bir anlıq bele məni dinləməyə, mənə qulaq verməyə çalışmadınız. Amma, mən böyüdüm, daha ehtiyyatlı olmağı öyrənə-öyrənə, mən böyüdüm, hər an sevdiklərimi itirəcəyimi bilə bilə və yaşamağa davam edirəm.

Maskamı çıxarmışam, artıq sizin istədiyiniz mən deyiləm, artıq başıma gələnlər olmaq istəmirəm, olmaq istədiyim, seçdiyim olmuşam.

Bax indi budur fərqimiz, bəlkə də eyniliyimiz…

Mən bu blogu niyə açdım?” üzərində 6 şərh

  1. Bu cəmiyyət hələ nə istədiyini bilmir. Bu cəmiyyətin fərdinin ən ümdə arzusu qeyrət çəkmək, toy eləmək, qarnını bozbaşla, cibini rüşvətlə doldurmaq, çapıb-talamaq, tikintidən pul qazanıb söküntüdən həzz almaqdır. Bu həşəratlar qarşısında izahat verməyin. Bu cəmiyyətin mini sizin birinizə qurban olsun.

  2. tam menim hiss etdiklerim indiyecen, hamisini siz dediniz. daha mene bir soz galir, niye axi bu olkede her wey bele tersinedir?? niye insan sexual identity uzunden ozu ozunden utanmaga mecbur edilmelidr?? en maraglisi ise odurki, en azindan bir iki gay gore bildiyimiz halda bir dene de olsun lesbian yoxdur ortaligda.. niye?? hami insandir axi, hetta yeri gelende naturallardan daha sadig ve daha etibarlidirlar!!

  3. insanlar bizim kimi duwunmurler.onlar biz haqda ewidende agillarina ilk novbede gelen intim munasibet olur.onlar bilmir ki,biz de,sevirik…

NRMN üçün bir cavab yazın Cavabı ləğv et