AzadLGBT Film Günü

Azərbaycanda ilk dəfə \”Zirzəmi\” və Azad LGBT təşkilatı homosexual bir siyasətçinin ABŞ senatına qədər yüksəlməsi və sui-qəsd nəticəsində öldürülməsindən bəhs edən filmin nümayişini həyata keçirir. Filmdən sonra homosexualizm haqqında bir psixoterapeftin rəyləri dinləniləcək.

\”Milk\” filmindən başqa, ölkədə homosexualların hüquqlarının müdafiəsi ilə bağlı LGBT-nin çəkdiyi \”Ğ\” qısa rolikinin təqdimatı keçiriləcək.

Film türkcə nümayiş olunacaq.

Ünvan: Tarqovu, İSR Plaza-nın arxası – Topçubaşov küçəsi 36-da yerləşən ZİRZƏMİ məkanı.
Əlaqə telefonları: 
055 354 6978 (Cavid)
055 359 4235 (İsa)

Giriş: 1 AZN (və bu həmişə belə olacaq) [ çay və ya kofe daxil ]

Ətraflı məlumat: https://www.facebook.com/events/239485512868404/240947442722211/?comment_id=241001759383446&notif_t=event_mall_reply

Ən “Qədim” Gay

İlk homosexual

Ən Qədim Gay

Arxeoloqlar Çexiya Respublikasındakı qazıntılar zamanı homosexual bir kişiyə məxsus skeletə rast gəliblər.

Verilən məlumatlara görə qazıntılar nəticəsində bir məzarda tapılan və e.ə 2900 -2500-cü illər arasında yaşadığı təxmin edilən mağara insanının bilinən ilk kişi homosexual olduğu məlum olub.

Qazıntıları aparan arxeoloqlara görə həmin dövrdə ölən kişilər ənənəvi olaraq bədənlərinin sağ tərəfi üstündə və üzü qərb tərəfə baxacaq formada dəfn olunurdu. Qadınların isə sol yanları üstə və üzü Şərqə doğru dəfn olunduqları qənaətinə gəlinib. Çexiyada tapılan skelet kişiyə məxsus olsa da, sol tərəfi üstə və üzü Şərqə doğru dəfn olunub. Arxeoloqlar bu istiqamətdən yola çıxaraq tapılan skeletin bir homosexual kişiyə aid olduğu qənaitnə gəliblər. Onları bu qənaətə gətirən ikinci bir sübut isə məzarda tapılan əşyalar olub. Alimlərə görə Daş dövründə vəfat edən kişilər daşdan düzəldilmiş silahları ilə bərabər dəfn olunurdu. Bundan əlavə cəfədin yanına o biri dünyada istifadə edə bilməsi üçün yemək və içmək də qoyulurdu. Qadınlar isə heyvan sümükləri və dişlərindən hazırlanmış boyunbağıları və yumurta formasında yemək qabları ilə bərabər dəfn olunurdu.
Çexiyada tapılan “Gay Mağara İnsanı”nın yanında isə nə silaha, nə də ərzağa rast gəlinib. Bunun yerinə məzarda sadəcə yumurta şəkilli qab-qacağa rast gəlinib. Qazıntıları həyata keçirən komandanın baş arxeoloqu Kamila Remisova Vesinova həmin dövrdə dəfn mərasimlərinə böyük önəm verildiyi, bu hadisənin nə bir təsadüf, nə də xəta nəticəsində meydana gəlməsinin mümkün olmadığını dilə gətirib: “Nəticələrə görə bu mağara adamı kəsinliklə ya bir homosexual, ya da transsexualdı”

Azad LGBT Azəzrbaycan Təşkilatının II Qurultayı

30 iyun 2013-cü il tarixində Azad LGBT Azərbaycan təşkilatının sayca ikinci qurultayı baş tutdu. Iki yüzə qədər yerli və xarici qonağın, təşkilat üzvünün dəvət aldığı qurultay təhlükəsizlik məsələləri ilə əlaqədar olaraq əvvəlcədən planlaşdırıldığı kimi yeri də gizli saxlanılmaqla mətbuata qapalı şəkildə keçirildi.

İki hissədən ibarət tədbirin birinci hissəsində Azərbaycanda və dünyada LGBT-nin problemlərindən danışıldı, qurumun 05 Noyabr 2011-ci ildən bu günə qədər olan fəaliyyətindən geniş söz açıldı. Sonra idarə heyətinin üzvlərinin May 2012 və May 2013 tarixlərinə olan illik hesabatları dinlənildi, gündəlikdə olan məsələlər geniş müzakirə olundu.

945644_156682381174474_380886431_nQurultayın ikinci hissəsində hazırlıq komitəsinin hesabatı dinlənildi və seçki prosesinə start verildi. Təşkilatın ali orqanı olan qurultay, yekun protokolları təstiqlədikdən sonra təşkilata prezident və idarə heyəti üzvlüyünə seçkilər baş tutdu.

İki mərhələdə baş tutan seçki prosesində sadə səs çoxluğuna əsasən İsa Şahmarlı növbəti iki il üçün qurumun Prezidenti vəzifəsinə seçildi. Eyni zamanda növbəti il üçün təşkilatın fəaliyyət istiqamətində preoritetlərin təsbiti və layihələrin təşkili, strukturunun formalaşdırılmasına məsul olan idarə heyətinə seçkilər də baş tutdu, 12 nəfərdən ibarət idarə heyəti seçildi.

Azad LGBT Azərbaycan təşkilatına növbəti iki il ərzində sədrlik edəcək İsa Şahmarlı qarşıdan gələn iki il ərzində təşkilatın işinin daha da ictimailəşəcəyini, bundan sonra kütləvi maarifləndirici tədbirlərin daha da sıx baş tutacağını bildirdi. “Azad LGBT Azərbaycan təşkilatının gördüyü işlər göz qabağındadır, biz Azərbaycanda icitmaiyyətə ən açıq LGBT təşkilatı olmağımızla yanaşı, digər həmkarlarımızdan fərqli olaraq biz insanlardan gizlənmirik, əksinə biz ictimaiyyətin hər bir fərdinə diqqət və hörmətlə yanaşır, istənilən məsələnin sülh və danışıqlar yolu ilə həllininin mümkün olduğuna inanırıq. Avropa və dünya dəyərlərinə araxalanan Azərbaycan dövlətçilik ənənələrinə hər zaman sadiq qalaraq, əsrlərdir müxtəlif din, dil, irq nümayəndələrinin azadlıq və sülh şəraitində yaşadığı Azərbaycanın onun LGBT vətəndaşları üçün də yaşanacaq ən doğru yer olduğuna inanırıq. Növbəti iki il ərzində də laiqli vətəndaş olmaq üçün əlimizdən gələni edəcək, Azərbaycanda LGBT hüquq və azadlıqlarının təmin olunması üçün yorulmadan çalışacağam.”- deyə, İsa Şahmarlı bildirib.

Təşkilat, növbəti aydan tərəfdaşları və üzvləri üçün rüblük elektron qəzet buraxacağını da açıqladı və yeniliklərin bununla limitlənmədiyini də elan etdi. Növbəti planlar sırasında isə prioritet olaraq təşkilatda LGBT nin dostları və ailələri klubunun fəaliyyətinin genişləndirilməsi yönündə  işlərin sürətləndirilməsi qərara alındı.

Təşkilatın Azərbaycanda LGBT və insan haqlarının inkişafında oynadığı müsbət roldan danışan tədbir iştirakçıları, Azad LGBT Azərbaycan təşkilatının Azərbaycanda və Qafqazda insan hüquqlarının təbliğində müstəsna fəaliyyətlərinin olduğunu da qeyd etdilər, təşkilatın Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mükafatına namizəd olmasının uğurlu fəaliyyətin sübütü kimi qiymətləndirildi.

Tədbir insidentsiz, yüksək təhlükəsizlik şəraitində başa çatdı.

Mr. Gay Europe 2013

Image

          Mister Qey Avropa- avropalı gey kişilərin gözəllik müsabiqəsidir. Hər il qalib gəlmiş qalibin ölkəsində keçirilən MQA-nı 2009-cu ildə Morten Ruda təsis etmişdir. İlk dəfə müsabiqə isə 2005-ci ildə Osloda keçirilmiş və qalib hollandiyalı Aleksandr van Kempen seçilmişdir. Daha sonralar MQA Amsterdamda, Budapeştdə, təkrarən Osloda və Braşovada baş tutmuşdur. Braşovada qalib gələn italiyalı Culio Spatola öz qalibiyyətini Oxumağa davam et

Video

Say ”Fuck You Very Very much” to Homophobes

Lilly Allen- an English singer intended it to be about Bush. But she didn’t put his name in it for a reason, and that’s so the song could be enjoyed in a more universal sense.
For me, aside from the “go to war line”, this song could be a fuck you to haters in general. Particularly bigots and homophobes.
Lily Allen stated when she publicly performed this song for the first time that it was about the BNP. She later indicated that it was about George W. Bush, then broadened it pretty widely allowing that it could be applicable to any closed-minded, bigotted conservatives, in any country.
When I wrote this song, it was about Nick Griffin and the BNP, then it was about George Bush in America, but now it’s just about anyone, really, anyone who pisses you off, this is just a song to say ‘F*ck your Sh*t.'”

Look inside, look inside your tiny mind Oxumağa davam et

Video

”FreeLGBT Azerbaijan” joined to the NOhate Speech Online campaign

The No Hate Speech Movement is a campaign against the expressions of hate speech online in all its forms, including those that most affect young people.
“Hate speech, as defined by the Council of Europe, covers all forms of expression which spread, incite, promote or justify racial hatred, xenophobia, anti-Semitism or other forms of hatred based on intolerance, including: intolerance expressed by aggressive nationalism and ethnocentrism, discrimination and hostility against minorities, migrants and people of immigrant origin.”
Internet offers us the possibility to create, publish, distribute and consume media content fostering therefore a space of full participation, engagement and self-expression. With the development of social networks we all can participate in cyberspace in a variety of ways ranging from keeping in touch with your friends and developing new contacts to sharing content and exploring your self-expression. This online space gives us new opportunities: engaging with others for causes that we care for. But we may equally be victim and agent of abuse and human rights violations, among them, hate speech in various forms and cyberbullying. The online world is not without values either. Hate speech* as such is not a new issue on the Internet, nor in the human rights debate. Its online dimension and the potential damage on democratic processes gives us all new reasons to act.

Support NOHATE SPEECH online  campaign,  join us!

Islam və Transseksuallıq. İran İslam Respublikasında Transseksuallıq qanunidir!

İlahiyyatçı Şaban Ali Düzgündən ortalığı qarışdıracaq sözlər:

Habertürk kanalında “Terkiyənin nəbzi” programında İlahiyatçı Şaban Ali Düzgünün cinsiyyət dəyişmək əməliyyatları ilə bağlı söylədikləri mübahisə doğuracaq. Məşhur aktrisa Nil Erkoçların cinsiyyətini dəyişərək Rüzgar Erkoçlar adına keçməsi ilə birlikdə cinsiyyət dəyişditmək məsləsi yenidən gündəmdədir. Bu mövzuyla bağlı ilahiyyatçılar tərəfindən də fərqli baxışlar ortaya çıxdı.Image

Plastik əməliyyatlardan danışılan verlişdə ilahiyyatçı Şaban Ali Düzgünün sözləri öz damğasını vurdu. Düzgün cinsiyyət dəyişdirmə əməlyyatları üçün  “İslam icazə verir”  deyib

“Məcburiyyət qarşısında qalındığı halda cinsiyyət dəyişdirilməsinə islam alimləri icazə veriblər. Ancaq hermoftroditlər bunu edə bilərlər”. Oxumağa davam et

Əvvəl çox gözəl idi, indi isə yaraşıqlı…

Karyerasına 10 yaşında başlamış, gözəlliyi ilə bir çoxlarının valeh edən türkiyəli aktrisa Nil Erkoçlar öz cinsini və adını dəyişdirərək, Rüzgar Erkoçlar adıyla yeni bir həyata başladı. “Nil olaraq var olduğum müddətcə mən bir yalan idim” deyən Rüzgar bəy media önündə ilk müsahibəsini verib. Iki ildir əməliyyat barəsində düşündüyünü deyən aktrisa, 1 ilə yaxın bu sahədə psixoloji yardımlar da alıb.Image

“Əməliyyatdan çıxdığımda yenidən doğduğumu hiss etdim. Nil öldü, yerində Rüzgar doğdu”. Süd vəzləri kəsilib və penisi üçün əməliyyatdan əvvəl ayağından sümük parçası və əzələ toxumaları alınıb.

Jurnalistin “mediada səninlə bağlı çıxan pis xəbərləri oxuyunca nələr hiss edirsən sualına” Rüzgar, -“Mənim həyatım, mənim seçimlərim, mənim cinsi organım. Heç kimi maralandırmır, heç kimə söz demək düşməz. Mən belə düşünürəm” cavabını verib. Oxumağa davam et

Britaniya eyni cinsli şəxslərin nikahına icazə verir

Britaniyada homoseksual nikahlar barədə qanun qəbul edildi. Baş nazir David Cameron eyni cinsdən olanların nikahı və ya Britaniya mətbuatının təbirincə desək “gey nikahları” haqqında qanunu parlamentdən keçirə bildi. 

Lakin bu qələbə hakim Mühafizəkarlar Partiyasını parçaladı
Baş nazir Britaniya Parlamentinin Nümayəndələr Palatasında ilk böyük döyüşünü 400 leyhinə, 175 əleyhinə nisbəti ilə uddu. Maraqlıdır ki, onun öz partiyasından olan millət vəkillərinin yarısı yeni qanunun əleyhinə çıxdı. Baş nazirin homoseksual nikahlar barədə qanunu dəstəkləmək çağırışına mühafizəkar millət vəkillərindən yalnız 130-u qoşuldu, 139 mühafizəkar əleyhinə səs verdi, bu partiyadan olan daha 30 nəfər isə bitərəf qaldı.

NAZİRLƏR BAŞ NAZİRƏ QARŞI
Lakin Cameron üçün ən narahatedici məqam budur ki, qanunun əleyhinə səs verənlərin arasında onun kabinetinin üzvləri – nazirlər və nazir müavinləri də var. Oxumağa davam et